Рейтинг
+21.08

Onkoloji xəstəliklər

26 üzv, 49 topik

Qadınlarda xərçəng riskini təyin edən test

Ümumdünya Xərçəng Araşdırmaları Fondunun alimləri aşkar ediblər ki, qadın bədəninin müəyyən parametrləri (ölçüləri) onda xərçəng riskini təyin etməyə imkan verir.

The Daily Mail xəbər verir ki, söhbət bel və omba ölçülərinin nisbətindən gedir. Riski təyin etmək üçün bel çevrəsinin uzunluğunu omba çevrəsinin uzunluğuna bölün. Nəticə 0,85-dən yuxarı olmamalıdır.

Məsələn, qadında bel çevrəsi 70, omba çevrəsi 95-dirsə, 70:95 = təxminən 0,74. Bu normaya uyğundur. (Kişilər üçün norma 0,90 qədərdir).
Davamı →

Xaldakı dəyişikliklərə diqqət edin!

İri, qabarıq xallar onkoloji baxımından çox təhlükəli sayılır. Onların melanomaya (dəri xərçəngi) çevrilməsi riski yüksək olur. Bu səbəbdən sizdə belə xallar varsa, onlara daim nəzarət edin. Xalda hər hansı dəyişiklik gördükdə vaxt itirmədən həkimə müraciət edin. Bu dəyişikliklər hansılardır?

1. Xalın simmetriyası pozulub. Xalı sanki gözlərinizlə tən ortadan bölün və xalın «hissələrinə» diqqətlə baxın. Əgər hissələr bir birindən fərqlənirsə (asimmetrikdir), bu təhlükəli simptomdur.

2. Xalın kənarları nahamar olub — dalğavari və ya «dişli» şəkil alıb.
Davamı →

Ağız xərçəngi

Ağız boşluğunun selikli qişası və onun əhatə etdiyi toxumalar anatomik mürəkkəb bir nahiyyə olub orada inkişaf edən şişlər xarakterik kliniki gedişi və spesifik müalicə xüsusiyyətləri ilə xarakterizə olunur.

Ağız boşluğu orqanlarına dilin hərəkətli hissəsi, ağız boşluğunun dibi, yanaq, çənə və əng sümüyünün alveolyar çıxıntısı, sərt və yumşaq damaq, ön damaq qövsləri ayırd edilir.

Amerika xərçəng əleyhinə cəmiyyətin (American Cancer Society) məlumatına görə ağız boşluğu selikli qişasının xərçəngi ilə xəstələnmə göstəricisi leykozlarla, ölüm göstəricisi isə melanomalarla müqayisə ediləcək dərəcədədir.

Dünyada ağız xərçəngi olan xəstələrin 50%-i ixtisaslaşmış klinikaya şiş prosesinin III-IV mərhələlərində müraciət edirlər. Xəstəliyin gecikmiş formalarının bu qədər çox olması xəstələrin əksəriyyətinin aşağı sosial statusu və həkim stomatoloqlarda onkoloji sayıqlığın olmaması ilə əlaqədardır.

Son 30 ildə diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsinə baxmayaraq ağız boşluğu orqanlarının xərcəngi olan xəstələrin yaşama göstəriciləri əhəmiyyətli dərəcədə artmamışdər.


Ardı →

Xərçəng xəstəliyi ilə mübarizə

İnsan orqanizmindəki hüceyrələrin nəzarətsiz şəkildə bölünüb çoxalması ilə xarakterizə olunan xərçəng xəstəliyi əsrin böyük bəlasına çevrilib. O, müasir dünyamızda ürək-damar xəstəliklərindən sonra insan ölümünə səbəb olmaqla ikinci yerdə dayanır. Statistika göstərir ki, kişilər arasında bu xəstəliyə tutulma riski 43,4, qadınlarda isə 38 faizidir.
Aparılan tədqiqatların nəticələrinə görə, artıq çəkili insanların şəkər xəstələrinin xərçəngə tutulma riski daha çoxdur.
Zəmanəmizin xəstəliyi halına gələn xərçəngdən qorunmaq üçün mütəxəssislər aşağıdakı məsləhətləri veririlər:
Davamı →

Bağırsaq xərçəngi

Bağırsaq xərçəngindən əziyyət çəkən insanların 90%-dən çoxunun yaşı 40-dan yuxarıdır. Bu yaşdan başlayaraq bağırsaq xərçəngi ilə xəstələnmə ehtimalı ildə 2 dəfə artır. Almaniyada hər il təqribən 57.000 nəfərdə bağırsaq xərçəngi aşkarlanır, 30.000 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bağırsaq xərçəngi, əksər hallarda, uzun illər selikli qişada inkişaf edən poliplərdən yaranır. Buna görə də poliplərin vaxtında çıxarılması bağırsaq xərçənginin inkişafının qarşısını ala bilər.

Bağırsaq xərçəngini necə aşkar etmək olar?

Hələ də əksər hallarda bağırsaq xərçəngi çox gec aşkarlanır. Bu vaxt o artıq proqressivləşmiş olur və bərpaedici əməliyyat mümkün olmur. Buna görə də xərçəngin erkən aşkarlanmasının böyük əhəmiyyəti var.


Ardı →

Xərçəng xəstələri üçün

Kliniki tədqiqatlar göstərir ki, idman etmək onkoloji xəstəliklərin qarşısını alır və metastazlar yaranmasına mane olur.
İdmanın hamı üçün faydalı olduğunu hər kəs bilir. Xüsusilə bu, süd vəzilərinin, yoğun bağırsağın, prostat vəzinin şişi olan xəstələr üçün daha vacibdir. Bu faktların elmə izahı bu yaxınlarda tapılmışdır. İdmanla məşğul olanlarda böyümənin insulindən asılı faktorunun səviyyəsi aşağı düşmüş olur. Bu isə şiş hüceyrələrinin qidalanmasının pozulmasına xidmət edir. İsrail həkimləri hesab edirlər ki, idman zamanı bu maddə azalır və şişlər «ac qalır» və böyümə baş vermir. Fiziki gərginliyə məruz qalmayan orqanizmdə bu maddənin çox olması şiş hüceyrələrinin çoxalmasına şərait yaradır.


Ardı →

Xərçəngin mənşəyi

Təbabətin aktual problemlərindən biri olan xərçəng xəstəliyinin səbəblərinin tapılması və müalicəsi müxtəlif müzakirələr doğurur. Aydındır ki, istənilən xəstəliyin mənşəyinin aşkar edilməsi  ona qarşı aparılan müalicənin effektli olmasını təmin edən vasitələrdən ən başlıcasıdır. Bu haqda dünya alimləri bir çox tədqiqatlar aparmış və aparmqdadır. Lakin onların gəldiyi  nəticələr fərqlidir.
Ardı →

Kompüter tomoqrafiyası xərçəng yaradır?

Amerika Milli Xərçəng İnstitutu xərçəngin səbəblərini araşdırarkən maraqlı nəticəyə gəlib. Alimlər kompüter tomoqrafiyasının yaydığı radiasiyanın xərçəng xəstəliyi yaratdığı qənaətinə gəliblər. Onlar hətta 2007-ci ildə tomoqrafiyadan yararlananların 15 min nəfərinin dünyasını dəyişəcəyini iddia ediblər. Tədqiqatçıların qənaətinə görə, kompüter tomoqrafiyasından keçənlərin 20 min nəfərində sonradan xərçəng aşkarlanıb. Onlar kompüter tomoqrafiyası ilə rentgen aparatının yaydığı radiasiyanı müqayisə ediblər. Bəlli olub ki, birinci ikincidən 100 qat çox radiasiya yayır. Buna görə də ehtiyac olmadan bu cihazın köməyindən istifadə tövsiyə edilməyib.
Kompüter tomoqrafiyası doğrudanmı insan orqanizmi üçün təhlükə törədir?
Ardı →

Qalxanabənzər vəzin xərçəngi

Qalxanabənzər vəzin xərçəngiqadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. 3:1 nisbətində. Statistika göstərir ki, İsraildə hər il 500 nəfər, Amerikada isə 20000 nəfər bu xəstəliyə düçar olur. Bu xəstəlik hər yaşda meydana çıxa bilər, ən çox isə 30 yaşdan sonra olub, vaxtında effektiv müalicə edildikdə proqnozu yaxşıdır.


Xəstələrin 90 %-də qalxanabənzər vəzin xoşxassəli törəmələrinə rast gəlinir. Lakin bir qayda olaraq, vəzin xərçəngi xoşxassəli törəmələrin fonunda yaranır. Bununla endemik zonalarda qalxanabənzər vəzi xəstəlikləri və xüsusilə bu vəzi xərçənginin sayının sürətlə artmasını izah etmək olar.


Ardı →