İnsanlar haqqında 20 maraqlı psixoloji fakt

Özümüzlə bağlı yeni bir şey öyrənmək həmişə maraqlı və əyləncəlidir. İnsanlarla münasibətimizin və özümüzü ifadə etməyimizin arxasında duran psixoloji gerçəkləri anlamaq daha maraqlı olacaqdır.

Bu məqalədə özünüzü və digər insanları daha yaxşı anlamağa kömək edəcək 20 maraqlı psixoloji faktı sizlərə təqdim edirik:
İnsanlar haqqında 20 maraqlı psixoloji fakt

1- 16-28 yaş arası qurulan dostluq münasibətləri daha güclü və uzunömürlü olurlar.



2- Ən yaxşı məsləhəti verən insanlar adətən ən çox problemi olanlardır.

3- Qadınlar ümumiyyətlə dərin və boğuq səsli kişilərə üstünlük verirlər; çünki bu kişilər daha inamlı və sakit görünürlər.

4- İnsan nə qədər zəkalı olarsa, bir o qədər tez düşünər və əl yazısı da bir o qədər səliqəsiz olar.

5- İnsanın restoran işçilərinə münasibəti onun xarakterindən çox şey deyir.

6- Günahkarlıq hissi güclü olan insanlar başqalarının hiss və düşüncələrini daha yaxşı başa düşürlər.

7- Sevdiyiniz insanın əlindən tutduqda daha az ağrı hiss edir və daha az narahat olursunuz.

8- Kişilər qadınlardan daha gülməli deyillər; sadəcə başqalarının yumorunu bəyənib-bəyənməməsindən asılı olmayaraq daha çox zarafat edirlər.

9- Utancaq insanlar özləri haqqında az danışarlar; amma bunu elə edirlər ki, insanlar onları çox yaxşı tanıdıqlarını düşünürlər.

İnsanlar haqqında 20 maraqlı psixoloji fakt 

10- Qadın orqanizmində ağrı reseptorlarının sayı kişilərdən iki dəfə çoxdur. Onlar həm də ağrıya daha dözümlüdürlər.Yəni ki, qadınlar zərifdir, ancaq zəif deyil!: )


Ən yaxşı psixoloji kitablar ✅

11- Yüksək tezlikli musiqi dinləmək sizi sakit, rahat və xoşbəxt hiss edir. Belə musiqilər əsasən 432 Hers (Hs) olur.

12- Gecələr çox düşünürsüzsə və bu sizi narahat edirsə, ayağa qalxın və düşüncələrinizi yazın. Bu yolla zehninizi rahatlaşdıra və yata bilərsiniz. Bir digər üsulsa onları görməzdən gəlməkdir. Yəni boş vermək.

13- Sabahın xeyir və gecən xeyrə sözləri beynin xoşbəxtlik hormonlarını ifraz edən hissəsini aktivləşdirir. Beləcə biz özümüzü daha yaxşı hiss edirik. Sevdikərinizdən bu sözləri əsirgəməyin!

14- Sizi qorxudan şeylər etmək sizi daha xoşbəxt və güclü edir. Əlbəttə çərçivədən çıxmamaq şərtiylə J

15- Nə qədər xoşbəxtiksə, o qədər az yuxuya ehtiyacımız var.

16- Hər kəsi xoşbəxt etməyə çalışan insanlar son nəticədə ən tənha insanlardır.

17- Bir və daha çox dil bilən insanlar bir dildən digərinə keçərkən şüursuzca xarakter dəyişikliyi göstərə bilirlər.( Məsələn, Azərbaycan dilindən rus dilinə)

18- Səyahət etmək insanın beyin sağlamlığını yaxşılaşdırır, infarkt və depressiya riskini azaldır.

19-Yüksək zəkası olan insanların adi insanlardan daha az dostu var. Çünki insanın intellekt səviyyəsi yüksəldikcə seçiciliyi də artır.


20- Ən yaxın dostunuzla evlənmək boşanma riskini yüzdə 70 azaldır və bu evliliyin ömür boyu davam etmə ehtimalı daha yüksəkdir.

 

 

0 şərh