Рейтинг
+35.00

orta əsrlər tarixi

33 üzv, 88 topik

Çağatay dövləti

Çingiz xan sağlığında Monqolustanın qərbində fəth etdiyi ölkələri oğullarına ayırmağa başladı. Əslində, Xarəzm şahlığına qarşı apardığı yürüşdən qayıdan Çingiz xan oğlu Cuci xanı İtil çayı ətrafına göndərir, özü isə nəzarət altına alınan Deşti-Qıpçağın şərq sahillərini idarə etmək üçün oranı tərk edir. Oğlanlarının nəyə qadir olduğunu bilirdi və daha sonra hansı əraziləri idarə edəcəklərini müəyyənləşdirdi. Ölümündən bir müddət əvvəl söylədiyi bu sözlər, oğlanlarının ləyaqətini göstərmək baxımından əhəmiyyətlidir: “ Kim qanunu və Yasanı öyrənmək istəyirsə Çağatay xana itaət edərək görə bilər bunu. Kim mal, sərvət, ticarət, sədaqət görmək istəyirsə Ogeday xanı görməlidir. Onunla get” dedi. O bu sözləri deyəndə Cuci xan dünyasını dəyişmişdi artıq, ona görə də Cuci xanın adı burada çəkilmir.

Davamı →

Əsirlikdən admirallığa yüksəlmiş müsəlman xədim

Orta əsrlər tarixinin ən böyük dəniz donanması olan “İmperial Ming Armadası”nın komandanlığı müsəlman ailədən gələn xədim Zheng Heya tapşırılmışdı.
Əsirlikdən komandirliyə yüksəlmiş, dünya tarixinin ən böyük admiral və diplomatlarından biri hesab edilən Zheng He (1371 – 1433) okeanların ilk fatehlərindən biri sayılır. O, tabeçiliyində olmuş yüzlərlə gəmi və minlərlə nəfərlik heyətdən ibarət əzəmətli donanma ilə Sakit və Hind okeanlarına avropalı dəniz səyyahlarından çox öncə uğurlu ekspedisiyalar təşkil etmişdi. Onun dəniz səfərləri, Çin tarixinin ən qüdrətli hakim ailələrindən biri olan Ming sülaləsinin (1368 – 1644) nüfuzunun bütün Şərqi və Cənub-Şərqi Asiya, Sakit və Hind Okeanı hövzələri və şərqi Afrika ölkələrinə yayılmasında, siyasi, iqtisadi və mədəni təsirinin artmasında, ən əsası, okean yollarının inkişafında, qitələrarası ticari və diplomatik əlaqələrin qurulmasında müstəsna rol oynayıb. Ming armadası ispan, holland, ingilis, fransız və portuqal donanmalarına qədər Qərb dənizlərinə (Hind okeanı) sistematik şəkildə 7 dəfə səfər təşkil etmişdi.

Davamı →

Termidorçular və Napoleon Babapart

9 termidor (iyulun 27-si) çevrilişi. Yakobin diktaturasının əsasını daxili çəkişmələr zəiflədirdi. Dantonun rəhbərliyi altında müxalifətçi qrup formalaşmışdı. Onlar terror siyasətindən əl çəkməyi və inqilabi demokratik diktaturanı ləğv etməyi irəli sürürdülər. Şomet və Eberin başçılığı ilə «İfrat» sol müxalifətçi qrup da Robespyerin rəhbərlik etdiyi ictimai Qurtuluş Komitəsinin siyasətinə qarşı çıxırdı. Bu qrup daha sərt tədbirlərin həyata keçirilməsinə çalışırdı.
Hər iki qrupun rəhbərləri inqilabi hökumətə qarşı çıxdıqları üçün edam edildilər. Bu hadisə yakobinçilərin mövqeyini daha da zəiflətdi. Yakobin bloku dağıldı. Konventin kənd təsərrüfatı fəhlələrinin çöl işlərinə göndərilməsi, varlı kənd bur-juaziyasının məhsulunun müsadirə edilməsi haqqında dekretləri vəziyyəti daha da gərginləşdirdi. Robespyer hökumətinə qarşı əks-inqilabi blok yarandı.
Davamı →

Xalqların böyük köçü və hunlar

«Xalqların böyük köçü»nün başlanması. Avrasiya materikində türk tayfalarının yaşadığı torpaqlar kontinental iqlimə malik ərazilərdir. Burada çöl və səhralar zaman keçdikcə böyüyür. Bu isə otlaq sahələrinin azalmasına səbəb olur.
Erkən orta əsrlərdə də əsas məşğuliyyəti maldarlıq olan türk tayfaları qərbə yürüş etdilər. Həmin tayfaları ümumilikdə hunlar adlandırırdılar. Bu köçün siyasi və sosial səbəbləri də var idi. Əhalinin artımı və tayfalar arasında siyasi çəkişmələr də hunların köç etməsinə böyük təsir göstərdi. Tarixə «Xalqların böyük köçü»nün başlanğıcı kimi düşmüş bu yürüş eramızın IV əsrindən başlayaraq VI əsrə qədər davam etmişdir. 
Davamı →

İngiltərə XVI-XVII əsrin birinci yarısında

  1. Sənaye inkişafı.
  2. Aqrar inkişaf.
  3. Aqrar çevrilişin başlanması. Tüdorların işçi qanunvericiliyi.
  4. İngiltərədə mütləqiyyətin təşəkkülü.
  5. Kral reformasiyası.   
  6. Mariya Tüdorun əksreformasiyası.
  7. Yelizaveta Tüdorun dini nizamlama siyasəti.
  8. Radikal reformasiya.
  9. Yelizaveta Tüdorun iqtisadi siyasəti.
  10. Yelizaveta Tüdorun xarici siyasəti.

Davamı →

Böyük coğrafi kəşflər və müstəmləkə sisteminin yaranması. Avropa sivilizasiyasinin Amerika qitəsinə yayılması

  1. Böyük Coğrafi Kəşflərin səbəbləri.
  2. Xristofor Kolumb. Amerika qitəsinin kəşfi.
  3. Hindistana dəniz yolunun kəşfi. Portuqalların müstəmləkə işğalları.
  4. Hindistana qərb yolunun kəşfi. İlk dünya səyahəti.
  5. Karib hövzəsinin müstəmləkələşdirilməsi. Meksikanın və Perunun işğalı.
  6. Portuqaliyanın müstəmləkələri.
  7. Müstəmləkələşmə və katolik kilsəsi.
  8. Böyük Coğrafi Kəşflərin nəticələri.

Davamı →

Almaniya XI – XV əsrlərdə

  1. Almaniya XI – XIII əsrlərdə
  2. Almaniya XIV – XV əsrlərdə
1. Almaniya XI – XIII əsrlərdə
1024 – cü ildə Sakson sülaləsi başa çatdığından, alman əyanları qədim frankon nəslindən olan II Konradı kral seçdilər. Frankon (və ya sonranı məbbələrdə Salik ) sülaləsi 1125 – ci ilədək hakimiyyətdə olmuşdu.
Sülalənin nümayəndələrindən biri – III Henri ( 1039 – 1056 ) dövründə alman imperiyası öz yüksək dövrünü keçirmşdir. III Henri, zö sələfləri kimi özünün İsa peyğəmbərin yerdəki nümayəndəsi hesab edirdi. Rex et sacerdos ( kral və din xadimi) formulası da imperatorun dünyəvi və dini xarakterli hakimiyyətini əks etdiridi. III Henri Almaniyada kilsə islahatının baş təşəbüskarı olub kilsənin möhkəmləndirilməsində maraqlı idi.
Davamı →

Fransa XVI-XVII əsrin birinci yarısında

  1. Aqrar quruluş.
  2. Manufakturalar və sexlər.
  3. Ticarət.
  4. İlkin yığımın xüsusiyyətləri.
  5. Sosial quruluş.
  6. Mütləq monarxiya. I Fransisk.
  7. Reformasiya.
  8. Dini müharibələr.
  9. Dini müharibələrin I mərhələsi (1562-1570).
  10. II mərhələ (1572-1576).
  11. III mərhələ (1580-1594).
  12. Navarralı Henrinin qələbəsi.   
  13. Nant edikti.
  14. IV Henrinin islahatları.
  15. Kardinal Rişelye.

Davamı →

Qərbi Avropa V-XI əsrlərdə

Qədim almanların yaşadığı ərazi, məşğuliyyəti. Onların Romanı işğal etməsi. Qədim alman tayfalarının əcdadları eramızın əvvəllərində qərbdən Reyn, şərqdən Visla, cənubdan Alp dağları və Dunay çayı, şimaldan Şimal və Baltik dənizləri ilə hüdudlanmış ərazidə yaşayırdılar. Onlar kəndlərdə nəsil (qəbilə) icmasıhalında məskunlaşmışdılar. Romalılardan 2 tarlalı əkinçilik qaydasını öyrənmişdilər.
Bəzən müharibə zamanı bəzi nəsil üzvləri tayfadan ayrı düşür, yad tayfalarla qonşuluqda yaşayırdılar. V-VI əsrlərdə qəbilə icması tədricən qonşuluq icması ilə əvəzləndi. Qonşuluq icmasının yaranması qədim alman tayfalarında bərabərsizliyin əsasını qoydu. Tayfanı xalq yığıncağı idarə edirdi. Müharibə və sülh məsələləri, tayfa başçılarının seçilməsi, adamlar arasında mübahisələr xalq yığıncağında həll edilirdi.
Davamı →