Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 809 topik

Vampir qəbirləri tapılıb

 Bolqarıstanda aparılan arxeoloji qazıntı işləri zamanı iki vampir məzarı aşkarlanıb. Məzarlardakı skeletlərin ikisinin də sinələrində, ürək nahiyələrində dəmir pazlar vardı. Alimlərin fikrincə, bu dəmir pazlarla qətlə yetirilmiş adamları müasirləri qaniçən, vampir saydıqları üçün belə öldürüblər. Sozopol şəhərinin yaxınlığında aşkarlanmış qəbirlər orta əsrlərə aiddir. Be...lə xəstəliyə tutulmuş adamda tər vəziləri atrofiyaya uğrayır, dəri perqament rəngi alır və qurulaşır. Həmin xəstəliyin daşıyıcısı olan insanlar günəş altında qala bilmirlər: onların bədəni dərhal qızır, dəridə yanıqlar əmələ gəlir. Xəstəlik dişlərdə distrofiya yaranır, ağızda nazik və iti dişlər əmələ gəlir


Davamı →

Bədəni əcaib şəkildə böyüyən insan

Pakistanın Lahor şəhərində yaşayan 22 yaşlı Şahin Mümtaz «Protey sindromu» xəstəsidir. Olduqca nadir xəstəlik sayılan bu sindromun daşıyıcısı olan insanın vücudunun müxtəlif əzaları assimetrik və qəribə şəkil...də böyüyür. Mümtaz xəstəliyini Allahın ona verdiyi cəza sayır. «Anadan olandan bəri beləyəm. Üzüm, qollarım və ayaqlarım bədənimə nisbətən fasiləsiz böyüdüyündən insanlar məni əcaib sayırlar. Əvvəllər məni görəndə qaçardılar, amma indi dözürlər», — Şahin Mümtaz söyləyir. Şahin atası Vəzir Əlinin dediyinə görə, oğlunun müalicəsinə pul tapmaq üçün çox çalışsa da, hələ bir nəticə hasil olmayıb.
Davamı →

Kamikadzelər

Özlərini bilərəkdən ölümün ağuşuna atanlara ilk dəfə Yaponiyada rast gəlinib. Onlar kamikadzelər adlandırılır. Yapon sözü olan «kamikadze»nin mənası «müqəddəs külək» deməkdir. Bu adı yaponlar ilk dəfə 1274 və 1281-ci illərdə monqolların Yaponiya sahillərinə yan almaq istəyən hərbi gəmilərini məhv etmiş tayfun küləyinə veriblər.

Çox-çox sonralar-XX əsrin ikinci yarısında isə II Dünya Müharibəsi zamanı düşmənə qarşı döyüşlərin iştirakçıları olmuş ölümə məhkum yapon təyyarəçilər də kamikadzelər adlandırılıb. Ümumiyyətlə, II Dünya müharibəsi zamanı kamikadzelik Yaponiyada böyük bir hərəkatın tərkib hissəsi olub. Bu hərəkata qoşulanlar qulluq etdikləri əqidə və ya ideya uğrunda könüllü ölüm yolunu seçiblər.
Yaponiya imperatoru uğrunda ölümə gedən bu adamlar gündoğar ölkəyə və rəhbərə sadiq olacaqları barədə sənədə qol çəkirdilər. Onların Yaponiya daxilində müəyyən güzəştləri olub. Bəzi tarixçilərin fikrincə, kamikadze hərəkatı Yaponiyanın müharibə etdiyi ölkələrlə müqayisədə texniki cəhətdən geridə qalması səbəbindən yaranmışdı. Könüllü ölüm yolunu seçən yapon təyyarəçisi minimum qədər benzin və bunun əvəzinə xeyli artıq bomba götürərək, təyyarəyə minir, geri dönməyəcəyini bilə-bilə hədəfə tərəf uçurdu.
Ardı →

Solaxay məşhurlar

Tanrı insanın sağ tərəfini sol tərəfindən daha qüvvətli və iqtidarlı yaradıb. Buna görə də insanlar əksər işləri sağ əllə görürlər. Amma anadan solaxay doğulanlar da olur. Demoqrafiya məsələlərilə məşğul olan beynəlxalq ekspertlərin müşahidələrinə görə, son illər dünyada solaxay doğulan insanların sayı artmaqdadır. Amma alimlər hələ ki insanların solaxay doğulmasının səbəblərini müəyyənləşdirə bilməyiblər.   Qeyd edək ki, dünyada yaşayan solaxayların ayrıca günü də var. Hər il avqustun 13-də bu qəbildən olan insanlar  Ümumdünya Solaxaylar Gününü qeyd edirlər. Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya solaxaylar klubunun təşəbbüsü ilə təsis edilib.
Ardı →

Brilyantlar

Bəzək, zinət əşyalarının, geyim aksesuarlarının, süvenirlərin və bir çox şeylərin hazırlanmasında müxtəlif qiymətli daşlardan istifadə edilir. Qiymətli daşların adları da özləri, xasiyyətləri, rəmzi mənaları kimi fərqlidir.

Hansı qiymətli daşları tanıyırsınız?
Qiymətli daşların keyfiyyəti və xüsusiyyətlərini üzə çıxarmağı hələ qədimdən öyrənib sistemləşdiriblər. Ənənəvi üsulla bu daşların təsiri haqqında biliklər nəsildən-nəsilə ötürülüb.
Ardı →

40maraqlı fakt

  1. Ayın bütöv şəkildə görünmədiyi yeganə tarix 1865 -ci ilin fevralıdır

  2. Futbolçu hər dəfə topa kəllə vurduqda beynində 1000 hüceyrə ölür

  3. Bir qarışqa yuvasına gündə təxminən 2500 böcək daşıyır

  4. Qitə adlarının hamısı eyni hərflə başlayıb eyni hərflə də bitir

  5. Okeanın ən dərin yerində dəmir bir topun suyun dibinə çökməsi bir saatdan çox vaxt aparar

Ardı →

İlk avropalılar kim olub?

Avropada ilk insan məskunlaşması nə vaxt yaranıb? Bu sual alimləri çoxdan maraqlandırır və bu gün İspaniya alimləri, buna deyəsən cavab tapıldığını bildiriblər.

Onlar Avropada ən erkən olduğu zənn edilən insan məskunlaşmasına dair birbaşa dəlil əldə etdiklərini bildiriblər. Nature dərgisində çap olunan məqaləyə əsasən, alimlərin aşkar etdiyi daşlaşmış insan çənəsi və bir sıra dişlərin milyondan çox yaşı var.
Ardı →

İngilis atom mühəndisi SSRİ-ə qaçıbmış

Britaniyanın əks-kəşfiyyat xidməti Mİ5 yeddi həftədir ki xəbər-ətər olmayan britaniyalı nüvə fiziki Bruno Pontekorvonun axtarışına başlayır.


Professor Pontekorvo və ailəsi senytabr ayında Finlandiyaya gəlmiş və bundan sonra yoxa çıxmışdılar. Bəzi ehtimallara görə, ailə Sovet İttifaqına qaçıb. Bu yaxınlarda professor Harvel Atom Tədqiqatları İnstitutundakı baş elmi işçi vəzifəsini tərk edib və yanvar ayından Liverpul Universitetində işə başlamalı idi. Hökumət israr edir ki, professor yalnız qısa bir müddətdə «məxfi məlumatlara» çıxış əldə edib. Lakin eyni zamanda rəsmilər onun «düşmən» üçün yararlı informasiyaya malik olduğunu da istisna etmirlər.


Ardı →

Burulğan necə meydana gəlir?

Dar bir ərazidə ani təzyiq dəyişikliyi ilə meydana gələn qasırğalar burulğan şəklində olan çox şiddətli küləklərdir. Yəni qasırğalar atmosferdə ani təzyiq dəyişikliyindən və isti hava kütləsinin böyük sürətlə yüksəlməsindən meydana gəlir. İsti hava kütləsinin üstünə soyuq hava kütləsi çıxdıqda sıxlığı az olan isti hava kütləsi sürətlə soyuq havanın içinə doğru yüksəlir. Bu arada təzyiq sürətlə azalır.Təzyiq və temperaturdakı ani dəyişikliyin nəticəsində qısa vaxt ərzində şiddətli küləklər meydana gəlir. Hava yüksəldikcə küləyin sürəti daha da artır
Ardı →

Qalileo Qalileyin səhvinin səbəbi axtarılır

Britaniya və İtaliya alimlərindən ibarət tədqiqatçılar qrupu 16-cı əsrdə yaşamış alim-astronom Qalileo Qalileyin ekshumasiyasına icazə istəyib.


Alimlər onun qalıqlarının müayinəsi vasitəsilə DNT-sini tədqiq edib öyrənmək istəyirlər ki, Qalileo Qalileyin bəzi elmi işlərinə onun pis görmə qabiliyyəti nə kimi təsir göstərib.


Elm dünyasında müasir astronomiyanın atası kimi qəbul edilən Qalileo Qalileyin görmə qabiliyyəti çox zəif idi və ömrünün sonlarına yaxın o tamamilə kor olmuşdu.


Onun elmi işləri və tədqiqatlarında bəzi səhvlər aşkar edilmişdi. Misal üçün, Qaliley hesab edirdi ki, Saturnun halqası deyil, iki peyki var.


Qalileo Qaliley həm də Yer Kürəsinin Günəşin ətrafında dövr etməsi nəzəriyyəsinin tərfdarı kimi tanınırdı.



Ardı →