Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 932 topik

Xardal yağı

Yağlı turşular və təbii antioksidantlarla zəngin olan xardal yağı unikal müalicəvi məhsuldur. Zee News xəbər verir ki, xardal yağı ürəyin sağlamlığını qoruyur, «pis» xolesterolun səviyyəsini aşağı salır, «yaxşı» xolesterolun səviyyəsini qaldırır.

Araşdırmalar göstərib ki, xardal yağı işemiya xəstəliyinin riskini 70%-ə qədər azaldır. Həmçinin bu yağ hipertoniyanın riskini azaldır və qan dövranına müsbət təsir edir. Bu səbəbdən kardioloqlar ürək xəstəlikləri olan və bu xəstəliklərdən özünü qorumaq istəyən insanlara xardal yağını qidalanmaya daxil etməyi tövsiyə edirlər. Yağı digər bitki yağları kimi istifadə etmək olar — qidalara, salatlara əlavə etmək və s.
Davamı →

Kafein və enerji içkilərinin zərərləri

Bir banka enerji içkisi yaxşı dəmlənmiş bir fincan qəhvə qədər kafein ehtiva edir. Qəhvə heç olmasa, qəhvə qədri bilənlər tərəfindən şəkərsiz içilir. Enerji içkiləri isə çox vaxt şəkərli. Enerji içkiləri plovu ovuclayaraq yeməyə oxşayır. Qəhvə də qaşıqla yemək kimi kübar bir şey olmasa da, 3 barmaqla "əfəndi-əfəndi" yemək kimidir.

İnsan övladı qədimdən bu yana müəyyən içkilərlə ruh halını dəyişməyi sevir. Məsələn, şəkər dadı insana xoşbəxtlik verir. Çay və qəhvə isə gümrahlıq. Əvvəllər şəkərli içkiləri uzun müddət saxlamaq olmurdu. Şəkər də az idi, doğrusu. Çay və qəhvə dəmləmək isə müəyyən vaxt alırdı. Əlini atdığın anda indiki kimi hazır qəhvə harada idi?!
Davamı →

Enerji artıran qidalar

Balıq
Balıq protein, eyni zamanda çox miqdarda vitamin və minerallarla zəngindir. Somon, skumbriya, alabalıq, ton balığı və sardiniya kimi yağlı balıqlar qidaları enerjiyə çevirmək üçün əhəmiyyətli vitaminlər olan B6, B3 və B12 vitaminləri ilə, eyni zamanda maqnezium ilə zəngindir.

Tərəvəz
Enerji üçün çox əhəmiyyətli bir mineral olan dəmir baxımından zəngin olan brokoli, ispanaq, Brüssel kələmi kimi tərəvəzlər enerjini yüksəldir. Karbonhidrat və enerji üçün əhəmiyyətli olan A və C vitamini tərkibi ilə şirin kartof da enerji artırmaqda faydalı qidalardandır.
Davamı →

Soğan qabığından müalicəvi çay

Soğan insan sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır. İltihab, mikrob, virus, hətta xərçəng əleyhinə xüsusiyyətlərə malik olan soğan əsl müalicəvi məhsuldur. Lakin adətən tulladığımız soğan qabığının da çoxlu faydalı və müalicəvi xüsusiyyətləri var. Soğan qabığı antioksidant və bioflavonoidlərlə olduqca zəngindir. Bu maddələr insan sağlamlığını qoruyur, qocalma proseslərini ləngidir.

Xalq təbabətində soğan qabığı dəmləməsi hipertoniyanın, öskürəyin, iltihabların müalicəsində çox geniş istifadə olunur. Soğan qabığından çox faydalı müalicəvi çay hazırlayın. 1 orta ölçüdə olan baş soğan yaxşı yuyulur, ən üst qabıqlar soyulur, qalan qabıqlar 1 fincan (100 ml) qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, sonra adi çay kimi içilir. Çayın faydasını artırmaq üçün ona bal əlavə etmək olar.
Davamı →

Hər 1 saatdan bir 1 stəkan su için

Alimlər hər 1 saatdan bir 1 stəkan su içməyi tövsiyə edirlər. Xüsusilə bu isti havada vacibdir. Bu sadə qaydaya əməl etməklə siz özünüzü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilərsiniz.

Ən yaxşı seçim dükanlarda butulkalarda satılan təmiz qazsız və şəkərsiz sudur. Bu mümkün olmadığı halda qaynanmış sudan istifadə edə bilərsiniz. Su çox qaynamamalıdır, ilk qabarcıqlar əmələ gələn kimi çaydanı oddan götürün. Qaynanmış suyu 12 saatdan artıq saxlamayın. Suyu asta-asta kiçik qurtumlarla içmək lazımdır. Çox soyuq su içmək olmaz. Bununla siz sağlamlığınıza yalnız ziyan vura bilərsiniz.

Hər zaman yanınızda su saxlayın. Çölə çıxdıqda özünüzlə mütləq 1 butulka su götürün. Hər 1 saatdan bir 1 stəkan su içməyin mühüm faydaları:
Davamı →

Zəncirotu şirəsi

Zəncirotu çox faydalı və müalicəvi bitkidir. Zəncirotu universal bitkidir. Müalicə məqsədi ilə zəncirotunun yarpaqları, gülləri və kökləri istifadə olunur.

Zəncirotunun güllərindən çox faydalı şirə hazırlanır. Bu şirə orqanizmi toksinlərdən təmizləyir, qaraciyərin və öd kisəsinin fəaliyyətinə müsbət təsir edir, yaxşı ödqovucu təsirə malikdir.

Zəncirotunun güllərini yığın, yuyun, şüşə qabına doldurun, üzərinə şəkər tozu tökün, 4 gün sərin, qaranlıq yerdə saxlayın. Alınmış şirəni süzün və gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla qəbul edin. Müalicə kursu — 10 gün. Şirə qurtarandan sonra yeni porsiya hazırlayın.
Davamı →

Yaş artdıqca metabolizmi cavan saxlamağın yolları

İllər keçdikcə metabolizmin sürəti və yandırılan kalori miqdarı azalır. Arıqlama prosesini yavaşlatmaqla yanaşı, kökəlməyə də səbəb olan bu halın qarşısını almaq üçün etməli olduqlarınızı sizin üçün qeyd etdik.

Oyandıqdan sonra səhər yeməyini gecikdirməyin.
Səhər oyandıqdan sonra uzun müddət ac qalırsınız və ürəyiniz səhər yeməyi yemək istəmirsə, bu metabolizmin yavaşladığını göstərən bir işarə ola bilər. Çünki ac olduğumuz zaman bədən kalori yandırmağı dayandırır.
Davamı →

Velosiped sürmək arıqladırmı?

Məqsədiniz sürətli və qalıcı arıqlamaqdırsa, velosiped sürməyə başlayın! Çünki 1 saat velosiped sürmək 600 kalori yandırmağınıza səbəb olur. Bunun mənasını yəqin ki, bilirsiniz.

Bədəninizdəki yağ və şişlərdən xilas olub gündən-günə arıqlaya bilərsiniz. Həyatınızda velosipedə yer verdikdə daha sağlam, daha xoşbəxt və daha arıq olacaqsınız.

Velosiped sürmək ayaqları arıqladırmı?
Velosiped sürmək, qaçmaq, gəzinti kimi ayaq əzələlərini işlədən idmanlarla məşğul olmaq istəyənlər ayaqlarının qalınlaşmasından qorxurlar. Ancaq əksinə, velosipedin köməkliyi ilə incə, güclü və gözəl formalı ayalara sahib ola bilərsiniz.
Davamı →

Zəfəran suyu

Zəfəran dünyada ən bahalı və nadir ədviyyat sayılır. 1 il ərzində bütün dünyada yalnız 200-300 ton zəfəran istehsal olunur. Ən yaxşı zəfəran Hindistan zəfəranı sayılır.

Zəfəran bir çox xəstəliklər və pozulmalar (göz, sidik-cinsiyyət, ürək-damar, nəfəsalma sistemi xəstəlikləri və s.) zamanı müalicəvi vasitə kimi geniş istifadə olunur.

Zəfəran ürək üçün olduqca faydalıdır. Onun tərkibində «qlikozid» maddəsi var. Bu maddə ürəyin fəaliyyətini stimullaşdırır, yaxşılaşdırır, ürəyin sağlamlığını qoruyur.
Davamı →

Bibər toxumları faydalıdır

Bibər ən faydalı tərəvəzlərdən biridir. Adətən bibəri təmizləyəndə içində olan toxumlar atılır. Nəticədə biz bilmədən bibərin ən faydalı hissəsini tullayırıq.

Bir çox mütəxəssislər tərəvəzlərin, göyərtilərin toxumlarını hətta həmin tərəvəz və göyərtilərdən də faydalı hesab edir və onları sağlamlığın möhkəmləndirilməsi, müxtəlif xəstəliklərin profilaktikası üçün istifadə etməyi tövsiyə edirlər.

Bibərin toxumları da tərəvəzin özü kimi bir çox faydalı vitamin və minerallarla zəngindir. Toxumları qurutmaq, qəhvəüyüdəndə üyütmək və sonra istənilən salat və hazır qidalara az miqdarda ədviyyat kimi əlavə etmək olar.
Bu əsl təbii vitamin-mineral kompleksidir.
Davamı →