Ünsiyyətdə müsbət kəlmələrin gücü

Brooklyn körpüsündə, bir bahar günü, kor bir adam dilənçilik edirmiş. Dizlərinin dibinə bir lövhə qoyub, üzərinə də “doğuşdan kor” yazıb. Hər kəs dilənçinin önündən laqeyidcəsinə keçib gedirmiş, bir adam bunu görüb. Lövhəni alıb arxasına nə isə yazıb, olduğu yerə təkrar qoyub. Nə oluduysa o zaman oldu, gəlib-keçən və bu lövhədəki yeni yazını oxuyan hər kəs, başlayıb dilənçinin önündəki papağa pul atmağa… Bir cümlə yetib o qədər insana təsir etməyə və dilənçinin papağının pulla dolub-daşmasına:

“Gözəl bir bahar günü… Amma mən baharı görə bilmirəm ...”

Kəlmələrdir qarşımızdakı insanla aramızda körpülər quran, ünsiyyət qurmamızı təmin edən və qarşımızdakı insana bizi tanıdan. Bax bu səbəbdən, kəlmələrin doğru seçilmiş olması, cümlənin içində bizi ən doğru şəkildə ifadə etməsi lazımdır.

Danışmaq, doğru söz və kəlmələrlə mümkündür.
İnsanların ən çox çətinlik çəktikləri mövzulardan biri anlamaq və anlaşılmaqdır. Bir çox insan anlaşılmadığını düşündüyü üçün özünü yalnız hiss edər. Bu yalnızlığı dəf etmək, insanlara qarışmaq və çevrə tərəfindən etibar görmək bəzi zaman doğru danışmaq, kəlmələri doğru istifadə etməklə mümkündür. Kəlmələri doğru ifadələrlə istifadə edərək qarşımızdakı insanı təsir altına ala bilir, marağını çəkə bilir, yaxşı bir təəssürat yarada bilərik.

Kəlmələrinizi dəyişdirin dünyanız dəyişsin!

Kəlmələr fərqində olduğunuzdan daha çox gücə sahibdir. Ailə və dostluq münasibətlərində, sosial çevrə ilə olan münasibətdə, iş həyatında danışmağın lazım olduğu hər yer və vəziyyətdə kəlmələrin müqayisə edilməz bir gücü vardır. Bəzən problemi həll etmək, bəzən isə xəstəliklə mübarizə aparmaq, şüuraltına təsir etmək baxımından da, önəmli rola malikdir.

Kəlmələrin yaxşılaşdırıcı gücə malik olduğuna inanılır. Fəqət çoxumuz bədbin düşüncələrə köklənərək yaşadığımız üçün bu yaxşılaşdırıcı gücün fərqində olmarıq. Düşüncələrimiz avtomatikdir. “Etməyəcəyəm”, “ Bacara bilməyəcəyəm”, “Heç cür xoşbəxt ola bilməyəcəyəm” və s. bu kimi kəlmələrin şüuraltımızın əks olması, avtomatik düşüncələrimizin yaratdığı sanki bir dağarcıqdır. Həyatımızda bəd bir şeylərin olacağına inanır, gözləyərik. Kəlmələrin bu gücü isə, doğrudan bacara bilməyəcəyimizə inandığımız o işi uğursuz edər, ya da bizi bədbəxt edər. Kəlmələr əgər bu qədər güclü təsir edə bilirsə, davranışlarımızı müsbət yöndə təsir etmələrini təşkil etməkdə mümkündür.

Həyatımızı daha da, gözəlləşdirmək adına, müsbət kəlmələrin gücündən faydalana bilərik.

Kəlmələrlə düşünür, düşüncələrlə duyğulanarıq. Duyğularımız isə davranışlarımızı müəyyən edər. Davranışlarımızın təsirləndiyi, düşüncələrimiz bəzən bizi müvəffəqiyyətə apararkən, bəzən öz-özümüzü üzməyimizə səbəb olur. Bax tam elə bu nöqtədə düşüncələr, insan həyatına təsir edər. Bu nöqtədə isə, düşüncə tərzini dəyişmək lazımdır. 

Kəlmələri iki qrupa ayıraqın. Birinci qrup kəlmələrimiz: sevgi, mavi, sülh, qardaşlıq, cəhrayı, cənnət, eşq, xoşbəxtlik olsun.

İkinci qrup kəlmələr isə: qan, şeytan, ölüm, nifrət, kəfən, qara olsun.

Birinci qrup kəlmələr, şüuraltına müsbət şeylər düşündürüb və hiss etdirərkən, ikinci qrupdakı kəlmələr isə, şüuraltına mənfi təsir edərək bədbin fikirlər yaradır. Seçdiyimiz kəlmələrlə öz düşüncələrimizi ya da qarşı tərəfin düşüncələrini müəyyən etmək misaldakı kimi mümkündür. Qurduğumuz cümlələrdəki ifadələrdə, istifadə etdiyimiz kəlmələrə xüsusilə diqqət edərkən düşüncələrimizdə dəyişiklik etmək mümkündür.

 

0 şərh