Hədəf bazarı yoxsa məqsəd auditoriyası?

Hədəf bazarı və məqsəd auditoriyası terminləri qarşılıqlı əlaqədədir, lakin onlar bir-birini əvəz etmirlər. Müxtəlif bazar münasibətlərində firmanın hədəf bazarı eyni zamanda onun məqsəd auditoriyası ola bilər, lakin bu hər zaman mümkün deyil. Onlar arasındakı fərqi bilmək insanlara öz qurumlarında marketinq strategiyasını gücləndirmək və bazar münasibətlərini inkşaf etdirməkdə kömək ola bilər.

Hədəf bazarının əsasları 

  • Marketinq ekspertləri  Filip Kotler və Gary Armstrong hədəf bazarını  firma tərəfindən təmin olunan ümumi təlabat və ya xüsusiyyətləri paylaşan şəxslərin qruplaşması kimi xarakterizə etmişdir. Bu şəxslər, əsasən, məhsulun istifadəçiləridir.

Məqsəd auditoriyasının əsasları

  • Reklam mütəxəssisi Tom Dunkan məqsəd auditoriyasını “marka mesajına reaksiya vermək  kimi mühüm  potensialı olan qrup” kimi xarakterizə etmişdir. Burada əsas söz mesajdır; Effektiv bazar münasibətləri və mesajlar oxucu və ya izləyiciləri hədəfə alır. Bu şəxslər mesajın məqsəd auditoriyasını təşkil edir. Firma bülleteninin  hədəf kütləsi işçilər hesab oluna bilər.

Fərqlər

  • Hədəf bazarı qurumun marketinq strategiyasına təsir edir. Məqsəd auditoriyası ilə yalnız xüsusi mesajlarla əlaqə saxlanılır. Hədəf bazarı adətən məhsulun ya da xidmətin istifadəçilərini təşkil edir. Mesajın növlərindən asılı olaraq məqsəd auditoriyasının tərkibinə şirkət əməkdaşları, mediya rəsmiləri və digər müxtəlif qruplar, bütövlükdə cəmiyyət daxildir.

Hədəf bazarı və məqsəd auditoriyası nə zaman eyni olur?

  • Bazar münasibətlərində məqsəd auditoriyası çox vaxt hədəf bazarı ilə eyni qrupu təşkil edir. Enerji içkisi istehsalçısı tələbələri başlıca hədəf bazarı seçə bilər. Bu hədəfi nəzərə alaraq firma idarəçiləri kollec ya universitet qəzetlərində reklam yerləşdirməyi planlaşdırır.Bu reklam üçün məqsəd auditoriyası eyni zamanda şirkətin hədəf bazarını təşkil edən tələbələrdir.      
                                                     

Tərcümə etdi: Nərgiz Cəlilova

 

0 şərh