Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 933 topik

Darının faydaları

Darını " quş yemi" kimi tanıyırlar. Ancaq darı dünya xalqları tərəfinfən buğda və düyüdən sonra istifadə olunan 3- cü bitki sayılır. Əvvəllər onu " qızıl dən" adlandırırdılar. Darı şərqi slavyan ölkələrinin milli yeməyi hesab olunur. O, buğda ilə müqayisədə eneri dəyərinə görə aşağı, lakin mineral və vitamin baxımından dəyəri yüksək olan taxıl bitkisidir. Onun tərkibi əvəzolunmaz amin turşularla, mikro və makro elementlərlə, fol turşusu ilə zəngindir.

Davamı →

Osteoxondrozla bağlı məsləhətlər

İnsanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin vaxtında tədbir görülmədikdə cox ciddi narahatlığa səbəb olur. Ən çox da qadınlar da təsadüf olunur. Az hərəkətli insanlar da, vaxtının çoxunu kompyuter arxasında keçirənlərdə daha çox  osteoxondroz müşahidə olunmaqdadır. Ona görə birinci növbədə hərəkət önəmlidir. Ağrı onun əsas əlamətidir. Xəstəlik irəlilədikcə keyimələr  baş verir. Boyun osteoxondrozuna baş ağrıları, başgicəllənmə, sinə, boyun, qol ağrıları xasdır. Osteoxondroz ağrıları  fəqərə sütununun bu xəstəliyə düçar olmuş hissəsinə müvafiq olaraq fərqli xarakter daşıyır, məsələn: bel osteoxondrozunda beldə və ayaqlarda güclü ağrılar, keyimə və hətta aşağı ətrafların arıqlaması kimi hallar müşahidə oluna bilər.
Davamı →

Balıq yağının faydaları haqda

Balıq yağının faydaları nələrdir? Balıq yağı ən çox hansı balıqda olur? Balıq yağı əlavələrinin tərkib hissəsi nələrdir?
Balıq yağının faydaları
Balıq yağı bir çox cəhətdən çox faydalıdır. Ümumiyyətlə ürək və qan dövranı sistemi ilə əlaqədar tövsiyə olunur. Bəziləri balıq yağını təzyiqi və ya qandakı xolesterolu azaltmaq üçün istifadə olunur. Balıq yağı ürək xəstəliklərinin qarşısını almaq üçün də istifadə olunur.
Davamı →

Çiy fındığın faydaları

Qızıl payızın əsas meyvələrindən biri də fındıqdır. Fındıq beyin sağlamlığından tutmuş diabet riskini azaltmaya qədər bir çox önəmli faydalara malikdir. Çiy fındığın orqanizmə olan faydalarını oxucularımıza təqdim edirik.
İmmunitet sistemini gücləndirir
Fındıq yağının tərkibi E vitamini ilə zəngindir. E vitamini qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alaraq anemiya (qan azlığı) riskini azaldır. Eyni zamanda qan dövranını normallaşdırır, hərarət, soyuqdəymə və digər xəstəliklərin yaranma riskini azaldır, immunitet sistemini gücləndirir.

Davamı →

Turşu yeməyin faydaları

Turşu evdə şüşə qabda və əlverişli şəraitdə hazırlanarsa sağlamlıq üçün son dərəcə faydalıdır. Sağlam insanlarda turşunun həftənin 2 günü maksimum 1 ovuc içi qədər istifadəsi yetərlidir. Bəs, uyğun şəraitdə altında hazırlanıb yeyildikdə sağlamlığımız üçün faydaları nələrdir? Sadəcə sirkə və duz ilə hazırlanmış, tərkibində konservant olmayan turşunun 7 faydası bunlardır.
Qan şəkərini tarazlaşdırır
Turşu yemək ilə birliktə yeyildikdə tərkibindəki sirkə sayəsində insulin ifrazını tarazlaşdıraraq qan şəkərini
kontrolda saxlayır. Ancaq diabet və qan təzyiqi ilə yanaşı böyrək xəstəliyiniz varsa turşu yemək sizin üçün bir risk yarada bilər. Buna görə istehlak miqdarında nəzarət etməlisiniz.

Davamı →

Qulançar və onun faydaları

Qulançarın tərkibində maqnezium, fosfor, selenium, sink, natrium, dəmir, mis, kalsium, manqan kimi minerallar və ə A, C, B6, K kimi vitaminlər var.
Qulançarın sağlamlığa faydaları
Tərkibindəki fol turşusu sayəsində tam ürək dostudur.
Kaliumla cəhətdən zəngin, natrium cəhətdən yoxsul bi qidadır.

Davamı →

K vitamini haqqında heç eşitmisiniz?

Vitamin K, çox eşitdiyimiz bir vitamin deyil, təəssüf ki digər vitaminlər qədər adı çəkilmir. Ancaq bu təməl qidaya əhəmiyyət verməmək səhv olardı. Bəs, çoxumuzun eşitmədiyimiz K vitamini nə işə yarıyır?
K vitamininin əsas vəzifəsi
Bu zəruri vitamin çox qan itirməmək üçün qan laxtalanma prosesində görünən zəruri bir komponentdir. Laxtalanmağa kömək etmək, K vitamininin ən çox bilinən bir funksiyasıdır. Bununla birlikdə, K vitamininin faydaları qan laxtalanmasından öndədir və bu vitaminlə sağlamlığınız üçün bir çox xroniki xəstəliklərlə mübarizə edir.
Davamı →

Dəmir, kalsium və maqneziumla zəngin kəklikotu suyu

Gərginliyi azaltan və mikrob öldürücü tərkibi olan kəklikotu xəstəliklərə qarşı müqaviməti artırır və uşaqlarda anemiya üçün müsbət təsir edir. Bəs kəklikotu və kəklikotu suyunun faydaları nədir?
Qoxusu, görünüşü və dadı ilə çox məşhur olan kəklikotu sağlamlığınıza inanılmaz faydalar verir. Kəklikot tərkibindəki vitamin və minerallarla zəngindir və antioksidan təsiri var.
Lakin,kəklikotu suyunun həddindən artıq içilməsi həssas orqanlarda allergiyaya səbəb ola bilər. Başgicəllənmə və ya baş ağrısı yarada bilər.
Davamı →

Sarımsağın bilmədiyiniz 5 zərəri

Sarımsaq həm qida, həm fdədərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi təsiri var. Xüsusən ac mədəyə və gün ərzində çox miqdarda çiy sarımsaq yemək fəsadlar törədə bilər.
Sarımsağın bilmədiyiniz 5 zərərini təqdim edirik.
Qaraciyəri zəhərləyər
Bu orqan qanı təmizləyir, yağ zülal mübadiləsini tənzimləyir, orqanizmdən zəhərli ammiakı çıxarır. Sarımsaqda olan allisin adlı kimyəvi birləşmə qaraciyərə çox daxil olduqda onu toksiki zəhərləyir.
Davamı →

Siqareti atmağın elmi yolu

Elm adamları nikotinə qarşı iyrənmə hissindən məsul beyin hüceyrələrini aşkar edib. Bu haqda aparılan tədqiqatın nəticələri ilə bağlı «Proceedings of National» Elmlər Akademiyasının jurnalında dərc edilmiş məqalədə deyilir.
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf siqaretdən imtina etmək üçün effektiv dərman yaratmağa kömək edəcək. Məqalədə deyilir ki, ilk çəkilən siqaret onu çəkənin beyninə ikiqat təsir göstərir və həm iyrənməyə, həm də zövqə səbəb olur. Siqaret bir vərdiş halına gəldikdə isə ilk ləzzətin əvəzinə nikotinə qarşı davamlı bir meyil yaranır.
Davamı →