Baltalı Hano kim olub?

  • Qadın
Osmanlı dövründə insanları qorxuya salan bir qadın var idi. Baltalı Hano adlı bu qorxulu qadın, İstanbulun kənar məhəllələrində yaşayırdı.
Hələ Baltalı Hano adını almazdan əvvəl, gəlin baxaq Baltalı Hano yəni əsl adı Hanzadə olan bu qadın kim olub.
1800-cü illərdə yaşadığı təxmin edilən, kasıb ailədə doğulan sakit bir qız olaraq bilinən Hanzadə adlı bu xanım varlı bir kişinin ona elçi düşməsiylə daha yaxşı həyata qovuşur. Amma həyat onu hələ çox sınağa çəkəcəkdi.
Oğlunun 6 yaşı olanda, Hanzadənin həyat yoldaşı dünyasını dəyişir. Və onun bütün malı-dövləti qalır Hanzadəyə.
Varlı, tək uşaqlı və dul bir qadınla evlənmək istəyənlər gündən-günə artırdı. Hanzadəyə elçi düşənlərin əksəriyyəti qoçular olur və o da seçimini Solçu Liqor (Solak Ligor) adlı bir qoçudan yana edir.
Hanzadə bu qoçuyla uzun illər birgə yaşadı və zamanla özü də qoçuluq etməyə başladı.
Bəs bir qadın necə amansız qatilə çevrilə bilər ? 
Bir gün 12 yaşındakı oğlu yoxa çıxır və o, təşvişə düşərək yollara düşüb oğlunu axtarmaq istəyir, amma sevgilisi buna mane olur və artıq oğlunu unutmasını deyir.



Bundan şübhələnən Hanzadə, bir gün kişi paltarı geyinərək, sevgilisini izləmək qərarına gəlir. Sevgilisinin xərrac toplandığını görür. Daha sonra sevgilisi bir hamama girir. Onun arxası ilə hamama girən Hanzadə, oğlunun burda olduğunu və istismara məruz qaldığını görür. Osmanlı dövründə «Hiz-Hamam oğlanı» anlayışı var idi. Bu deyim, kişi hamamlarında seksual xidmətlər üçün istifadə olunan yeniyetmə, gənc şəxslərə qoyulan ad idi. Hanzadə də oğlunun belə iyrənc məqsədlər üçün, sevgilisi tərəfindən oradakı adamlara satıldığını görüb dəhşətə gəlir.
Qəzəbinə məğlub olan və ləyaqətinin tapdandığını görən Hanzadə, orada olan odunluqdakı baltanı götürür və oradakı 21 adamı öldürür.
Daha sonra əlləri qanlı-qanlı oğlunu ordan çıxardır və qanlar içində məhəlləsinə qayıdır.
Bu hadisədən sonra tamam dəyişən, qəddarlaşan Hanzadəyə «Baltalı Hano» ləqəbiylə səslənirlər. 17 ay ərzində məhəllədəkilərə qan qusdurar, insanlardan zorla xərac toplamağa başlayar.
17 ay sonra o, 21 adamı balta ilə öldürməkdən məhkəməyə çıxarılır və güllələnərək öldürülür.

Sadə, sakit bir insanın vəhşi, əzazil bir insana çevrilməsi necə qorxunc və eynizamanda necə asandır...
 

0 şərh