Rəfiqələrlə görüş

  • Qadın
Cahiliyyə cəmiyyətində evdar qadınların imtina edə bilmədikləri ən böyük vərdişlərdən biri də öz aralarında görüşmələridir. Əlbəttə bir insanın sevdiyi dostlarıyla, yoldaşlarıyla  toplanması, görüşməsi gözəl bir nemətdir. Ancaq bu görüşlərin sevgi və hörmətin ifadə ediləcəyi, dostluqların bərkiyəcəyi, Allahın adının xatırlanacağı gözəl əxlaqa əsaslanan görüşlər  olması son dərəcə əhəmiyyətlidir. Ancaq cahiliyyə cəmiyyətində ümumiyyətlə bu görüşlər  tamamilə fərqli olur.Ümumiyyətlə belə görüşlərdə, cahiliyyə əxlaqındakı qadınların bişirdikləri keks üçün təriflənmələri onların xoşbəxt olması üçün bəs edərkən, əgər həyat yoldaşları icazə vermədiyi üçün bu yığıncaqlardan birinə gedə bilməyibsə  bu da həftələrlə davam edən narahatlıq və bədbinliyə  səbəb olur.
 
Bu sözü gedən insanların nə qədər məhdud və kiçik bir dünyada yaşadıqlarını göstərir. Çünki bu cür görüşlərdə danışılanlar, edilənlər ümumiyyətlə bu kəslərin axirətlərinə bir fayda vermir. Sözü gedən görüşlər əksəriyyətlə bu insanları dünyaya bağlamağa meyllidir.Axirəti, hər şeyin yaradıcısı olan Allahın Ucalığını, Quranda əmr edilən gözəl əxlaqı yaşamağı xatırlatmaq yerinə boş mövzular müzakirə edilər, gərəksiz hadisələrin incəlikləri araşdırılar.İnsanlar bir-birlərinin Qurana görə gözəl xüsusiyyətlərini qiymətləndirməz, əksinə bir-birlərini davamlı olaraq dünyəvi, səmimiyyətsiz şəkildə uzaq tərifləyərlər və bu təriflər əksəriyyətlə gerçək düşüncələri deyil. Qarşılarındakı insanları Quranəxlaqını nə qədər yaşadıqları cəhətdən qiymətləndirməzlər.

Dedi-qodu etmək, televiziyalarda yayımlanan romantik serialların ən son hissəsində olub bitənlər, ya da keks-tort reseptləri bu yığıncaqlarda danışılan ən həyati mövzuları təşkil edir. Halbuki eyni görüş, eyni mühit Allahdan qorxan və axirətə hazırlıq edən insanlar üçün yaradılmış olsa, şübhə yox ki, burada edilən söhbətlərdən söhbətdəkilərin həm özlərini təkmilləşdirəcəyi, həm də başqalarına fayda verə biləcəkləri çox gözəl nəticələr çıxar. Çünki Quranda möminlərin boş sözlərdən və boş işlərdən üz çevirmələri və hər anlarını faydalı işlərlə, faydalı düşüncələrlə keçirmələri əmr edilmişdir. Ayələrdə bu mövzu belə bildirilmişdir:

O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər (Mu'minun Surəsi, 3)

O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz (Furqan Surəsi, 72)

'Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: "Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri  istəmirik!" - deyirlər.(Qəsəs Surəsi, 55)
 

0 şərh