Рейтинг
+29.46

Musiqi

30 üzv, 165 topik

Musiqinin insan psixologiyasına və sağlamlığına təsiri

  • Musiqi

Musiqi nəyə qadirdir?
Musiqi terapiyası barədə olduqca geniş məlumatlar var — muğamla, klassik musiqi ilə insanların müalicə edilməsi faktları çoxdur. Qədim dövrlərdən bəri xəstəliklərin müalicəsində də istifadə edilən musiqi, tibbin bir çox sahəsində olduğu kimi, xüsusilə insan psixologiyası üzərində böyük təsirə malikdir.
Musiqi ilə müalicə,


Davamı →

Fikrət Əmirov yaradıcılığının mirvarisi - Azərbaycan Kapriççiosu

Vətən eşqi sonsuz və intəhasızdır. Hər bir vətəndaş bu eşqi öz təbirincə izhar edir. İnsanlara vətən sevgisini aşılamaqda sənətkarların rolu daha böyükdür. Kimi sözü, kimi musiqisi, kimi təsviri sənət nümunələri ilə bu sevgini ifadə edir. Böyük bəstəkar Fikrət Əmirovun yaradıcılığında da vətənpərvərlik mövzusu mühüm yer tutur. “Mənim yaradıcılıq xəmirim xalq musiqisi ilə yoğurulub”, – deyən bəstəkar öz əsərlərində də məhz bu fikrə əsaslanan sənət inciləri yaradıb. Müxtəlif janrlı əsərlərində xalq musiqisi intonasiyalarından rişələnən melodiyalar onun hiss və duyğularını yüksək peşəkarlıqla sənətsevərlərə çatdırır.


Davamı →

Xalq artisti Əbülfət Əliyev

Azərbaycan musiqi tarixində öz dəst-xətti, həzin və məlahətli səsi, zəngin repertuarı ilə fərqlənən, xalqımızın əbədi məhəbbətini qazanmış muğam ifaçılarından biri də respublikamızın Xalq artisti Əbülfət Əliyev idi. Əbülfət Əliyev özünəxas məlahətli, xoş tembrli, rəvan, axıcı səsi, novator yaradıcılıq üslubu olan sənətkardan olub. Onun ifa tərzinə incə lirizm, emosionallıq, səlis və orijinal üslub xasdır.

Davamı →

Xalq mahnısı "Apardı sellər Saranı" haqqında

  • Musiqi
Bu mahnı da nakam sevginin taleyinə bir ağıdır. Ən qədim xalq mahnılarımızdandır və hamının əzbərə bildiyi mahnıdır.
Əfsanələrin birində deyilir ki, Sara adlı qız öz adaxlısı, indiki dillə desək, sevgilisi Xançobanı Arpa çayı kənarında gözləyərkən faciə baş verir: onu sel aparır. Xatırladaq ki, Arpa çayı Naxçıvanın Şərur bölgəsindən axıb keçir. Bu çay boyunca Muğanlı kəndi yerləşir. Kəndin qocalarının dediyinə görə, Arpaçayı hərdən-hərdən elə daşarmış ki, heç kimin gözünün yaşına baxmaz, neçə-neçə adamı qabağına qatıb ilim-ilim itirərmiş. Bu daşqınlar çoxlu insan tələfatına səbəb olubmuş. Bəzi tədqiqatçılar mahnıda adı keçən “Gedin deyin Xançobana, bu il gəlməsin Muğana” fikrini əsas tutaraq mahnının məhz Muğan düzündən yarandığını söyləsələr də, bu fikirlər həqiqətə söykənmir.

Davamı →

“İrəvanda xal qalmadı“ mahnısı haqqında

  • Musiqi
İrəvanda xal qalmadı. Yəqin ki, hamımızın əzbərində olan mahnının maraqlı tarixçəsi var. Mahnının sözləri və musiqisinin müəllifi məşhur muğam ustası Cabbar Qaryağdıoğluya aiddir.
Mahnının yaranma tarixi haqda müxtəlif versiyalar var. Bir versiyada deyilir ki, Cabbar Qaryağdıoğlu İrəvan şəhərində mülkədar bir kişinin oğlunun toy məclisini aparırmış. Cabbar Qaryağdıoğlu tarzən Qurban Pirimov və kamançaçı Məşədi Qulu ilə bir yerdə üç gün üç gecə toyu möhtəşəm şəkildə aparmış və hamını hayıl-mayıl eləmişdi. Toylarda “Bəy tərifi” indilərdə olduğu kimi o zaman da məşhur imiş. Cabbar Qaryağdıoğlu bəy tərifi etdiyi zaman gəlinin atası yarızarafat-yarıciddi deyib ki, bayaqdan bəyi tərifləyirsən, bəs gəlini niyə vəsf etmirsən?

Davamı →

Üzeyir bəy Hacıbəyli yaradıcılığının zirvəsi

  • Musiqi

1937-ci il 30 aprel. O gün Azərbaycan mədəniyyət tarixinə düşən günlərdən biri idi. Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin «Koroğlu» operasının premyerası keçirilirdi. Sanki səhnəni, salonu ağuşuna almış musiqi sədaları qəlbləri riqqətə gətirirdi. Tamaşaçılar ovsunlanmışdı. Səhnədə xalqın haqsızlığa qarşı qəhrəmanlıq mübarizəsi canlandırılırdı.


Davamı →

Tofiq Quliyev | Əbədi nəğməkar

  • Musiqi

Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir.


Davamı →

Zibeydə mahnısı haqda

  • Musiqi
Azərbaycanın estrada cazının ən sevilən və bir çox müğənninin illərdir müraciət etdiyi “Zibeydə” mahnısı necə yaranıb?
Milli musiqi xəzinəmizə əvəzsiz töhfələr verən bəstəkar Tofiq Quliyevin mahnıları həmişə sevilə-sevilə dinlənilir, zövqləri, ruhları oxşayır. O, milli kino musiqimizə də fərqli üslub, düşüncə tərzi gətirən sənətkardır.

Davamı →

Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti Xan Şuşinski

  • Musiqi
Bu gün Xalq artisti Xan Şuşinskinin doğum günüdür. Kulis.az bu münasibətlə xanəndə haqqında maraqlı faktları təqdim edir.
Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsi, İbrahim Xəlil Xanın oğlu Məhəmməd Həsən ağa Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində ilk övlad kimi dünyaya gəlmişdir. Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin bir qolu olan Pənahəli xanın üçüncü oğlu Talıbxan ağanın törəməsi, Behbud bəyin nəvəsi, Murad bəyin qızı olub.

Davamı →

Müslüm Maqomayevin məşhurlaşdırdığı Kor Əhəd kim idi?

  • Musiqi
Əhəd Fərzəli oğlu Əliyev 1893-cü ildə Bakıda dünyaya gəlib. O, iki yaşına çatanda keçirdiyi xəstəlikdən görmə qabiliyyətini itirir və sonra tamamilə kor olur. Anası Əhədi ovundurmaq üçün Moltanı bazarından ona 12 dilli qarmon alır. Qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Qarmanda özü üçün müxtəlif mahnılar ifa edən, başını qarışdıran Əhədin sonralar “Kor Əhəd” ləqəbi ilə güclü qarmon ifaçısına çevriləcəyini isə heç kim düşünməmişdi.
Əhədin fitri istedadı və güclü iradəsi olub. 5-6 yaşında artıq o, qarmonda çalmağı öyrənib. Onun bu bacarığını görən atası Əhədi özü ilə toylara aparmağa başlayır. Əhəd Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Seyid Mirbabayev kimi xanəndələrə qulaq asır, onların boğazlarında vurduğu zəngulələri qarmonun dilinə köçürməyə çalışır.

Davamı →