Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 805 topik

İyrənclik


Dünyanın ən bahalı qəhvəsi fil ifrazatı vasitəsilə hazırlanır. Fillərə təmiz qəhvə dənələri verilir. Fil yedikdən sonra isə ifrazatındakı həmin dənələr yenidən toplanır.
Sonra onu toz halına gətirib satırlar. Bu cür qəhvənin özünəməxsus qoxusu və dadı olur. Black Ivory adlanan bu qəhvənin bir kiloqramı 1100 dollardır. İfrazatlı qəhvə təkcə fillərdən alınmır. Dünyada müxtəlif nadir növ ceyrandan, pişikdən də bu cür qəhvələr alınır.
Davamı →

Ağcaqanad kimləri sevir ?

 Gecələr bizi yuxusuz qoyan, daim qanımızı sovurmaqla məşğul olan bu həşəratlar bəs görək hansı tip insanları «sevir»?

Dünyada 2500 ağcaqanad növü yaşayır. Əsasən «vampirizm» xüsusiyyəti dişi ağcaqanadlarda var, erkək ağcaqanadlar isə tam əksinə «sülhsevər»dirlər, onlar vegetaryandırlar və qan ilə qidalanmırlar.

Qida axtarışı ağcaqanadları «vəhşi» edir və onlar qida axtarmaqçün 50 km yol gedə bilirlər. Bu həşəratlar üçün əsas informasiya və qida mənbəyi insan və heyvanların ətrafa yaydıqları istilik şüalarıdır. Məhz bunun vasitəsilə ağcaqanadlar öz qidalarını tapırlar.

Həmçinin canlı varlıqlardan ifraz olunan sidik turşusu və karbon dioksid qazları ağcaqanadları maqnit kimi cəlb edir. Əsasən kök adamlar və ateroskleroz xəstələrini qurban seçirlər.

Qadınlar kişilərə nisbətən ağcaqanadların «qida»sı olamağa daha yaxındırlar. Elmə məlum olmayan səbəblərə görə ağcaqanadlar əsasən sarışın qızlara və hamilə qadınlara daha çox üstünlük verirlər.
Ardı →

Qəribə qadağalar

Dünyanın ayrı-ayrı ölkələrində başqa yerlərdən gələnləri şoka sala biləcək qaydalar mövcuddur.
Yerli əhali artıq buna alışsa da, gəlmələrin şəraitə adaptasiya olması bir qədər uzun çəkir. olmaz

Məsələn, Azərbaycanda hər kəs sutkanın istənilən saatında İnternet kluba daxil ola bilər. Bu davranışa görə heç kim dövlət qurumlarına hesabat vermir. Halbuki eyni hərəkət üçün Türkmənistanda klubun administratoruna şəxsiyyət vəsiqəsinin surətini təqdim etmək tələb olunur.

Çində “Avatar” filminə yalnız 3D formatında baxmağa icazə verilir. Bu formatdakı filmləri isə ölkədə cəmi bir neçə teatr nümayiş etdirə bilir. Hökumət bu qərarla “imperialst mədəniyyətin” qarşısını almağa çalışır.

Əgər bu ölkədə kimsə reinkarnasiya (sadə dildə desək dirilmə) olmaq istəsə mütləq dövlətdən icazə almalıdır. Burada da məqsəd Tibetin buddist icmasını nəzarətdə saxlamaqdır.

“Ərəb baharı” başladıqdan sonra bu ölkədə yasəmən satışı da qadağan edilib.

İranda Qərb stilində saç kəsdirmək qadağandır. İnsan həyatının ən gizli anlarını belə nəzarətdə saxlamaq istəyən molla rejimi saç düzümlərinin də siyahısını tərtib edib. Məqsəd Qərb mədəniyyətinin yayılmasını önləməkdir.

Səudiyyə Ərəbistanında Müqəddəs Valentin günü qadağandır. Sevgililərin bir-birinə gül göndərməsini önləmək üçün ölkədə bayram ərəfəsində bütün gül mağazaları bağlanır.

Rusiyada məktəblərdə və dövlət müəssisələrində “emo” stilində geyinmək qadağandır. Hökumət bu geyimin insanları intihara təşviq etdiyini düşünür.

Avstraliyada isə kiçik döşlü qadınların porno filmə çəkilməsi qadağandır. Rəsmilərin fikrincə, bu tip qadınlara tamaşa edən şəxsdə uşaq pornoqrafiyasına meyl yarana bilər.
Davamı →

Ən çox görülən 13 yuxu

Gecə yuxu görmədiyini sanan insanlar çox böyük səhv edirlər. Əslində, hamı yuxu görür, amma çoxumuz unuduruq. Yadda saxlayanlar isə gələcək üçün balaca bir ipucu yaxalamış olurlar. Beləliklə, ən çox görülən 13 yuxu:

1.Qovalanmaqyuxu
Bəzən yuxularda arxamızca kiminsə qaçdığını görürük. Bu bir şeydən qaçmaq və qurtulmaq istədiyinizi bildirir. 

2.Çılpaq qalmaq
Yuxuda çılpaq qalmaq, müdafiəsizliyi ifadə edir. İnsan özünü yalnız və qorunmağa möhtac hiss edəndə bu tip yuxular görür. 

3.Gizli bir yer kəşf etmək
Gizli bir şey tapmaq, bir yer kəşf etmək gözlənilməyən hadisələr, sürprizlərlə qarşılacağınıza işarədir. 

4.Maşının idarəetməsini itirmək
Həyatdakı idarəetməni itirmək və bəzi xoşagəlməzliklərlə rastlaşmaq mənasındadır.

5.Yüksəklikdən düşmək
Özünü idarəetməyə aludə olan insanların daha çox gördüyü yuxudur. Hadisələri öz axışına buraxsalar, daha bu yuxuları görməyəcəklər. 

Ardı →

Harvard Universitetinin girişinə Quran ayəsi vurulub

 Qərbdə İslam dini və Qurani-Kərim əleyhinə müxtəlif təbliğatların aparılmasına baxmayaraq düşüncəli insanlar müqəddəs kitabın ayələrinə olduğu kimi qiymət verməyi bacarır. ABŞ və dünyada ən məşhur universitetlərindən biri sayılan Harvard Universiteti müsəlman tələbənin təklifinə müsbət cavab verərək təhsil ocağının girişinə Qurani-Kərimdən olan ayəni yerləşdirib.


Qeyd edək ki, Abdullah Cümə adlı tələbənin müraciətindən sonra universitetin hüquq fakultəsinin girişindəki divara «Nisa» surəsinin 135-ci ayəsi vurulub. Buna səbəb kimi ayədə haqq-ədalət prinsiplərinin gözlənilməsi istiqamətində ən gözəl ifadələrin işlənilməsi göstərilib. Ayədə isə belə deylir: «Ey iman gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin. Əgər (dava edən tərəflərdən biri) imkanlı ya yoxsul olsa (siz onların vəziyyətlərini nəzərə alaraq haqqa zidd şahidlik etməyin, çünki) Allah onlara (onların halını nəzərə almağa) daha layiqlidir. Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz. Əgər dil(inizi nahaq tərəfə) əysəniz ya (şəhadət verməkdən) üz döndərsəniz, (bilin ki,) həqiqətən Allah etdiklərinizdən həmişə xəbərdardır.»


Ardı →

İndoneziyada ölüləri qəbirdən çıxarıb gəzdirirlər.

Yerlilər ölülərinə olan hörmətlərini nümayiş etdirmək və onları şərəfləndirmək üçün hər 3 ildən bir onların qəbirlərini açır. Açılan qəbirdən çıxarılan ölünün geyimi təmizlənir, ehtiyac olsa yeniləri geyindirilir. Bir ailənin üzvləri bütün qohumlarının məzarlarını açaraq onları bir-bir bayıra çıxarırlar. Sakinlər üstünü təmizlədikləri və ya geyimini dəyişdirdikləri ölüləri kəndin ətrafında gəzdirirlər. Bu kəndin əhalisi əsrlər keçsə də, ölülərin onlarla bərabər olduğuna inanırlar.İndoneziyada ölüləri qəbirdən çıxarıb gəzdirirlər.
Davamı →

Yuxu ilə bağlı maraqlı faktlar.

1--Insan yuxuda iken faktik iflic vezziyyetdə olur.

2-- Vaxtilə siqaret cəkmis ,soradan tərgitmis səxslər daha parlaq ve real yuxular goruruler.

3-- Butun insanlar yuxu gorur sadəcə bəziləri hec zaman bunu xatirlamir.

4-- Bezi insalar yuxunu ag-qara rengde goruruler.yuxu

5-- Insan gorduyu yuxunun 90%-ni unudur.

6-- Hetta kor insanlarda yuxu goruruler.

7-- Insan xoruldayan zaman yuxu gormur.

8-- Korpeler 3 yasinadek ozlerini yuxuda gormurler.

9-- 3-8 yas arasinda olan usaqlar boyuk insanlarin butun ömru boyu görduyundəndə daha qorxulu yuxular gorurulər.

10-- Sutkada 6-7 saat yuxulayan insanlarda cavan yaslarinda olmek riski 8saat yuxulayanlarla muqasiyədə daha azdir.

11--Orta hesabla insan,ömrünün 6 ilden bir qeder artigini yuxuda kecirir.

12-- Insanin yasi artiqca onun yuxuda kecən vaxti da çoxalir.

13--Ginnesin rekordal kitabina dusen en uzun yuxu 18 gun 21 saat 40 deqiqe olub

14-- Insan bəzən gözuaciq halda bir nece deqiqe yuxulayir ve özu bunu hiss etmir.

15-- Yeni körpesi dunyaya gelmis valideynler ilk bir ilde təxminən 400-750 saat yuxu itiriler.

16-- Heyvanlarda da yuxu fazalari askarlansa da onlarin yuxu gorub gormədikleri elme belli deyil.

17-- Tedqiqatlar gosterir ki,avtomabil qezalarinin 20%-i yuxusuzluq üzunden bas verir

Davamı →

"Gangnam Style"ın alt qatındakı gizlin məqam!

Bir müddətdir «Gangnam Style» adlı musiqi dünyada əksəriyyətin sevimlisinə çevrilib. Hər kəs bu musiqidən danışdı və internetdə milyarddan çox izləyicisi oldu.Mahnı ilə əlaqədar yeni bir iddia ortaya atılıb. Bildirilir ki, bu musiqidə göstərilən rəqs nümunəsi əslində Qədim Çinin uşaq qurbanlarına aid rituallarında icra olunub. Bu rəqs koreyalılar, yaponlar və vyetnamlılar tərəfindən də illər uzunu həyata keçirilib.Məlumata görə, Qədim Çində satanistlər xüsusi bir ritual həyata keçirərək Şeytana qurban təqdim edirlərmiş. Bunun üçün azyaşlı uşağı şeytana qulluq edənlər ayaqlar atına ataraq üstündə «Gangnam Style» mahnısında olduğu kimi rəqs edərmişlər. Körpə dünyasını dəyişdikdə isə rəqs bitərmiş.
Gangnam Style


Davamı →

Dəhşətli xəstəliklər

Elm və texnikanın inkişaf etdiyi bu dövrdə insan elə problemlərlə üzləşir ki, ümidimizi bağladığımız tibb sahəsinin də onun qarşısında aciz qaldığını görürük.
Progeriya

1. Progeriya- Getçison- Gitford. Uşaqlar 90 yaşlı qoca kimi görünür.


Progeriya – genetik kodda baş verən zədə nəticəsinə yaranan xəstəliklərdəndir. Bu xəstəlik praktik olaraq qarşısıalınmaz
nəticələrə gətirib çıxarır. Bu xəstəliklə doğulan uşaqların əksəriyyəti 13 yaşına çatana kimi vəfat edir. Onların bədənində böyük insanın fiziki inkişafına məxsus xüsusiyyətlər, qocalıq sürətlə baş verir. Başlıca əlaməti – vaxtından əvvəl keçəlləşmə, sümüklərin nazikləşməsi, artrit və ürək xəstəlikləridir. Xoşbəxtlikdən progeriya az təsadüf olunan xəstəliklərdəndir. Dünyada cəmi 48 nəfərdə rast gəlinib. Amma bəzi məlumatlara əsasən, bir ailədə 5 uşağın hamısında bu xəstəlik müşahidə olunub.

Ardı →

Tarixdə maraqlı sui-qəsdlər

Yuli Sezar – eramızdan əvvəl 49-44-cü illərdə Roma imperatoru

Yuli Sezar çox xəyanətlərin şahidi olmuşdu. Ancaq o, belə bir xəyanəti heç vaxt gözləmirdi. Onun üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları gəlirdi. Qatillər isə yalnız qarşılarındakını parçalamaqdan başqa bir şey düşünmürdülər. Onların amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı. Sezar öz taxtında çırpınır, xəncər zərbələrindən xilas olmaq istəyirdi. Çətinliklə dizi üstə qalxa bildi və bu vaxt onu xəncərlə vuran şəxslərdən birini gördü. Bu onun ən yaxın silahdaşı Brut idi. Brutu görən kimi sanki Sezarın dili birdən-birə açıldı və yalnız “Brut sən də?” deyə bildi. Ancaq Brut onu eşitmək istəmirdi və xəncəri aramsız olaraq Sezarın bədəninə endirirdi. Sonradan məlum oldu ki, Sezara 35 xəncər zərbəsi vurulubmuş. Roma tarixində Senatda görünməmiş bir hadisə baş vermişdi. Bütün Romanı qorxu içində saxlayan, zahirən özünü demokrat kimi göstərən, daxilən isə qanlı bir diktator olan Sezar elə taxtında da qətlə yetirilmişdi.
Ardı →