Bayatılar

  • Musiqi
Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var,
Oyatma bənövşəni,
Kol dibində ayaz var.

Kədərli axmayaydı,
Göz yaşım axmayaydı,
Yad baxmağı bir yana –
Yar yada baxmayaydı.

Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var,
Oyatma bənövşəni,
Kol dibində ayaz var.

Bu dünya çətin qala, yolları çətin qala,
Yaxşı yarı yazda gəz, payıza çətin qala.

Qalanın daşı oldum,
Gözünün yaşı oldum.
Dünyada gün görmədim,
Sevəndə naşı oldum.

Bu dünya çətin qala, yolları çətin qala,
Yaxşı yarı yazda gəz, payıza çətin qala.



Mus.: E.Mansurov
Söz: V.Əziz
 

0 şərh