Рейтинг
+104.97

Psixologiya

111 üzv, 651 topik

Uşaqlarda xarakterin meydana gəlməsi və formalaşması

Davranış tipləri, xarakterin meydana gəlməsinə necə təsir edir? Bu sual istər psixologiya sahəsində fəaliyyət göstərən həkimləri, istərsə də günümüzdə adi insanlardan vəzifəli şəxslərə kimi hamımızı düşündürməlidir. Çünki, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam bir mühitdə yetişməsi üçün hər birimiz öz əməyimizi əsirgəməməliyik. Bu baxımdan uşaqların xarakterli olması prosesində cəmiyyətin təsiri ilə bərabər ailə də əhəmiyyətli bir faktor hesab olunur.

K.i.v də bu mövzu ilə əlaqədar yayımlanan məlumatların birində deyilir ki, uşaqlar özlərinə məxsus şəxsiyyət xüsusiyyətləriylə dünyaya gəlirlər. Hər uşaq fərqli xüsusiyyətlər daşıyır. Məlumatda xarakterin bir şəxsiyyət quruluşu olması və bu quruluşun ümumi xətlərlə daha doğulmadan təyin olunmuş olduğu bildirilir. Bundan əlavə qeyd olunur ki, sahib olunan bir çox xüsusiyyət kimi şəxsiyyət xüsusiyyətləri də genlər yolu ilə müəyyən edilir. Uşaqlar bu dövrdə öz davranışlarını və bu davranışlara cavab verən reaksiyaları qiymətləndirərək, şəxsiyyətin meydana gəlməsində əhəmiyyətli addımlar atmağa başlayırlar.
Ardı →

Ünsiyyət seçimi

Evli cütlüklər və subaylar eyni ailə statusuna malik insanlarla ünsiyyətdə olmağa üstünlük verir. Bu ona görə baş verir ki, insanlar öz həyat tərzlərinin ən yaxşı olduğunu düşünməyi çox sevir. Bu, əsasən onların öz ailə vəziyyətinin yaxın zamanda dəyişməyəcəyini düşündükləri üçün olur.

Bu faktor bizim onlara əvvəllər necə münasibət göstərdiyimizdən asılı olmayaraq, digər insanlarla olan münasibətlərimizə təsir göstərir. Məsələn, cəmiyyətdə belə bir tendensiya var ki, işə götürənlər özlərilə eyni ailə statusuna malik insanları daha həvəslə işə qəbul edir.

Əgər insan hansısa sosial çərçivədə ilişib qalıbsa, bu, ona həmin sistemi daima rasionallaşdırmağa və təsdiq etməyə imkan yaradır. Müəyyən bir sual verildikdə biz “Bəli, mənim üçün belə yaxşıdır” deməkdən çəkinərək, daha uzun cavablarla vəziyyəti başa salmağa çalışırıq. Əslində isə, bu, qapalı bir çevrədir – biz nə qədər çox müzakirə ediriksə, özümüzü həmin şeyə daha çox inandırırıq. Bu həm evli, həm də subay insanlara aiddir.

Bu fikir sorğulardan birinin nəticəsində təsdiqlənib. İnsanlara hər hansı bir qeyri-müəyyən cütlük haqqında danışaraq, onların hansı ailə statusunda daha xoşbəxt ola biləcəkləri haqda soruşublar. Çox hallarda insanlar öz ailə statuslarının adını çəkib.

Alimlər indi bunu digər sahələrdə də öyrənməyə çalışırlar. Məsələn, ailə statusunun yaşayış yeri və karyera seçiminə təsiri kimi.


Davamı →

Ən yaxşı ideyalar nə vaxt gəlir?

Yaradıcı düşüncənin idarə edilməyən bir proses olduğu düşünülsə də, əslində bu, xüsusi qanunauyğunluğa tabedir. Massaçusetsin Texnologiya İnstitutunun nevrologiya sahəsi üzrə fəlsəfə doktoru Elis Flaerti bizim kreativliyimizin nə zaman daha yüksək olduğu barədə danışıb.

  • Beyin yüksək miqdarda dofamin istehsal edir. Buna fiziki hərəkətlər, həzin musiqi dinləmək və əlbəttə ki, isti duş təsir edir.
     
  • Biz dincələn zaman beyin heç bir ağır işlə məşğul olmur və bizim öz dərinliyimizə dalaraq, ən gözlənilməz qərar qəbul etmək imkanımız yaranır. Bəzən bu yuxu zamanı və ya alkoqolun təsiri altında olur.

Ardı →

Gəzən cəsəd sindromu

Hər keçən gün yeni və dəyişik bir xəstəlik ilə qarşılaşırıq. Bunlardan biri adı qədər maraqlı və nadir görülən cəsəd gedişi sindromu xəstəliyidir. İnsan bədənindən bir orqanın yox olduğunu, ya da kiçildiyini düşünər və buna özünü inandırır. Ruhunda da əksiklik olduğunu düşünən bu insanlar get-gedə öldüklərini düşünər və cəsəd kimi ortalıqda gəzməyə başlayarlar. Çox insan tərəfindən bilinməyən və eşidilən zaman insanı heyrətləndirən xəstəlik tamamilə insanın psixologiyası ilə əlaqəli olub depressiya, ya da şizofreniya kimi növlərin daha irəliləmiş forması olaraq bilinir. Xəstə üstündə böcək, ya da soxulcan gəzdiyini düşünər, hətta çürüdüyünü və cəsəd kimi iyləndiyinə inanar.

Mütəxəssislər tərəfindən Nevropsixiatrik pozğunluq olaraq bilinən bu xəstəliyin müalicəsi çətin və çox uzun müddət müşahidə altında tutulması lazım olan bir hadisədir. İnsanlar bu həyatdan qopduğunu, yəni öldüyünü düşünüb ətrafındakı insanları buna inandırmaq üçün səy sərf edərlər. Razı edə bilmədikləri təqdirdə intihara meyilli olarlar.

2008-ci ildə Filippində yaşayan 53 yaşında bir qadında bu xəstəliyə rast gəlinmişdir. 53 yaşındakı qadın ətrafdakılara öldüyünü və meyitxanaya getmək istədiyini davamlı olaraq söyləmiş və aparılan araşdırmalar nəticəsində bu sindroma tutulduğu ortaya çıxardılmışdır.
Ardı →

Yeniyetməlik dövrüdə övladlarınızı anlamağa calışın

Yeniyetməlik dövrü insan həyatının mənalı günlərindən hesab olunur. Məhz, bu dövrdə sevgi, sağlam ailə, təhsil, karyera və s. mövzular ətrafında düşüncələr formalaşır. Hər iki cins üçün (11-21 yaş) çətin olan bu dövr, erkən duyğularda qeyri-sabitlik yarada bilər. Buda mühitdən aslıdır.

Həyata yeni addımlarını atan bəzi yeniyetmələr ətrafdakılarla münasibətdə problemlər yaşayır. Bu baxımdan valideynlər yetkinlik dövrünü nəzərə alınmalı, övladlarına uşaq çağlarından düzgün tərbiyə verməlidir.

İnsanın ən həssas dövrünü yaşadığı bu dönəmdə əksər davranışlar standart olur. Bura böyümə, cinsi, ictimai və romantik mənada formalaşma aiddir.
Yetkinlik dövründə olanlar yaşadığı proseslər səbəbi ilə özünü fərqli hiss edər və çox vaxt özünü təyin etməkdə çətinlik çəkər. Bu dövrdə duyğular dolu və rəngarəng olur. Bəziləri xəyallarla yaşayır və həqiqətləri qəbul etməkdən uzaqlaşar. Bu xəyallar, real olmadıqda gələcək arzulara mənfi təsir göstərir.

Ona görə bəzilərində otağa qapanma və depressiya halları baş verir. Özünü yorğun hiss edənlərdə təhsilə və işə qarşı biganəlik yaranır. Ona görə də valideynlər diqqətli olmalı, evdə problem yaratmamalıdırlar. Əvvəlcə yeniyetmələrin problemi öyrənməli və ona uyğun tədbirlər görülməlidir.


Davamı →

Hisslərin idarə olunması mümkündürmü?

İnsan dünyaya gəldiyi andan etibarən ətrafında baş verən hadisələrin təsiri altında olur. Zamanla yalnız özünə lazım olan   tərəflərə meyl edir, görmək istədiyini görür, eşitmək istədiyini dinləməyə çalışır. Amma yenə də ətraf aləm bizə təsir edir. Bu fakt qaçılmazdır. Ən qəribə hal odur ki, çox zaman biz qeyri-ixtiyarı hafizəmizə daxil olan hadisələrin təsiri altında daha çox qalırıq. Bu niyə belədir? Bizim qavramamız daha çox emosiyaların təsiri altında olduğu üçünmü belədir? Biz emosiyaların təsiri ilə həyəcanlandığımız üçün belə qavrayırıq?

Bəzi müsir nəzəriyyələr emosiyanı əsasən koqnitiv proseslərlə şərtləndirilmiş reksiya kompleksi kimi qəbul edirlər. Elmi araşdırmalar əsasında koqnitiv proseslərin emosional asılılıqları haqqında ümumi təsəvvürlər formalaşmışdır. Bu təsəvvürlər aşağıdakından ibarətdir: a) insan hər şeydən əvvəl və üstün dərəcədə rasional (səmərəli) varlıqdır, b) rasional başlanğıc insan üçün xeyirli və faydalıdır, emosional isə ona zərər verir və mane olur, c) ağıl (koqnitiv proseslər) emosiyanın nəzarətinə və əvəzolunmasına xidmət etməlidir.

Gəlin bu sadalanan təsəvvürlərin təhlilini verək:

a) İnsan hər şeydən əvvəl və üstün dərəcədə rasional (səmərəli) varlıqdır – insan yegənə canlı varlıqdır ki, dərk edərək qavramağa çalışır. Baş verən hər bir şeyin səbəbini axtarır. Hardan, niyə, nə üçün sualları insan övladını müasir gördüyümüz məqama gətirib və bu təbiidir. İnsan yalnız o zaman təsadüflərə inanamağa məcbur olur ki, baş verənlərin izahını vermək iqtidarına sahib deyil.


Ardı →

Psixasteniya

Psixasteniya – (psychasthenia yunan sözü olub, mənası psyche – ruh və asthenia-zəiflik mənasını verir.) sinir sisteminin patoloji pozulmasından əmələ gələn nevroza deyilir. Bu, birinci siqnal sisteminin zəifliyi və ikinci siqnal sisteminin həddən artıq üstünlüyü ilə xarakterizə olunur.

İ.P.Pavlov ali sinir fəaliyyətində siqnal sisteminin üstünlüyü ilə xarakterizə olunan xüsusi tipinin psixasteniya üçün spesifik olmasını göstərir.


Ardı →

Emo - yeniyetməlik oyunu, yoxsa ruh vəziyyətidir?

Emo nədir və əslində  emolar kimlərdi?  Adətən deyirlər ki, emolar cəmiyyətə uyuşmayan, onda mövcud olan əksiklikləri qəbul etməyən, lakin onu dəyişə bilmədiklərinə görə kədərli olan və bunu gizlətməkdən qorxmayan   bir qrup yeniyetmələrdir. Onların əsas meyarları bunlardır:

  • dünyanı yaxşılaşdırmaq,
  • pisliyə qarşı mübarizə etmək,
  • zor gücə qarşı çıxış etmək,
  • dinc və sadə yaşamağa üstünlük vermək,
  • özlərində yalanın və zalımlığın olmamasını xarici görünüşləri ilə göstərmək.

Davamı →

Art terapiya

Psixoterapiyada art terapiya metodu ən cavan metodlardan biridir. İlk dəfə bu terapiyanı 1938-ci ildə Adrian Hill vərəm dispanserində xəstələr üzərində tətbiq etmişdir. Onun 1945-ci ildə nəşr etdirdiyi “Təsviri sənət xəstəliklərə qarşı.” kitabı uzun müddət psixiatr və psixoloqların masaüstü kitablarından biri oldu. Kitabda xəstəliklərdən azad olma və orqanizmin bərpası prosesində şəkil çəkmə prosesinin müsbət təsirini göstərən emperik təcrübələr verilmişdi.

Zamanla bu növ terapiya çox geniş yayıldı və demək olar ki sərhədsiz tətbiq sahəsinə sahibdir. Bu terapiyanı istənilən qrup insanlarla və məqsədlərlə istifadə etmək olar. Tədris müaəsisələrdən başlayaraq, psixiatrik klinikalara qədər auditoriyaya sahib olan art terapiyanı müxtəlif incəsənət növləri ilə keçirtmək mümkündür.

Art terapiya emosiyalar üzərində bir eksperimentdir. Ona görə də ilk olaraq gizlənmiş emosional problemlər art terapiyada asanlıqla üzə çıxır. Emosional yaşamlar kağız üzərində simvollar şəklində ifadə olunur. Art terapevtin əsas işi bu simvoları açmaqdır. Bunun üçün ilk olaraq o qrafo-analizi bilməlidir.

Öz emosional yaşantılarını çəkərək əks etdirməyin ilkin tarixi qədim dövrlərə, mağara rəsmlərinə çəkilməsi dövrünə düşür. İnsanlar öz varlıqlarını, kosmik dünyada mövcudluq əlamətlərini divar rəsmləri ilə simvolizasiya etmişlər. Bu divar rəsmləri insanların təfəkkür fəaliyyətinin inkişafını göstərən ən gözəl nümunəlrdir. Əl-əzələ sisteminin təkmilləşməsi prosesi ilə baş beynin aktivliyi arasında sıx əlaqəlilik burda özünü ən gözəl şəkildə göstərir. Rəng seçimi, basqı və mövzu seçimi. Bunlar kor-təbii ahəngdarlıq yaradan tərəflər deyil.


Ardı →

Uşaqlarda heyvan qorxusu

Qorxu insanın  həyatını davam etdirə bilməsi üçün lazımlı duyğulardan biridir. Lakin, hər bir qorxu məntiq çərçivəsində nəzarət altına alınmalıdır. Normal inkişafını davam etdirən bir uşaq üçün alışılmamış olan hər şey kimi heyvanlarla da ilk qarşılaşma narahatlıq verici ola bilər.

Burada  uşaq üçün valideynin yeni olan varlıqlarla qarşılaşdıqlarında verdiyi  reaksiya vacibdir. Bir çox valideynlər  uşağının özünə güvənmədiyindən, müəyyən qorxuları olduğundan  şikayətlənir. Ancaq ana və atalar, nənələr, babalar, xalalar, bibilər bir intizam vasitəsi olaraq uşaqları  heyvanlarla qorxutma üsukundan  bol-bol istifadə edirlər.

 “Hav-hav gəlir “,” dinc dayanmasan  səni aslanlara verərəm “, ” şkafları qarışdırma böcək var dişləyər “kimi tez-tez müraciət edilən tərbiyə etmə üsulu doğru deyil. Əslində burada  böyüklər artıq öz qorxuları ilə  uşaqlara  örnək olurlar.

Uşaqlardakı qorxuları aradan qaldırmaq üçün  ilk  əvvəl ailələr öz qorxularının  öhdəsindən gəlməlidirlər. Heç bir heyvan növü özünə qarşı yönəlmiş və ya yönələ biləcək bir təhdid hiss etmədiyi müddətcə insana zərər verməz. Təbiətdə min bir heyvan olduğu üçün də bir uşağın bir heyvanla qarşılaşmamaq şansı yox kimidir.


Ardı →