Kəntoş kimdir?

Kəntoş(kolxoz,kolxoznik,çoban,kəndçi,Qüdrət)-kənd cındosu. Kəntoşlar kənddə doğulan yaxud da şəhərdən çox kəndə bağlılığı olan ailədə dünyaya gəlmiş,mədəni,əxlaqi səviyyəsi aşağı olan homo əyalətus sayılır.
Kişi- Qızarmış,qaralmış dəri,ucuz yaraşıqsız kostyum geyir.Bankomat,kompüter,texno-qadcetlərə ağzıayrıq baxır.Tər,qatıq iyi verir,bəzən ucuz dezodorant vurur.Ləhcəylə danışır(bu çooox uzun məsələdir).Kimsə ondan narazı olanda şəhərliyə həyasızlıq edir,söyüşcüldür.Çoxunun mobiltelefonu yoxdur ya da çox köhnə modeldir.
Qadın-3 kilo kosmetikası olmayan,2 kilometr uzaqdan duxusunun iyi gəlməyən cındo-arvad.Şəhərdə əsasən geyim mağazalarında,yarmarkalarda olur.Səsi hündürdəm və xoşagəlməzdir.
Xüsusi bir növ isə tələbə kəntoş qızlardır.Qısa mini yubka, sinəsiaçıq kofta,topik. Əsasən elə kənddən çıxmış oğlanlarla fırlanır.Şəhərli bir oğlana ərə getməyi xoşbəxtlik bilir.Bəziləri zəngin adaamların seksual tələbatını ödəmə obyekti olur,bəzilərinə hətta kişiləri ev də alır. Şəhərdə barlarda onlara çox rast gəlmək olur.Çox həyasız və sırtıq olmaları ilə seçilir.
Kəntoş oğlan
Üzü çox vaxt qırxılmamış,ilboyu gözdən düşməyən 4 manatlıq eynək,çox zövqsüz ayaqqabı.
Qız görəndə qəşəng qız,saat neçədir? nə yeyərdim bu qızı! deməlidir.
Təsbeh,qatlama bıçaq,telefon ayrılmaz atributlardandır.
İntellekt yalnız nərd və domino oyununda işlənir
Sevimli məkanları əlbəttə ki,çayxanadır.
Mahmud Baba,Polat Alemdar,Mehman Əhmədli,Rəşad Dağlı sevimli personajlarıdır.
Məktəbə ancaq prikola,uşaqlarla görüşməyə gedir,heç bir dərsi yaxşı oxumur.
Girdiyi universitet və ixtisas da fərli-başlı bir şey olmur.
 

22 şərh

mizantrop
Milli kəntoşlardan normal şəkil tapa bilmədim. kimsə tapsa qoysun
Türkəl
Metroda şəklini çəkdiyim bu kəntoşun üstündə «I love Bad Boys» yazılmışdı.
fidan

Nə vaxta kimi bu millət özü-özünü təhqir etməkdən həzz alacaq?
mizantrop,sizdə mazoxizm meylləri var.Özünüzü həkimə göstərin.

Səbinə
fikir verməyin, səviyyə aclığı var onda.
kiber

Yersiz söhbətlərdir… -1

Səbinə
Yeri gəlmişkən,indi fikir verdim ki, postdakı şəkil heç də kənd yerində çəkilməyib. Homo əyalətus daha sağlam olur nəinki şəhərdə böyümüş,əlindən bir iş gəlməyən papa-mama uşaqlarından
Nailə_Rzayeva
Təəssüf ki, məqaləni gec oxudum və oxuduqca gülürdüm. Gülünc obyekti isə məqalənin müəllifidir. Bilirsiniz fikrimcə sırf şəhərli olan insan heç zaman belə ifadələr işlətməz, belə fikirlər yazmaz. Bu yalnız və yalnız kənd həyatından çıxmış və kəndi bəyənməyən, yəni " Tısbağa qınından çıxdı qınını bəyənmədi" məsəli ilə tamamilə həmahənglik yaradan bir insanın fikri ola bilər. Əziz müəllif, əgər siz bizim görkəmli yazıçılarımıza, alimlərimizə, şairlərimizə diqqət yetirsəniz görərsiniz ki, onların bəlkə də 99% məhz sizin bəyənmədiyiniz kəndlərin sakinləri olublar. Postdakı şəkil isə rus saytlarının birindən götürülmüş Rusiyada küçədə avara həyat keçirən, məhz rus gənclərinin şəklidir. Tənqid edəcəyimiz o qədər tamam başqa meyarlar var ki… Diqqətimizi o istiqamətlərə yönəldək.
Elvin85
Nailə Rzayeva, razıyam, bu mövzuda vaxtilə Əli Əkbər maraqlı bir yazı yazmışdı — «Bakılılar və çuşkalar», o yazıda məhz bu yazının müəllifi fikirli insanlara əla cavablar verilmişdi, o yazı qalmaqala da səbəb olmuşdu müəyyən qədər. Orda və ya o müəllifin başqa yazısında bir kiçik fakt da var idi ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərinin neçə faizi məhz rayondan gəlib tələbəçilik həyatı sürənlərdir. Deyəsən faiz 90-dan yuxarı idi. :)
Arzt
Maraqlı idi.Amma toxunulası daha aktual mövzular var.
kastanka
Bu lap sarkazm oldu ki.a y mizantrop.Bir az sürəti azalt.Çox uzağa getdin ee…
Bilici

mizantrop, yazından belə başa düşdüm ki sən xarici görünüşə görə insanları ayıraraq sinifləndirirsən


Sənə bir fakt deyim, Mən Sumqayıt şəhər Təbiət Elmləri Təmaüllü Gimnaziyanın 10-cu sinifində oxuyanda Qubanın ucqar dağ kəndi olan Susay kəndindən gələn  Elvin Dadaşov Gimnaziyaya qəbul olundu


Ucqar dağ kəndindən gəlməsinə baxmayaraq intellekt səviyyəsinə görə sinifimizdə əsilli-köklü şəhərli olan bəzi uşaqlardan daha üstün idi


Hətta qəbul imtahanlarında 700 bal topladı


 


indi əyri oturaq düz danışaq, kəntoş Elvin Dadaşovdu yoxsa intellekt səviyyəsi aşağı olan o şəhər uşaqları?

Silen_ce
Bunlar kəntoş deyil, səviyyəsiz, həyatda heç bir məqsədi, prinsipi olmayan, avara-avara gəzən şəxslərdir. Məncə siz bu yazınızla rayondan gələn tərbiyəli, savadlı uşaqları təhqir etmiş olursunuz. Yazdıqlarınızı özünüz də oxuyun və insafla deyin: siz o təsvir etdiklərinizdən nə ilə fərqlənirsiniz?(hər halda davranışınızdan xəbərsiz olsam da, tək bir cümləniz belə haqqınızda çox şey deyir)

Əl çəkin bu səviyyəsiz düşüncələrinizdən!!!
r9perviz
Bir sula verim? Kəntoşları bildik, bəs ŞƏHƏRLİ-lər kimlərdi?
Türkəl
Başa düşmürəm niyə bu qədər qınaq edirlər Mizantropu. O axı bu məqaləni yumor hissi ilə yazıb. Və əlbəttə ki, yazdıqlarını bütün rayonlulara aid etmir, bəlkə 5%-i var ya yox. Onun nikinə baxın — mizantrop, bu onun stilidir. Siz də başlamısınız bəs şairlərimiz belə, yazıçılarımız belə…
Silen_ce
anlamadım, bu stilin başında — çox çox üzr istəyirəm  - «cındo» sözü durur?
Türkəl
Yox, stilin başında insanlara nifrət etmək durur. Bu bloqdur. Və müəllifin fikri şişirdilmiş xarakter daşıya bilər. Mən mizanropu ona görə bəyənirəm ki, onun tərzi ən çox sevdiyim bloqqerin tərzinə çox yaxındı. Fərq ondadı ki, Mizantrop doğma dildə yazır. «Cındo» (bunu o qədər də pis söz saymıram) ifadəsi də bloqa xas xüsusiyyətdir, belə ki bloqqerlərin çox vaxt özlərinin ixtira etdiyi və istifadə etdiyi sözlər olur.
papatürk
Cındo sözü rus dilində быдло sözünün tərcüməsi kimidir. Mən də bunu yaxında öyrəndim.
Magicboy
«быдло»nu «qoyun sürüsü» kimi tərcümə etmək olar. Ancaq mən bu cındo sözünü heç eşitməmişəm..
Bilici

nə bilim yəqin mən ya ömrümdə satira oxumamışam


ya da bu oxuduğum ilk satiradır

r9perviz
Bu satira deyil, başdan-ayağa təhqirdi
Misi
Niyə dalaşırsiz? burda şəhərli ya kəndli, hətta rayonlu söhbəti getməməlidi. o giyinib dimək ki bu onun zovqudur. hər yerdə belələri olur ona görədə yer söhbəti olmamalidi. Birdə biz bir millətik bir birimizin fikrini düz başa düşüb ondan nəticə çixartmaliyiq. dalaşmamalıyıq!