Gənc qız+yaşlı kişi

  • Sevgi

Nəyə görə cavan qızlar yaşca böyük kişiləri seçirlər? Bəziləri bunu anlamırlar. Əsasən də cavan oğlanlar. Yaşlı valideynlər, nənələr babalar isə sadəcə qəmli ah çəkirlər: “Onlarda nə tapıblar axı? Bu kişilərdə cəlbedici nə var axı?” Öz həyat tarixi olan, ömrününü yarısını yaşamış, artıq ailəli olmuş, kifayət qədər qayğıları olan bir kişi. Hətta övladları belə var. Yəqin ki, sağlamlıqla bağlı problemləri də olacaq. Seksual aktivlikdən söz belə gedə bilməz. Onun öz vərdişləri və həyata baxışı var. Onları heç vaxt dəyişməyəcək. Qıza isə yalnız onlara uyğun yaşamaq qalır. Yəqin ki, bu cür kişi ilə yaxşı əylənmək, sinif yoldaşlarınla görüşə getmək də olmaz. Bəs o kişidə yaxşı nə var?

Bu çatışmamazlıqlarla yanaşı cavan qız və yaşlı kişi cütlükləri üçün bir çox müsbət tərəflər də var. Gəlin birlikdə onları nəzərdən keçirək.Nəyə görə ənc qızlar bunu edirlər?

1. Bir qayda olaraq yetkin kişi – həyatda özünü tapmış insandır. Onun müəyyən mülkü var, artıq çətinlik çəkmək və qocalana qədər nəyəsə sahib olacağına gözləməyə ehtiyac yoxdur. “Görən perspektivlidir yoxsa yox?” kimi suallar qarşısında acız qalmırsan. Onun həyatdan aldıqları və nailiyyətləri göz qabağındadır. Stabil işi (vəzifəsi, biznesi, statusu) və gəliri var. Bir sözlə - onunla etibarlı əllərdəsən. Düşünməyə, falçılıq edib təsəvvürlər yaratmağa ehtiyac yoxdur. Yalnız seçim etmək qalır – bu cür həyat sizə lazımdırmı?

2. Yaşlı kişi artıq şəxsiyyət kimi də formalaşıb. O, çox bilir, həyat təcrübəsi var, cəmiyyətdə müəyyən statusa malikdir. O, ağıllı ola bilər. Nəticədə isə həmyaşıdlara nisbətən yetkin kişiylə sadəcə maraqlıdır.

3. Adətən uduşlu faktor kimi məhz partnyorun yüksək maddi statusu dayanır. Qeyri-rəsmi statistika bəyan edir ki, cavan qızlar kasıbları nadir hallarda seçirlər. İmkanlı kişi həyatda çox şey edə bilər. Cavan qız üçün isə dünyanın bütün gözəlliklərini bəxş edəcək. Arzuladıqlarını görmək, hər yeri gəzmək, bahalı əşyalar almaq və gözəl maşında gəzmək. Bununla da orta yaşlarında nəyəsə sahib olmanı gözləməyə ehtiyac olmayacaq. Sabah nə olacaq haqda düşünmək də artıq sizlik deyil.

4. Onun münasibətlərinin sayı az deyil, o, kişi-qadın münasibətlərində çox şey anlayıb. Sadəlövh səhvlər onluq deyil, çünki əksər vəziyyətlərdə müdriklik göstərəcək. Sənin cavanlıq kaprizlərinə isə hövsələ ilə yanaşacaq və hər şeyi bağışlayacaq. Bir sözlə, onunla yaşamaq sadə və rahatdır.

5. Onun əlaqələri və lazımi tanışları var. Buna görə də sənə karyera qurmaq və ya yaradıclıqda irəliləmək çətin olmayacaq. Həmçinin çətin vəziyyətlərə düşsən yenə xilaskarın olacaq.

yaşın nə fərqi var ki?

6. Bir çox qızlar düşünürlər ki, yaşlı kişilər onun cavanlığına heyranlıqla yanaşacaq. Başqasının yanına qaçmayacaq, cavan pərisindən bərk-bərk yapışacaq. Onun gözlərində sən həmişə layiqli, cavan, cazibədar olacaqsan. Lakin unutmaq lazım deyil ki, pullu kişilərə onlarla sənin kimi cavan və yaraşıqlı qız tapmaq elə də problem deyil.

7. El arasında danışılan “yaşlı kişilərdə seksual zəifləmə baş verir” fikirləri bir o qədər də düzgün yanaşma deyil. Çünki bir çox kişilər özünə baxmağı bacarır və yaxşı formada qalırlar. Çünki gənc qızların seçdiyi yaşlı kişilər kifayət qədər imkanlı olurlar, xarici görünüşlərinə və sağlamlıqlarına xüsusi fikir verirlər. Buna görə də seksual həyat normada olur. Həmçinin bir çox qızlar belə partnyorun təcrübəsinə üstünlük verirlər. Onlarla yataqda daha maraqlıdır və müxtəliflik var.

8. Onlarla özünü uşaq kimi apara bilərsən. Səni əzizləyəcəklər, bütün problemlərin həll olunacaq və təkbaşına həyat çətinlikləri ilə üzbəüz qalma təhlükəsi olmayacaq. Onun müdrikliyi və ağlı səni həyatın xoşagəlməzliklərindən qoruyacaq.

Əlbəttə, demək olmaz ki, bu cür qızlar məhz maddiyyat dalınca qaçırlar (əksər hallarda belə də olur), ola bilsin ki, gənc qız yaşlı kişiyə sözü əsl mənasında vurulsun. Lakin elə-belə vurulmaq mümkün deyil. Çünki bizi ilk növbədə maraqlı, lazım olan, şeylər cəlb edir və artıq biz əmin olduq ki, yetkin yaşdakı kişilərdə kifayət qədər müsbət cəhətlər vardır ki, gənc qız onun qəlbinə vurulsun.

Həmçinin bax:
Qadınlar nə istəyir?
Kişilər nə istəyir?

loading...

12 şərh

Yucin
Bidənədə bu mövzuda yaz. İmkan varsa. «Gənc oğlan+yaşlı qadın».
burla xatun
Təsadüfən yaşlı qadın axtarmırsız:)
Çalışıb dediyiniz mövzuya aid də bir şey taparıq.
Yucin
İnanıram ki, taparsız. Sizin mövzuları həmişə sevə-sevə oxuyuram.
nərgiz
Təbii ki cavan oğlanla ailə qurmaq daha yaxşıdır.Amma bir sual vermək lazımdır qızlara:
özünü tutmuş yaşlı kişi yoxsa bərkə-boşa düşməmiş cavan oğlan? 
Məncə bir çox qızlar sual belə qoyulanda yaşı bir qədər keçmiş adamla ailə qurmağı üstün tutar. Yaşlı kişilərin maddi imkanı,dünyaya baxışı və s. çox fərqli olur (yaxşı mənada).Mən demirəm ki,cavanlarımızı qoyub qoca kişilərə ərə getsinlər.Amma yaşı böyük olmaq da pis şey deil.Hətta bəzən üstünlükdür.
rdgr
İNDİ OĞLANLAR DA YAŞLI QADIN AXTARIR TƏKİ EVİ OLSUN.BU DA BİZİM OĞLANLAR.
Yucin
Əgər bir azyaşlı qız özündən çox böyük bir kişiylə münasibət qurursa, burda mümükün düyil ki, hansısa maraq olmasın və oun həyatında ikinci xoşladığı gənc bir oğlan var.
Tomris
Ola da bilər ki valideynləri məcbur ərə versinlər. Btün hallarda qız öz xoşu ilə ərə getmir.
bahar

Mənim fikrimcə kişi nə qədər qadından böyük olsa ,bir o qədər yaxşıdı.


 

Yucin
Nə qədərində bir qədəri olmalıdır ya yox.
bahar
Məsələn: 10 yaş
Əliyev
İndi də gənc oğlan+yaşlı qadın mövzusu.Argentinada 24 yaşlı cavan oğlanla 82 yaşlı qarı evləniblər. Adının çəkilmədiyi qoca gəlin, oğlanın anası ilə dost olub. Ana öləndən sonra onların eşq macəraları işə düşüb. Sonda isə evlənmək qərarına gəliblər. Artıq onlar bal aylarını tamamlayıblar. Bal ayında isə Braziliya və İspaniyada istirahətdə olublar.
gənc oğlan və yaşlı nənə
ayxansevda

eşqin gözü kordur :)) əslində kişi böyük olsa yaxşıdır max 5-6 yaş, amma yaşın nə fərqi var ki, təki qəlblər tutuşsun.