Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 809 topik

Aksel Erlandson - "Ağacların Sirki“

Aksel Erlandson (Axel Erlandson, 1884-1964) qeyri-adi fermer idi. O, ağacları özünün xüsusi dizayn üzrə inkşaf etdirirdi. Müxtəlif əcaib formalı ağaclar «dünyanın ən qəribə» ağacları kimi tanındı. Özü isə  buna “Ağacların Sirki” adı vermişdi. Qeyri-real hörmə formalı ağaclar daha çox dekorativ heykəlləri xatırladır. Təəssüf ki, Aksel öz sirrini heç kimə demədən dünyasını dəyişdi.

 


Ardı →

Semiramidanın asma bağları

Dünyanın möhtəşəm mədəniyyət abidələrindən söz düşəndə Şərq ölkələri göz önünə gəlir. Bu ölkələrdə tarix boyu bənzərsiz sənət inciləri yaradılıb. Təəssüf ki, zamanın acı yelləri əsdikcə bu abidələrin çoxu yox olub.
      
   Vaxtilə “dünyanın yeddi möcüzəsindən biri” olmuş Semiramidanın asma bağları da bu aqibəti yaşayıb. Eradan əvvəl IV əsrdə bu sənət incisi yaradılanda Babilistan dövləti özünün qürub çağını yaşayırdı...

   Bu memarlıq abidəsini Babil hökmdarı Novuxodonosor saldırıb. Qaynaqlarda göstərilir ki, bu hökmdar çox müstəbid olub. Məlumdur ki, müstəbidlər hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı nəcib hərəkətlər ediblər. O, Midiya şahının qızı Semiramida ilə evlənir. Onu Babilə gətirir. Həddən artıq sevir. Lakin Semiramida toz-torpaqlı Babildə təmiz havaya, yarpaq xışıltısına həsrət qalır. Bunu hökmdar da hiss edir. Ancaq o, öz paytaxtını Midiyanın yaşıl təpələrinə köçürmür. Heç kimin görə bilmədiyi işi görür. Midiyanın zümrüd meşələrinin ətrini qədim vadinin mərkəzinə gətirir…

   Məlikənin — Semiramidanın şərəfinə salınan bu bağların gerçəkləşməsi üçün şahlığın bütün qüvvələri hərəkətə gətirilir. Dövrün təcrübəli inşaatçıları, mühəndisləri bu işə cəlb olunur. Hökmdar dünyada ilk dəfə olaraq möhtəşəm məhəbbət abidəsi yaradır. Salınan Bağlar “Semiramida bağları“ adı ilə məşhurlaşır və tarixin yaddaşında daşlaşır. Lakin yaddaşlarda, hafizələrdə qalan və dillərdə dolaşan bir fikir də var ki, məlikə öz adını daşıyan bu qəsrdə heç vaxt yaşamayıb. Onu da qeyd edək ki, onun adı ilə müxtəlif faciəvi rəvayətlər yaranıb və günümüzə qədər gəlib çatıb. Belə deyirlər ki, faciə böyük adamların, tanınmış şəxsiyyətlərin adı ilə bağlı olmasa, onun dramatizmi olmur… 

   Babilistan inşaatçılarının saldığı bu bağlar dörd yarusdan ibarət olub. Yarusların tağları iyirmi beş metr hündürlüyündə sütunlara söykənib. Meydançalara yastı daşlar, qır qarışıqlı, qurğuşun təbəqəli bir qat qamış döşədilib. Bu belə edilib ki, su aşağı yarusa keçməsin. Bütün bunlardan sonra torpaq qatı gəlib. Torpaq qatı çox qalın olub. O qədər qalın olub ki, orada iri ağaclar bitə bilib. Yaruslar pillə-pillə qalxır, əlvan daşlardan hörülmüş əydəmli pilləkənlər bir-biri ilə birləşir. 

   Nəhayət, tikinti başa çatır. Kərpic kürələrinin tüstüsü kəsməmiş, saysız-hesabsız araba karvanları hərəkətə gətirilir. Fərat çayının axarından münbit torpaq daşımağa başlayır. Şimaldan nadir bitki və kol toxumu, ağac tingləri gətirilir. 

   Beləliklə, hökmdar Novuxodnosor öz məhəbbətini sübuta yetirir. Babilin yüz metr hündürlüyündə olan divarları üzərində yaşıl ağaclar qalxır. Məlikə yuxarı yaruslarda, kölgədə oturub su şırıltısına qulaq asıb. Dörd tərəfə nəzər yetirib, məmləkətin ucsuz-bucaqsız səhralarını seyr edib.

   İran-Əhəməni qəsbkarları bu şəhəri ələ keçirərək öz əyalətlərindən birinin mərkəzi edirlər. İllər, əsrlər bir-birini əvəz etdikcə asma bağlar zamanın faciəli hadisələrinə davam gətirə bilmir. Baxmayaraq ki, o, möhtəşəm, lakin gildən düzəldilmiş zəif nəhəngi xatırladıb. Məhz buna görə də bu bağlar Babilin özü ilə birlikdə məhv olub. 
   
   * * *
   Babilin qürub çağı eramızdan əvvəl 331-ci ilə təsadüf edir. Bu vaxt Babilin qonşuluğunda ikinci bir imperiya baş qaldırıb. Bu, Makedoniyalı İsgəndərin imperiyası idi. O İsgəndər ki, dünya möcüzələrindən birini yaratmasa da, bütün dünyanı silkələyib. Qədim dünyanın möhtəşəm abidələrinin taleyinə, onların yaradılmasına, yaxud məhv edilməsinə bu və ya digər şəkildə təsir edib. 

   Həmin dövrdə Babilin sakinləri makedoniyalıların yanına elçi göndərib. Bildiriblər ki, İsgəndər Babilə gəlmək istəsə, davasız-savaşsız şəhərə daxil ola bilər.

   İsgəndər Babilə gəlir. Bir xilaskar kimi də qarşılanır. Bu şəhər-dövlət özünün tənəzzül dövrünü yaşasa da, əzəməti və sərvəti ilə İsgəndəri heyrətləndirir. O, bu səbəbdən də Babildə ləngiməli olub. Heç on il keçmir ki, taleyin üzü dönür. Səkkiz ilin kəşməkəşlərindən yorulub əzab çəksə də, arzularını həyata keçirmək məqsədilə Babilistana qayıdır…

   Hökmdarın vəziyyəti tamam pisləşəndə yadına “Babilin asma bağları“ düşür. İsgəndər ölməzliyə gedən yolun sonuncu dayanacağında əmr edir ki, onu asma bağlara aparsınlar. Elə də edirlər. Onu məlikənin qəsrinə gətirirlər. İsgəndərin halı yaxşılaşır. İlıq günəş şəfəqinə, çay şırıltısına, ot-ələf və meşə ətrinə bürünmüş Makedoniyanın nəfəsini hiss edir, təəccüblənir…


   İsgəndər ölən kimi imperiyası sərkərdələri tərəfindən talan olunur. Babil isə bir daha böyük bir ölkənin paytaxtı ola bilmir. Zəifləyir, tədricən sönür və nəhayət süqut edib.

   Bu gün İraqa yolu düşənlər Dəclə-Fərat sahillərinə tələsir. Vaxtilə bu yerlərə təşrif buyuranları hökmdarlar, qılınc-qalxanlı cəngavərlər qarşılayıb. İndi isə bələdçilər. Onlara Babildə kərpic və kaşı qırıntıları ilə dolu olan qonur gilli təpələri nişan verib göstərir, Semiramidanın asma bağlarının adını çəkirlər. Haqqında böyük qürurla söhbət açırlar...
   
Savalan Fərəcov
Mənbə:
«Mədəniyyət» qəzeti
Davamı →

Beyin stimulyatoru- göy rəng

Beyin fəaliyyətini stimullaşdıran ən güclü vasitə qəhvə hesab olunurdu. İsveç alimləri buna alternativ vasitə axtarmaqla məşğul idilər. Təəcüblü olsa da, belə stimulyatorun göy rəng olduğu müəyyən edilib.

12 idman həvəskarı və bir o qədər sadə vətəndaşın iştirakı ilə keçirilən bir neçə eksperiment bunu təsdiqləyib. Təcrübə nümunələri əsasında məlum olub ki, ağ, eləcə də göy rəngin beyinə təsiri, təxminən 240 milliqram miqdarda kofeinin təsirinə bərabərdir.

Əldə edilən nəticələr göstərib ki, yaşayış məkanında göy rəngdən geniş istifadə beyin fəaliyyətinin güclənməsinə və düzgün qərarlar verməyə kömək edir.


Ardı →

Robin Qud- Əsatir, yoxsa Həqiqət?

Xeyirxah quldur haqqında altı yüz ilə yaxın əfsanənin yaşamasına baxmayaraq, alimlər hələ də Robin Qudun həqiqət olub-olmamasını aydınlaşdıra bilməyiblər.

 XV əsrin sonlarında “Robin Qud” balladalarını yazmış naməlum müəllif onun haqqında “Robin məğrur quldur idi. Həyatda qorxu bilmədən yaşayır və şən mahnılar sevirdi” deyə təsvir edirdi. Balladaya daxil olan hər dörd hekayənin hər birində oxucu varlılara hücum edən və kasıblara köməklik göstərən “Şən quldurlar” dəstəsinin cəsur başçısı ilə rastlaşır. Birinci novellada Robin xəsis rahibdən qisas almaq üçün özünün sadiq dostu olan cəngavər Kiçik Condan pul borc götürür.

İkinci novellada – hiylə işlədərək hamının nifrət etdiyi nottinhemlı şerifi onunla maral ətindən dadmağa məcbur edir, hansı ki, bu maral ətini quldurlar ədalət keşikçilərinin məhəlləsindən tapmışdılar. Üçüncü balladada – Yerli idarəçilərin qanun pozuntularını araşdırmaq üçün gizli şəkildə Nottinhemə libasını dəyişmiş halda gələn şah Eduardı tanıya bilir və onun yanında qulluğa qəbul olur. 1495-ci ildə nəşr edilmiş balladanın son hekayəsində Robinin yenidən quldurluğa döndüyünü və satqın Kirkleyk keşikçilərinin başçısından bəhz olunur, hansı ki, kilsəyə müalicə üçün gəldiyi zaman onu öldürmüşlər.


Ardı →

Bildiyimiz Kablukun “KABLUK” boyda tarixi

Qədim Yunanıstanda insan boyunu hündürləşdirmək üçün aktyorlar Koturn adlanan ayaqqabıdan istifadə edirdilər. Koturn — qədim yunan və Roma tragediya aktyorlarının geydiyi altı qalın başmaqlar.

  Orta əsrlərdə Avropada şəhərlərin çirk içində batdığı zamanlarda taxta dabanlı sünii başmaqlar yaradıldı. Buna Avropada sabo adı verildi, Şərqdə isə kabkab. Şərqdə ondan hamamlarda ayağın isti döşəmədən qorunması üçün istifadə edirdilər.

 Venesiyada XV əsrdən fərqli təbəqənin xanımları hündür platformalara üstünlük verməyə başladılar, bu platformaların hündürlüyü təxmini 20sm idi. Ən qədim dabanlı ayaqqabı XIV əsrə aiddir ki, onlardan atlılar istifadə edirdilər. Sonralar bu daha da genişləndi və o orduda uzun yol gedən piyadalara verildi. XIV əsrdən artıq bəzəkli dabanlar meydana gəldi, bu da dəri və metaldan ibarət idi. Belə bir şey ağıla gəlir, bizim kabluk kimi tanıdığımız söz türk dilinə tərcümədə topuk (daban) mənasını verir.


Ardı →

Böyük əsərlər gecələr yazılır

Yazıçılar adətən, ən böyük əsərləri gecələr yazırlar.  Bəs, buna səbəb nədir? 
Professor Marik Uaytın fikrincə, insanlar yuxulu olduğu zamanlarda ayıq olduqlarına nisbətən daha çox yaradıcılıqla məşğul ola bilirlər. Yazıçı insanların yaradıcı təxəyyül də gecə saatların daha çox ilhamlanır.

Bir çox dünyaca məşhur yazıçıların da əsərlərini gecə yazmaqlarının səbəbi məhz bununla bağlıdır. Frans Kafka, Marsel Prust, Ceyms Coys kimi dünya şöhrətli yazıçılar da məhz gecə yazanlardandır.

Davamı →

Alov haqqında 3 maraqlı fakt

Alov



1. Alov — kimyəvi reaksiyanın nəticəsidir.

Bu reaksiya son dərəcə sürətlə gedir və işıq və istinin ayrılması ilə müşahidə olunur. Bu reaksiyanı bir neçə üsulla həyata keçirmək olar, ancaq ən asan və adət etdiyimiz üsul yanacaqdan istifadədir. Yanacaq oksigenlə qarışır və nəticədə yanma prosesi başlayır. Amma bunun üçün yanacaq müəyyən temperatura çatmalıdır. Necə ki, kağızı yandırmaq üçün əvvəlcə ona kibriti yaxınlaşdırmaq lazımdı. Kağız yetərincə isindikdə reaksiya başlayır və kağız yanır.

Lakin hər tip yanacağın öz yanma temperaturu var. Məsələn, ağaca aid kibrit bəs etmir, çünki bu halda oksigen onun çox az bir hissəsi ilə reaksiyaya girəcəkdir. Əgər bərabər ölçüdə onu isitməyə davam etsək, nəticədə bütün səth boyu oksigen reaksiyaya girəcək.


Ardı →

Maraqlı hadisələr, düşüncə tərzləri

* 1840-cı ildə ABŞ başçılığına seçilən William Henry Harrison, çox soyuq bir gündə Vaşinqtonda açıq havada təşkil edilən vəzifəyə başlama mərasimində şapka və palto geyməyi rədd edərək etdiyi uzun danışma nəticəsi sətəlcəm oldu. Yeni başçı yalnız bir ay vəzifə yerinə yetirdikdən sonra öldü

* 1932-ci ildə Los Angeles olimpiadalarında Fransız atlet Jules Miladın disk atmada qırdığı olimpiada rekordu sayılmadı. Çünki atışı izləməsi lazım olan bütün hakimlər, sırıkla yüksək atlama yarışmasını izləmək üçün arxalarını dönmüşdülər.


Ardı →

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belcikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı «Ginnesin rekordlar kitabı»na düşmüş ilk azərbaycanlıdır. Həmvətənimiz 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) cəkməklə bu şərəfə nail olub. F. Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib. Onun 1992-ci və 1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib. Həmyerlimiz 2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur «Belqium» muzeyində Belcika kralicası Fabiolanın rəsmini cəkib. Əsər kralicanın cox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü bildirib. Vətənimizin Belcikada tanınması sahəsində yorulmadan təbliğat aparan F.Vəliyev həm də bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir. 


Ardı →