Qarşılıqlı münasibət qurmağın sirləri

  1. Güzgü qanunu: 
    Başqalarını mühakimə etməmişdən öncə özünüzə nəzər yetirin.
  2. Ağrı qanunu: 
    İncimiş insan başqalarını incitməyə çalışır. 
  3. Yuxarı yol qanunu: 
    Biz başqaları ilə onların bizimlə etdiyi rəftardan daha yaxşısını sərgilədikdə daha ali mərhələyə keçmiş oluruq. 
  4. Bumeranq qanunu: 
    Başqalarına kömək göstərdiyimiz zaman biz elə özümüzə kömək etmiş sayılırıq. 
  5. Dəyişdirmə qanunu: 
    Özgələrini yerlərinə otuzdurmamışdan öncə biz özümüzü onların yerinə qoymalıyıq. 
  6. Təhsil qanunu: 
    Qarşılaşdığımız hər bir insanın bizə nə isə bir şey öyrətmə istedadı vardır. 
  7. Xarizma qanunu:
    İnsanlar onlara maraq göstərən adama maraq göstərirlər. 
  8. 10 bal qanunu: 
    İnsanların gözəl xüsusiyyətlərinə inanmaq onları öz gözəl xüsusiyyətlərini nümayiş etdirməyə vadar edir. 
  9. Qarşıdurma qanunu: 
    Əvvəlcə insanların qayğısına qalmaq daha sonra onlarla qarşıdurmaya qalxmaq lazımdır. 
  10. Qaya qanunu: 
    Etibar istənilən qarşılıqlı münasibətin təməlidir. 



  11. Lift qanunu: 
    İnsanlarla qarışılıqlı münasibətdə biz onları aşağı da endirə bilərik, yuxarı qaldıra da bilərik. 
  12. Vəziyyət qanunu: 
    Heç vaxt imkan verməyin ki, vəziyyət sizin üçün qarşılıqlı münasibətdən daha önəmli sayılsın. 
  13. Mamed qanunu: 
    Əgər Mamedin hamıyla problemi varsa, deməli, adətən ən böyük problem elə Mamedin özü olur. 
  14. Əlçatma qanunu: 
    Başqaları ilə özünü sadə aparmaq ətrafımızdakıların özlərini daha rahat hiss etməsinə səbəb olur. 
  15. Səngər qanunu: 
    Kiminləsə mübarizə aparmağa çalışırsansa, özün üçün elə səngər qaz ki, oraya dost da yerləşsin. 
  16. Əkinçilik qanunu: 
    Bütün qarşılıqlı münasibətləri becərmək lazımdır. 
  17. Qutlama qanunu: 
    Əsas olan dostlarımız üzgün və məğlub olarkən yanlarında olmağımız deyil, onlar qələbə və uğur qazarkən bizim ürəkdən sevinməyimiz də önəmlidir. 
  18. Əməkdaşlıq qanunu: 
    Birgə əməkdaşlıq etmək birgə qazanılacaq qələbənin ehtimalını qaldırır. 
  19. Məmnunluq qanunu: 
    Gözəl qarşılıqlı münasibətdə tərəflərin məmnun olması üçün sadəcə bir yerdə olmaları bəs edir.
 

0 şərh