Рейтинг
+69.50

Hər şey gözəldir

61 üzv, 83 topik

Bəyənirəm!

Mən KAYZENİ bəyənirəm! ORİGİNAL ©
Hər bir işdə xeyir görən göz və könülləri bəyənirəm! ORİGİNAL ©
Vətənin keşiyində duran Mübariz oğullarımızı bəyənirəm! ORİGİNAL ©
İşində məsuliyyətli,vicdanlı,düzgün,qərəzsiz olan insanları bəyənirəm! ORİGİNAL ©
İnsanın özünə,daxili zənginliyinə,dünyagörüşünə görə qiymət verənləri bəyənirəm! ORİGİNAL ©
Sözü gözünün içinə baxaraq,başqalarının ona deməyə çəkindiyi halda «tappatarap» üzünə deyənləri bəyənirəm!)) (bəzi istisnalar vardır) ORİGİNAL ©
Haqqlı tənqiddən özünə nəticə çıxaran və qarşındakına fikirlərinə hörmət qoyanları bəyənirəm! ORİGİNAL ©
Ardı →

Hüzur üçün kiçik sirlər

• Kiçik bir anlaşmazlığın böyük bir dostluğu məhzv etməsinə imkan vermə.

• Səhv etdiyini başa düşdükdə onu tez düzəlt.

• Danışmaqdan, söhbətdən xoşu gələn bir qadın/kişi ilə evlən.  Yaşlandığınız zaman söhbət hər şeydən daha vacib olacaq. 

Ardı →

Qürurum əl vermir

Həyatim boyu etmədiyim bir şeyə görə günahlandırılmışam və bunun əksini sübut etməyə qürurum imkan verməyib.


«Etibarsızsan» dedin, etibar gördüyünü sandıqların kimi süni gülmədim üzünə,
«Yalan söylədin» dedin, yalan demədim, susdum, həqiqəti deyə bilmədim, deyə bilməzdim,
«Soyuqsan» dedin, qəlbimdə əzizlədim, qorudum səni, yaninda olmadım, ola bilmədim, ola bilməzdim, amma yanindakılar kimi şirin sözlər söyləyib də yaltaqlanmadım, səssizcə gülüşündən zövq aldım, səni xoşbəxt görüb sadəcə sevindim.
Sevgimi gözünə soxmadım, qamaşdırmadım gözlərini, sadəcə təbəssümlə ötüb keçdim. Hər şey tək məndən asılı deyil ki. Etibar, yalan, soyuqluq, uzaqlıq, məsafə bunlar menden asılı deyil… menden asılı olanı etdim… bunlara sinə gəldim ...Küsmədim, incimədim bu sözlərə, onların nə günahı...
Məni belə sandın, məni duymadın, duymaq istəmədin, mənsə sadəcə təbəssüm etdim. Sən şıltaq, kədərli, tez küsən, nə deye bilərdim, nə edə bilərdim? 
Məni belə sandın, elə olmadığımı sübut edə bilməzdim, imkanım yoxdu, imkanım səni daim əziz saymaq, uzaqda da olsan səni duymaq, xoşbəxt gözlərinə heyranlıqla baxmaq, onların həmişə belə qalmasını arzulamaqdır.
Indi yanindamı olmaq istərdim? Əsla yox, nə dostun olmaq, nə yaxının olmaq istəyirəm, sənin üçün illərdir «heç kiməm», elə «heç kim» qalsam yaxşıdır, yadlaşmışıq, uzaqlaşmışıq...«Heç kim» olmağa öyrəşmişəm, belə yaxşıdır, belə xeyirlidir, amma etibarsız dediyin mən öz yaddaşıma sadiqəm, buraxdığın izinə sadiqəm...xatirənə, sənli günlərimə. Etibarsız olmaq istəməzdim, belə anılmaq ,yaddaşında belə qalmaq, əlbət ki istəməzdim, lakin başqa seçimim də yoxdu... 
Bunun əksini sənə sübut etməyə, səni axtarmağa, hətta çox vaxt səni xatırlamağa belə qürurum əl vermir... 
Sadəcə sakitcə, uzaqdan uzağa səni xoşbəxt görmək xoşdur. 


04.12.13 Zeynalova V.M

Davamı →

Mən

Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm !
Bəxtiyar Vahabzadə.
 
Hamidan və hər şeydən uzaqda. ..Hamıdan və hər şeydən qıraqda...
Bu günlərə necə gəldim, nə vaxt gəldim. Qurduqlarım necə də yerə yıxıldı, dağıldı, məhv oldu. Onları  əlimdə saxlamağa, yaşatmağa  imkan belə edə bilmədim, bacarmadım,  alınmadı. Həmişəmi belə olacaq. Əvvəlki ola biləcəyənmi, yoxsa həmişəmi belə ümidsiz, aciz, asılı, çarəsizmi olacağam. Özümə güvənimi, qərarlı olmağı unutmuşam. Heç nəyə qərar verə bilmirəm, heç nə məndən asılı deyil. Öz gücümü bütövlüklə itirmişəm. Mən sevdiklərimin yanında ola bilmirəm, mən mənə əziz olanlardan çox uzağam. Belə çox çətindi. Mən istəklərimin xaricindəyəm, mən arzularımın, içimin, düşüncəmin, varlığımın xaricindəyəm. Sanki başqasının həyatını yaşayır kimiyəm. Sanki mən özümə aid deyiləm. Günlər ötür...günləri belə izləyə bilmirəm. Mən ancaq baxıram, baxıram… elə hey baxıram. Müşahidəçi mövqeyi, ancaq müşahidəçi mövqeyi...  Hadisələrsə fasiləsiz, bir-birinin ardınca davam etməkdədir, məndən asılı olmadan, mənlə hesablaşmadan, soruşmadan. Durğunluq. Hər şeyi yenidən başlamaq, hər şeyi yenidən qurmaq, hər şey yeni, dünənimi mənə xatırladacaq heç bir, adi bir xatirə belə yox. Necə amansızcasına, qəddarcasına hər şey devrildi, yox oldu. Mənsə günahkar birisi kimi heç müqavimət belə göstərə bilmədim, gücüm çatmadı, iqtidarında deyildim. Heç bilmirəm, mən “mən” kəlməsini işlədə bilərəmmi, buna haqqın çatırmı, heç bunu istəyirəmmi? Düzü, bilmirəm… lakin indi yaşamış olduqlarımı ...bütün bunları bu “mən”lə davam etmək istəmirəm. Mən özümü istəyirəm. Mən…  
Hələ də özümü tapa bilmirəm. Günlər bir- birini əvəz etsə belə… ara- sıra kiçik hissələrimi tapsam da onları bir araya gətirə bilmirəm. Sanki nəsə, kimsə, hansısa qüvvə buna mane olur. Nə səbəbə? Anlaya bilmirəm. Dünənimdə ilişib qalmışam. Mənsə dünənimdəki məni yeni daha da inkişaf etmiş mənlə əvəz etmək istəyirəm. Geri boylanmaqdan, keçmişimdə özümü tapmaqdan yorulmuşam, artıq boynum da yorulub, mən bu günümü yaşamaq istəyirəm, keçmişimdəki günlərin xiffətini çəkə — çəkə yox, yeni günləri istəyirəm, arzularla dolu, yeni qələbə, zəfərlə dolu günləri.
İstəmirəm həyatım sakitсə bir otaqda
gəlib keçsin lal kimi...
İstəyirəm döyüşəm qayaların başında
düşmənlə qartal kimi.
Baxçadakı arx kimi ötüb həzin nəğmələr,
axmağı istəmirəm.
Səyyah olub həyata seyirçi bir nəzərlə
baxmağı istəmirəm.
Çağlamaq istəyirəm dağda şəlalə kimi,
Səpilmək istəyirəm çöllərə lalə kimi.
Dərya olub, nəhr olub, çalxalanmaq istəyirəm,
Göylərdə ulduz kimi mən yanmaq istəyirəm.
Bəxtiyar Vahabzadə.
17. 06. 2012
müəllif: Zeynalova V.M
 
 
Davamı →

Hind fəlsəfəsi | 4 qayda

hind fəlsəfəsiQayda 1: Qarşına çıxan kəslər hər kimsə, doğru kəslərdir.
Bunun mənası budur, həyatımızda kimsə təsadüfən qarşımıza çıxmaz. Qarşımıza çıxan, ətrafımızda olan hər kəsin bir səbəbi vardır, ya bizi bir yerə apararlar ya da bizə bir şey öyrədərlər.

Qayda 2: Yaşanmış olan hər nə isə, yalnız yaşana biləcək olandır.
Heç bir şey, həm də heç bir şey yaşadığımız şeyi dəyişdirə bilməzdi. Yaşadığımızın içindəki ən əhəmiyyətsiz saydığımız detalı belə dəyişdirə bilmərik. ‘Belə etsəydim, belə olacaqdı' kimi bir cümlə yoxdur. Xeyr, nə yaşandısa, yaşanması lazım olan, yaşana biləcək olandır, dərsimizi alaq və irəliləyək deyə. Hər nə qədər zehinimiz və eqomuz bunu qəbul etmək istəməsə də, həyatımızda qarşılaşdığımız hər hadisə, mükəmməldir.

Qayda 3: İçində başlanğıc olan hər anı doğru xatırla.
Hər şey doğru anda başlar, nə tez nə gec. Həyatımızda yeni bir şeylər olmasına hazır isək, o da başlamağa hazırdır.

Qayda 4: Bitmiş olan bir şey bitmişdir. Bu qədər sadədir.
Həyatımızda bir şey sona çatsa, bu bizim inkişafımıza kömək edər. Buna görə sərbəst buraxmaq, getməsinə icazə vermək və əldə etmiş olduğun bu təcrübəylə irəliyə doğru baxmaq daha yaxşıdır.
Davamı →

Lazımsız

Allah heç kəsin qəlb sevincini əlindən almasın…
Lazımsız yenə otağın bir küncündə oturub elə hey düşünürdü. Ona hər şey ağır gəlirdi. Hər şeyə-canlı, cansız nə varsa hamısına nifrət edirdi. Bir anlıq hönkür – hönkür ağlayır, sonra nəsə yadına düşürmüş kimi sakitləşir, düşünməyə davam edirdi. Gözləri bir boşluğa zillənmişdi. O, ölmək, canını qurtarmaq istəyirdi. Qəflətən qəribə bir səs onu diksindirdi. O, çaş-baş halda gözlərini ətrafa gəzdirdi, amma axtardığını tapmadı, səsin haradan gəldiyini bilmədi. Səs çox qəhərli idi. Lazımsızın özündən də qəmgin idi. Çünki bu onun əzab çəkmiş ürəyinin səsi idi.
Ardı →

Ana sözləri

Dur, saat 12 olduAnalar eyni sözləri deməkdən bezmirlər. Biz bu sözlərə o qədər öyrəşirik ki, deyiləni etmirik. Sadəcə deyilməli olan sözlər kimi qəbul edir qulağımız. 

“Söndür də tay o kompüteri”, “Az otur kompüterin qabağında”
Analar üçün bütün dərdlərin mənbəyi kompüterdir. Ana, qrip olmuşam, söyləsən, deyəcək ki, hamısı o kompüterin işləridir.

“Yemək yemisən?”
Bir insan ac olsa, bunu deməzmi? Deyər. O zaman dəfələrlə “yemək yemisənmi?” soruşmaq ancaq anaların işi ola bilər.

“Betonun üstündə oturma”
Bir bildikləri vardır hər halda.

“Tikəni saxlama, bunu da ye”
O qədər belə dedilər ki, indi hamımız artıq çəkidən əziyyət çəkirik. Əslində isə son tikəni saxlamaq lazım imiş.

“Qaçma, tərləyərsən”
Qaç, tərlə, arıqla. Müasir analar belə deməlidir əslində.


Ardı →

Gülümsəyin

təbəssumİndi hər şey gözünə günahkar kimi görünür, sıxılırsan, darıxırsan, hərdənbir köks də ötürürsən. Əslində desən də-deməsən də baxışlarından oxunur sıxıntın. Hərdən daha şən, qıvraq görünürsən… Bəs gülümsəyən gözlər, təbəssümlü çöhrə görəndə necə, heç sevinmirsənmi? İnanmıram ki, sevinməyəsən. Çünki çöhrədəki təbəssüm qaranlıqda yandırılan işıq kimidir, təbəssüm təşəkkürdür, təbəssüm sənə bağışlanan bir qucaq gül-çiçəkdir, təbəssüm sevgidir, dostluğa dəvətdir, bir dünyadır, təbəssüm hər şeydir, hər şey...

Sir-sifətindən zəhər-zəhrimar yağan birisini görmək istəyirsənmi?
— Əsla! Çünki o sənə bədbinlikdən, kindən, nifrətdən başqa heç nə vəd eləmir.

Gülüşünü, təbəssümünü evdən, övladından, insanlardan əsirgəmə. Onsuz da bu dünyanın ağlı-qaralı günləri başımızın tükü sanıdır.


Ardı →

Garfieldin qaydaları ( Bir az təbəssüm)

GarfieldMaddə 1: İnsanlar yorğun doğular, istirahət etmək üçün yaşayar.

Maddə 2: İşləmək yorar.

Maddə 3: Gündüz istirahət et ki gecə rahat olasan

Maddə 4: Yatağını özünü  sevdiyin kimi sev, içindən çıxa bilməyəcəyin kimi et.

Maddə 5: Sabah edə biləcəyin işi bu gün etmə.

Maddə 6: Bu günün işini sabaha buraxma, təxirə sala biləcəyin qədər təxirə sal.

Maddə 7: İstirahət edən birini görüncə otur ona kömək et.

Maddə 8: Oturmaq mümkünsə ayaqda dayanma, yatmaq mümkündüsə oturma.

Maddə 9: Tənbəllikdən kimsə ölməyib

Maddə 10: Çalışmaq istəyi olunca otur istəyin keçməsini gözlə.
Davamı →