Pika sindromu

Pika sindromu cox hallarda uşaqlıq hətta körpəlik yaşlarında başlayıb yetkinlik zamanlarınadək davam edən və daim təkrar edən bir davranış pozğunluğudur.
Normal qidalar xaric, müxtəlif maddələrə qarşı əmələ gələn yemə istəyi ilə özünü göstərir. Belə xəstələr zərərli ola biləcəyini bilsələr də özlərini bu maddələri yemə istəyindən uzaqlaşdıra bilmir. Çox vaxt bədəndə əskik olan dəmir, sink, fosfor, kalsium kimi maddələrin əskikliyi, bu davranış pozğunluğu ilə əvəz olunmaqdadır. Bu xəstələr qidadan xaric maddələri yeyib-içməkdən özlərini çəkindirə bilməsələr də iştahlı bir şəkildə yeyirlər və zövq alırlar. Qələm uclarını gəmirən şagirdlərə, torpaq yeyən hamilələrə ya da saçlarını udan uşaqlara ölkəmizdə heç də az rast gəlinmir. Sadəcə bunlarla bitmir hətta qum, kirəc, kağız, ip, silgi, sabun, torpaq, boya, neft, kley bu xəstələrdən örnəkdir. Bu sadalanan yeyilməyən, daxilə qəbul edilməyən maddələr o qədər çoxdur ki, saymaqla bitməz. Bu maddələr pika xəstələri üçün ən ləzzətli şirniyyat və ya tortdan daha dadlıdır. Divardan qaşınmış bir ovuc dolusu əhəng və ya yerdən alınmış bir ovuc dolusu palçıq və yaxud bir tutum saç… Bizim mədəmizi bulandıran bu qida olmayan maddələr onların ağızlarını sulandırmağa belə yetir. Pika sindromu daha çox 1-6 yaş qrupu uşaqlarda və hamilələrdə görülür. Yeniyetməlik qrupundakı uşaqlarda bu xəstəlik risk qrupu təşkil edir. Onu da qeyd etmək lazımdır ki, 1 yaşına kimi ağıza aparma instinkti bu xəstəlik qrupu ilə baglı deyildir.

  • Pika sindromu necə müəyyən edilir? 

Uşaqların hərəkətlərini diqqətlə izlədiyinizdə pika sindromunu asanca sezmək mümkündür. Açıq havada torpaq yeyən bir uşağın qapalı məkanda ayaqqabı altını yaladığı, divarı qaşıyaraq altından çıxan torpaq parçalarını yediyini və ya dibçəklərin altın qaldırıb torpağı yediyi görülən hallardır. Hətta bəzi uşaqların qələmlərin arxasını gəmirməsi, kağız yemələri, pika sindromunun göstəricisidir. Pika sindromunun təhlükələri uşaqlarda zəka inkişafı problemlərinə bağlı olaraq pika problemi görülə bilir. Eyni zamanda bədənin müqavimətinin zəifləməsinə yol açmaqdadır və uşaqlarda infeksiyaya bağlı xəstəliklərə tutulma ehtimalını artırır. Müalicəsində psixoloji dəyərləndirilmə, sağlam bəslənmə proqramı öyrədilməli və həkim nəzarətində dəmir müalicəsi aparılmalıdır. Fərqinə varılmadıqda xəstələrdə əksər hallarda alminium zəhərlənməsi, həzm sistemi problemləri, infeksiyalara bağlı olan xəstəliklər, saç yediyi üçün boğazda və mədədə tıxanmalara bağlı təcili cərrahi müdaxilələrə məruz qalma kimi problemlərlə üzləşməkdədirlər. Ağır metal zəhərlənmələri ən çox lazımi inkişaf səviyyəsinə çatmamış uşaqlarda 1-4 yaşlarında xüsusilə təhlükəlidir. Çünki bu yaşlarda uşaqlar təhlükəli olub-olmadığını heç soruşmadan bu maddələri qəbul edə bilirlər. Bundan başqa uşaqlarda zəka inkişafına bağlı olaraq pika sindromu da inkişaf edir. Bədəndə sink, dəmir əksikliyi uşagın inkişafına mənfi təsir göstərir. Çox ciddi şəkildə görülən hallar, adətən ayaqqabı altını yalamaqla başlayırlar. Hətta saydıqlarımın çoxusu belə dözülməz olan maddələrə meyl edirlər. Qısacası bu maddələrin adları belə ağılları başdan alır. Xəstəlik tam bir dövr şəklində davam etdikcə yedikçə daha çox zövq alırlar, zövq aldıqca da daha çox yeyirlər. Digər səbəblər içərisində də sevgidən ac bir mühitdə yetişməsi, inam duyğusunun yetərincə olmaması yer alır. Ailədəki narahatçılıqlar körpələri və uşaqları bu cür davranışlara sövq edə bilir. Lazımi qidalanmamanın sonunda mineral əksikliyi görülür və pikanın ortaya cıxmasına səbəb ola bilir. Qan azlığı belə valideyin diqqətsizliyi nəticəsində yer alan səbəblərdən biridir.

Öncə sindromun səbəblərini tapmaq və buna uyğun müalicə üsulu seçmək lazımdır. Analizlər –dəmir, sink, alminium kimi elementlərin yoxlanılması vacibdir. Əgər bədəndə dəmir əksikliyi ciddi dərəcədə azlıq təşkil edirsə buna müvafiq olaraq dərman müalicəsinə başladılmalıdır. Təbii qidalardan isə dəmir əksikliyi təsdiqlənmişsə xəstə mütləq qaraciyər, yumurta, paxlalılar sinfinə aid olan bitkilər və qırmızı ət qabul etməlidir. Dərman müalicəsi şərtdir. Pika sindromunda psixoloji dəstək, bu xəstəliyin təməl səbəbləri arasında psixoloji dəstək də yer almaqdadır. Buna görə də xəstəliyə mütləq bir pedaqoji dəstək də vacibdir. Psixoloji dəstəklə yanaşı pika xəstəliyinin müalicəsində terapiyaya da yer verilməlidir. Psixoloji olaraq aparılan bu terapiyanın sonunda müvəffəqiyyətli bir nəticə əldə etmək olduqca vacibdir. Xüsusilə də oyun terapiyası uşaqlarda xəstəliyi aşmaqda olduqca müvəffəqiyyətli bir üsuldur. Bu işdə məqsəd uşağın yediyi maddələrə alternativ qaydalar yükləməkdir.

Məsələn: kağız yeyən bir uşağa rəsm çəkməsinə üstünlük verilməsi və ya palçıq yemədən dayana bilməyən bir uşaga palçıqdan heykəl qurmaq ,bu xəstəliyin müalicəsində olduqca faydalıdır.

 

0 şərh