Sorry girls. I’m gay!

Fərid maykanı əyninə keçirib, ətəklərini üzərinə “Calvin Klein” yazılmış, təbii ki, geydirmə olan, yanları qırmızı zolaqlı tumanına saldı.Ütünün hərarətini hələ özündə saxlamış qara şalvarını geyinib nənəsinin cehizliyindən qalma dəmir çarpayının üzərindən nişastalanmış ağ köynəyi götürdü. Şalvarın qabağını düymələyib kəməri bağlayandan sonra xeyli vaxt bədənnüma güzgünün qarşısında özünə məftunluqla tamaşa elədi. Ona qara şalvar – bəyaz köynək necə də yaraşırdı. Yay fəsli olmasaydı pencəyini də geyinərdi. Bu cür dəst geyinməkdən xoşu gəlirdi. Belədə özünü film qəhrəmanlarına bənzədirdi. Amma bu zəhmira qalmış qalstukdan heç xoşu gəlmirdi. Atası təkid eləməsəydi qalstuk taxmazdı. Amma atasının sözündən çıxa bilmirdi.
Ardı →

Kəndçi, kəntoş - bu nə deməkdir ki?

Biz hər nə qədər desək də ki, özümüzü bölgələrə bölməməliyik, bölməyək, hamımız Azərbaycanlıyıq, amma gəlin qəbul edək ki, hər kəs özünü mütləq ki, hansısa bölgədən, rayondan sayır. Amma bu yerlibazlığa çevrilməməlidir. Hər nə isə, deməli məsələ belədir ki, mənim atam da, anam da Sabirabad rayonundandılar. Mən isə Bakıda anadan olmuşam. Məndən soruşanda ki haralısan, mən təbii ki, yad vətəndaşdırsa hər yerdə özümü Azərbaycan vətəndaşı kimi təqdim edir, Azərbaycanlıyam deyirəm. Öz elimizdə də məndən bölgə olaraq soruşulandan Sabirabadlıyam deyirəm. Lakin bir çoxları məni qınayır ki, sən belə deməməlisən. Çünki sən Bakılısan!
Axı mənim atam, babam haralıdırsa və mən də o nəslin yetirməsiyəmsə, deməli, mən də oralıyam. Elə deyilmi? Mən niyə o obaları danmalıyam ki?

Bəziləri bu fikirlərini də həqiqi saydığından, bəziləri isə Bakılı olmağı daha da gözəl, fərqli və perspektivli saydığından belə düşünürlər. Vallah, mənim ata-babalarımın Azərbaycanlı olub Sabirabad rayon sakini olmalarından nə utanıram, nə çəkinirəm. Mən rayonluyam, lap elə kəndliyəm, kəndçiyəm. Burda nə var ki? Nə bilim bəlkə o yer məsələsinə görə mən yanılıram, bəlkə də həqiqətən də mən də Bakılı sayılıram, hər-halda bu haqda bir bilgim yoxdur, sadəcə düşündüklərimi deyirəm. Bunun müzakirəsini və hardasa mübarizəsini etmək də ola bilsin ki, yersizdir. Çünki mən Azərbaycanlıyam. Azərbaycanın bütün şəhərlərindən, rayonlarından, kəndlərindənəm.


Ardı →

Kəntoş kimdir?

Kəntoş(kolxoz,kolxoznik,çoban,kəndçi,Qüdrət)-kənd cındosu. Kəntoşlar kənddə doğulan yaxud da şəhərdən çox kəndə bağlılığı olan ailədə dünyaya gəlmiş,mədəni,əxlaqi səviyyəsi aşağı olan homo əyalətus sayılır.
Kişi — Qızarmış,qaralmış dəri,ucuz yaraşıqsız kostyum geyir.Bankomat,kompüter,texno-qadcetlərə ağzıayrıq baxır.Tər,qatıq iyi verir,bəzən ucuz dezodorant vurur.Ləhcəylə danışır(bu çooox uzun məsələdir).Kimsə ondan narazı olanda şəhərliyə həyasızlıq edir,söyüşcüldür.Çoxunun mobiltelefonu yoxdur ya da çox köhnə modeldir.
Qadın-3 kilo kosmetikası olmayan,2 kilometr uzaqdan duxusunun iyi gəlməyən cındo-arvad.Şəhərdə əsasən geyim mağazalarında,yarmarkalarda olur.Səsi hündürdəm və xoşagəlməzdir.
Xüsusi bir növ isə tələbə kəntoş qızlardır.Qısa mini yubka, sinəsiaçıq kofta,topik. Əsasən elə kənddən çıxmış oğlanlarla fırlanır.Şəhərli bir oğlana ərə getməyi xoşbəxtlik bilir.Bəziləri zəngin adaamların seksual tələbatını ödəmə obyekti olur,bəzilərinə hətta kişiləri ev də alır. Şəhərdə barlarda onlara çox rast gəlmək olur.Çox həyasız və sırtıq olmaları ilə seçilir.
Ardı →