Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 805 topik

Texnologiya milyarderləri

Sergey Brin
5. Sergey Brin – 22,8 milyard dollar
Hər gün istifadə etdiyimiz “Google” saytının yaradıcılarından biri olan Sergey Brin Rusiyada doğulub. Yəhudi əsilli atası riyaziyyatçıdır və Sergeyin komyuter proqramlaşdırmasını öyrənməyində əməyi böyük olub. 1990-cı ildə ailəsi Amerikaya köçüb. Brin riyaziyyat və kompüter proqramlaşdırması üzrə təhsilini Merilend və Stendford universitetlərində davam etdirib. Elə “Google” saytını da Stendfordda birlikdə oxuduğu Larri Peyclə qurub. Dəfələrlə “Forbes”un siyahılarına düşən 39 yaşlı biznesmen bu il 22,8 milyard dollarla beşinci yerdədir.


Ardı →

Bilərziklər

bilərziklər
Qədimdə bilərziklərdən (iti) alət kimi istifadə ediblər. Sonralar isə qadınların zinət əşyasına çevrilib. Hindistanda gəlin köçəndə qoluna həsir bilərzik taxardılar. Bilərziyin üzərindəki naxışlar qadının peşəsindən xəbər verirmiş. 

— İri, qalın qızıl bilərzikləri ailəli qadınlar 

— Dul qadın tək qoluna qolbaq taxarmış.

— Bilərziyin üzərində yaşıl, sarı, qırmızı, qaşlar varsa qızın bakirəliyindən xəbər verirmiş.

— İlan kimi sarılan bilərziklər yüksək etirasın əlamətidir.

— Bilərziklərdən ürək, romb, qotaz, saçaq varsa, bu zərif məhəbbətin simvoludur.
Davamı →

Kofein zərərdi, yoxsa xeyir?

kofeQəhvə ilə yanaşı kofein çayın, enerjiverici sərinləşdiricilərin və şokoladın tərkibində var.
Çox qəhvə içənlərin gözünə qarabasma görünə, ya da ki, qulaqlarına səs gələ bilər. Gün ərzində 7 fincandan çox qəhvə içənlər hallyusinasiyadan əziyyət çəkə bilərlər. Durham Universiteti 200 tələbəni dindirərək onların qəhvəiçmə adətlərini sual edib. Amma alimlər deyirlər ki, son tapıntı birbaşa bağlılığın olduğunu sübut etmir.

Onlar iddia edirlər ki, hallyusinasiya zehni xəstəliyin əlaməti sayılmır və 3% adam mütəmadi olaraq səslər eşitdiyini bildirib.
Psixologiya üzrə elmi əsər üzərində işləyən Simon Jones deyir ki, bu, hallyusinasiya ilə bağlı faktorların araşdırılması istiqamətində ilk işdir.

Stresslə üz-üzə
O bildirir ki, əvvəl önə sürülən uşaqlıq travması kimi faktorlar da hallyusinasiya ilə bağlı ola bilər. Stresli olanda orqanizm bədənə kortisol adlanan hormon buraxır. Bir neçə fincan qəhvə içəndən sonra isə bu proses sürətlənir. Onun fikrincə, məhz buna görə də, kofein ilə əhval-ruhiyyə arasındakı bağlılıq öyrənilməlidir.
Qəhvədən başqa çay, şokolad və enerjiverici sərinləşdiricilərin də tərkibində kofein var.


Ardı →

Dəhşətli tibb təcrübələri

dəhşətli təcrubələrVaşinqtonda bioetika ilə bağlı amerikan komissiyasının iclasında qalmaqallı faktlar ortaya çıxıb. Məlum olub ki, iyirminci əsrdə ABŞ-da insanlar üzərində müxtəlif təcrübələr aparılırmış. Hətta faşistlər üzərində qələbə də amerikalıları dayandırmayıb.

Pittsburq universitetində bir tədqiqatın nəticələri və hesabatları tapılıb. Məlum olub ki, 1946-1948-ci illər arasında Qvatemala sakini bilərəkdən cindi infeksiyaya yoluxdurulub ki, həmin xəstəliyin müalicəsi üçün antibiotiklərin effektivliyi yoxlanılsın. Qvatemala sakinindən sonra araşdırmalar üçün çoxsaylı adamlar da bu xəstəliyə yoluxdurulurlar. Nəticədə 700 xəstəni ümumiyyətlə, sonradan sağaltmaq mümkün olmur.
Ardı →

Yuxular qoxulardan asılıdır

Yaxşı yuxu səhhət üçün çox vacibdir. Yuxu zamanı insanın bütün orqan və sistemləri dincəlir.

Bəzən insanlar tez-tez pis yuxular görürlər və bu səbəbdən də yaxşı yata bilmirlər. Nəticədə səhər insan özünü çox yorğun və əzgin hiss edir.

Amerikalı tədqiqatçılar pis yuxularla mübarizə üçün maraqlı bir üsul aşkar etdilər.

Alimlər bir qrup insanlar üçün eksperimint apardılar. Eksperimentdə iştirak edənlər sadəcə yatırdılar və bu zaman tədqiqatçılar bu qrup insanların bir hissəsinə qızılgül ətri, digərinə isə — xarab olmuş yumurta qoxusunu iylədirdilər.

Experimentin nəticəsində aydın oldu ki, yuxuda gözəl iy iyləyən insanlar yaxşı yuxuları, pis iy qoxulayan insanlar isə qorxulu və pis yuxuları görürdülər.


Ardı →

Lunatizm irsidir

lunatikABŞ-ın alimləri lunatizm xəstəliyinin irsi olmasını təsdiq etdilər.

Lunatizm və ya somnambulizm ilə xəstə olan insan yuxuda olduqda müxtəlif hərəkətlər edir – gəzir, paltar geyinir, hətta maşın sürürlər. Yuxudan ayıldıqda bu insanlar yuxuda etdiyi hərəkətləri xatırlaya bilmirlər.

Alimlər lunatizmdən əziyyət çəkən bir ailənin 4 nəslin nümayəndələrinin qanının xromosom analizini etdkdən sonra, onların 20-ci xromosomlarında bir hissə aşkar etdilər ki, məhz bu hissə lunatizmin əmələ gəlməsində “məsuliyyət” daşıyır. Bu hissədə 28 gen olduğu üçün bu xəstəliyin əmələ gəlməsinə cavabdeh olan konkret bir gen hələ ki müəyyən edilməyib.


Davamı →

Mahnı oxuyun, sağlam olun!


Amerikalı həkimlər iddia edirlər ki, oxuma insan orqanizminə çox yaxşı təsir edir.

Alimlər bir neçə klinikada xəstələrin arasında eksperiment aparıblar. Xəstələrə tez-tez mahnı oxumaq təklif ediblər. Eksperimentin nəticəsində məlum oldu ki, oxuma xəstələrdə ağrıların azalmasına, orqanizmin bərpa olunmasına yaxşı kömək edir.

Həkimlər izah edirlər ki, oxuma zamanı insan orqanizmi oksigenlə zənginləşir və nəticədə ürək,  ağ ciyərlər və beyin daha yaxşı işləməyə başlayır, insanda əzələ tonusu yaxşılaşır.

Ekspertlər bildirirlər ki, oxuma köməyi ilə kəkələmə, stres və hətta artıq çəkidən də azad olmaq mümkündür.


Davamı →

Google-dən yeni texnoloji kəşf

Sizin hisslərinizə toxunan informasiya. Əvvəllər ancaq sözlə ifadə oluna bilənlər, indi iybilmə duyğuları ilə də da əlçatan olacaq.
Google-nin təklif etdiyi yeni texnologiya vasitəsiylə internet bələdçiniz ətir nümunələrini  xüsusi seçilmiş şəkillərə və təsvirlərə əlavə edəcək.

Googlenin ətirlər kolleksiyasında 15 milyon aromabayt informasiya  saxlanılır.

Google Nose Beta ən irəli texnologiya nümunəsi hesab edilir. Xüsusi təchiz olunmuş avtomobillər dünyanın müxtəlif yerlərində küçələrin qoxusunu yaddaşa verir.

Qoxular detektorunun mobil qoşması Android əməliyyat sisteminin son versiyasıdır.


Ardı →

17 yaş cavanlaşdıran meyvə

alma
Alimlər insanı 17 yaş cavanlaşdıran meyvənin adını açıqlayıblar. Onun tərkibində olan mikroelementlər hesablanıb.
Bu elementlər ürəyi cavanlaşdırır, dan dövranını yaxşılaşdırır, immun sistemini gücləndirir. Britaniyalı alimlərin sözlərinə görə, hər gün müntəzəm olaraq alma yemək insanın ömrünü uzadır, orqanizmi gəncləşdirir. Bu meyvənin tərkibində olan mürəkkəb elementlər ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarının elastikliyini qoruyur.
Ardı →

Əli və Ninonun heykəli necə qovuşur?

Əli və Nino
Qurban Səidin məşhur “Əli və Nino” romanı Gürcüstanda Azərbaycandan da məşhurdur.  Azərbaycanlı oğlanla gürcü qızın məhəbbəti Batumidə “hərəkət edən”  heykələ çevrilib.

Batumidə ucaldılan bu abidənin hündürlüyü 7 metrdir. Heykəllər 8-10 dəqiqə intervalla hərəkətə gəlir və "öpüşərək" bir-birlərinə qovuşur — vahid fiqura çevrilirlər. 

Poladdan hazırlanmış abidənin müəllifi Amerikada yaşayan gürcü heykəltəraşı Tamar Kvesitadzedir.

Hazırlanarkən heykəl «Qadın və kişi» adlanıb. Amma heykəli Batumidə ucaltmaq qərarı veriləndən sonra ona məşhur romanın qəhrəmanlarının şərəfinə "Əli və Nino" adı verilib.
Ardı →