Ağ köynəklə nə rəng büstqalter geyinmək lazımdır?

Qadınlar adətən ağ köynək geyindikləri zaman onları bir sual narahat edir. «Nə rəng büstqalter geyinim ki, ağ köynəyin altından görünməsin?!».

Ağ köynəyin altından ağ büstqalter geyinirsinizsə əmin olun ki, o mütləq görünəcək. Bu həmçinin «t-shirt»lərə də aiddir. 

Ona görə də ağ köynək və ya koftanın altından ya dəri rənginizə uyğun tonlarda ya da qara büstqalter geyinin. Əmin olun bu heçkəs tərəfindən sezilməyəcək.  Hətta bəzi «rəvayətlərə» görə qırmızı büstqalterlər də ağ köynəklərin altında görünmür. Gedin, paltar dolabınızı açın, qırmızı büstqalterinizi götürün və bu hiyləni sınayın. Əvvəlcə buna inanmayacaqsınız, ona görə də bunun şahidi olmalısınız. Bu, fransız qadınları arasında olduqca məşhur bir hiylədir.
 

0 şərh