Hüzur üçün kiçik sirlər

• Kiçik bir anlaşmazlığın böyük bir dostluğu məhzv etməsinə imkan vermə.

• Səhv etdiyini başa düşdükdə onu tez düzəlt.

• Danışmaqdan, söhbətdən xoşu gələn bir qadın/kişi ilə evlən.  Yaşlandığınız zaman söhbət hər şeydən daha vacib olacaq. 

dünyada ən gözəl şəkil• Bir az təklikdə qal.

• Dəyişikliklərə qucaq aç, amma dəyərlərini itirmə.

• Susmağın bəzən ən yaxşı cavab olduğunu unutma.

• Daha çox kitab oxu, daha az televizora bax.

• Gözəl bir həyat yaşa. Gələcəkdə, keçmişi xatırladıqda bir daha nə qədər zövq aldığını görəcəksən.

• Evdə sevgi dolu bir atmosfer vacibdir.

• Hüzurlu ve rahat bir şərait yaratmaq üçün əlindən gələni et.

• Keçmişlə çox yaşama.

• Bildiklərini bölüş.

• Dua et. Duada ölçülə bilməyəcək qədər güc var.

• Başqalarının işinə burnunu soxma.

• İldə bir dəfə heç vaxt olmadığın bir yerə get.

• Əgər imkanın varsa başqalarına yardım et.

• Unutma, istədiklərini əldə edə bilməmək, bəzən böyük bir şansdır.
 

12 şərh

Aysel218
təşəkkürlər çox bəyəndim
Rene
Həqiqətən də dəyərli məsləhətlərdir. Həmişə əməl edə bilsək… Təşəkkürlər…
_BUMERANQ_

Maraqlı topikə görə +


Şəkil isə çox qəşəngdi.

MaksiMuS
Perfect...heyati yawamagin qizil prinsipleri...emeye hormet twk.
lili95
gerek ezberliyim.cox sagol Silen_ce
MaksiMuS
Ders döyule Lili:) emel etmek lazimdi. tak wto sabahdan tv-ni atirsan balkondan awagi:D
lili95
bu muddealarin kokunde sebr dayanir.mende ise bu kasaddi.tv-nin gunahi yoxdu.
Xrizoberil
inşaallah əməl edə bilərik… Təşəkkürlər.
Silen_ce
Hər birinizə təşəkkürlər :)
SHATENKA407
Danışmaqdan, söhbətdən xoşu gələn bir qadın/kişi ilə evlən.  Yaşlandığınız zaman söhbət hər şeydən daha vacib olacaq

bu en ehtiyacim olan bi shey…
muay
eladir. bezilerine emel edirem