Maraqlı məlumatlar

1. Maykl Cekson 50 il ərzində düz 50 dəfə dəyişib, buna görə də Ginnesin Rekordlar Kitabına salınmışdır.



2. 1 ABŞ dolları 30 000 Zimbabve dollarına bərabərdir.Əgər Zimbabvedə 30-35 ABŞ dollarınız varsa siz milyonçusunuz.

3. Çin'də boğulan bir insanı xilas etmək, o insanın taleyini dəyişdirmək mənasına gəldiyi üçün qadağandır

4. İnsanın boyu ilə səsi arasında birbaşa əlaqə var. Bu faktı Vaşinqton universitetinin akustika üzrə mütəxəssisləri aşkar ediblər. Mütəxəssislər iddia edirlər ki, səsin köməyi ilə, əlavə heç bir avadanlıq istifadə etmədən insanın boyunu müəyyən etmək olar.

5. Çirkli ayaqqabılarınızı təmizləmək üçün ən yaxşı üsul diş məcunudur. Bunun üçün təmiz bir parça və diş məcunu yetərlidir. Təmiz parçanın üzərinə diş məcununu tökdükdən sonra yaxşıçı sürtün. Daha sonra asta-asta silin. Bu üsuldan sonra ən sevdiyiniz ayaqqabınız əvəlkindən daha yeni görsənəcək.

 

 

9 şərh

pascal
Çinlilər hər şeyi «akışına burak»dıqları üçün o qadağanı tətbiq ediblər. :))
Ferbara
Çində dənizə çimməyə tək getmək olmaz, yoxsa yadlar xilas eləməyəcək. 
Ferbara
Ya da çinli dostunla kimsəsiz sahilə çimməyə getmək olmaz. :))
Ferbara
Bayaqdan Mayk Ceksonun şəkillərinə baxıram, cüt oxşar şəkillər də var. 50 dəfə dəyişmək üçün 50 əməliyyat olunub yoxsa?

Boyla səs uyğunluğu faktına zidd adamı misal göstərim:

 

 
Ferbara


Üst şərhdəki şəkil niyəsə itdi. Onun əvəzinə bu şəkli yerləşdirirəm.
Someone
Bu «krasavçiki» hardan tapdın :))
Someone

hər halda usaqlıq illərdə əməliyyat keçirməyib imicini dəyişib və bunu da hesaba salıblar

pascal
Mən dəqiq bilmədim Vaşinqton universitetinin mütəxəssisləri hansı səslə hansı boyu uyğunlşdırıblar.
Ümumiyyətlə, liliput insanların hamısının demirəm, çoxunun səsi qalındı. İncəsəslilər də var, amma nədənsə mənim gördüklərimdə çoxunun səsi «bas»dı. Və eləcə də elə hündürboylu insanlar var ki, səsləri incə olur.
Someone

Demək ki,  özünü görmədən səsə aldanmaq olmaz ki, bu insam uca boydur :)