Рейтинг
+15.64

Müasir dövrün tarixi

15 üzv, 54 topik

Ukrayna 1991-2015-ci illərdə

Müstəqil Ukrayna dövlətinin yaranması.1985-ci ilin martında SSRİ dövlətinin sükanı arxasına keçən Sov.İKP-nin 54 yaşlı yeni Baş katibi M.S.Qorbaçov islahatın zəruriliyini başa düşərək sosialist cəmiyyətinin yeniləşməsi vəzifəsini irəli sürdü. Belə ki, elan edilən yenidənqurmanın obyektiv səbəbi sovet cəmiyyətinin yeniləşdirilməsinə olan tələbat idi. Ümumiyyətlə ən böyük Slavyan dövləti olan Rusiyanı üç dəfə yeniləşdirməyə cəhd edilmişdir. Birinci dəfə XX əsrin əvvəllərindəki “mütləqiyyət”, ikinci dəfə əsrin ortalarında “sosialist”, nəhayət üçüncü dəfə əsrin sonlarındakı “yenidənqurma” yeniləşdirilməsi SSRİ-yə daxil olan Ukraynada yenidənqurma siyasətinin öz xüsusiyyətləri var idi.


Davamı →

Polşa Respublikası. 1989-2015- ci illər

Polşanın siyasi inkişafı.1989-cu il aprelin 17-də “Həmrəylik” təkrar qeydiyyatdan keçirildi. “Dəyirmi masa”nın işi qurtardıqdan sonra PBFP, müttəfiq partiyalar və müxalifət parlament seçkilərinə hazırlaşmağa başladı. Tərəflərin razılığına görə seymdəki mandantların 65 faizi hakim koalisiyaya (o cümlədən 37 faizi PBFP-yə ), 35 faizi müxalifət üçün nəzərdə tutulmuşdu. Senata seçkilər azad idi. 1989-cu ildə keçirilmiş parlament seçkilərinin iki turu müxalifətə böyük uğur qazandırdı. O, özünün bütün namizədlərini artıq birinci turda parlamentə keçirə bildi. Senatda isə 100 yerdən 99-nu tutdu. Seym və senatın birgə iclasında V.Yaruzleski ölkənin prezidenti seçildi.


Davamı →

Çexoslovakiya 1940-cı illərin ortaları - 90-cı illərin əvvəllərində

Çexoslovakiya müharibədən sonrakı 1945-1948-ci illərdə.1945-ci ilin aprelində azad edilmiş ərazidəki Koşitse şəhərində çexlərin və slovakların Milli Cəbhə hökuməti təşkil edildi. Hökumətin təqdim etdiyi Koşitse proqramı müharibədən sonrakı Çexoslovakiyada liderlik uğrunda mübarizə aparan siyasi qüvvələrin kompromis proqramı oldu. Bu milli-azadlıq mübarizəsində iştirak etmiş cəmiyyətin bütün təbəqələri üçün aydın olan sosial dəyişikliklər proqramı idi. Beneş və tərəfdarları belə güman edirdilər ki, hakim elitanın tərkibinə kommunistlərin nümayənlərini də daxil etməklə Çexoslovakiyanı əvvəlki əsaslarla bərpa etmək mümkündür.


Davamı →

Çex Respublikası. 1993-2015-ci illər

993-cü il yanvarın 1-də dünyanın siyasi xəritəsində yer alan 78,866 km2əraziyə, 2013-cü il məlumatına görə 10 512 419 nəfər əhaliyə malik yeni müstəqil Çexiya Respublikası (ÇR) şimaldan Polşa, şimal-qərb və qərbdən Almaniya, cənubdan Avstriya, şərqdən Slovakiya ilə həmsərhəd olan mərkəzi Avropa dövlətidir. 1992-ci ilin dekabrın 16-da Çex Milli Şurası qəbul etdiyi yeni Konstitusiyası ilə Çex Respublikasında ali hakimiyyətin parlament idarə sistemini təsbit etdi. Əsas qanuna görə Çexiyada ali qanunverici hakimiyyət orqanı deputatlar və senat palatasından ibrət olan ikipalatalı parlamentə məxsus idi. Çex Respublikasının Milli Şurası 1993-cü il yanvarın 1-dən 4 il müddətinə seçilən 200 nəfər deputatdan ibarət parlamentin aşağı palatası kimi yenidən təşkil edildi. Yuxarı palata deputatların hökumətin federal yığıncağın çex deputatlarından ibarət müvəqqəti senat yaratmaq təklifini qəbul etmədiyi üçün yalnız 1996-cı ilin sonunda təşkil edilə bildi. 81 nəfərdən ibarət olan yuxarı palata 2 ildə bir dəfə heyətinin üçdə bir hissəsini dəyişmək şərti ilə 6 il müddətinə seçilirdi.


Davamı →

SSRİ 20-ci illərin ikinci yarısı - 30-cu illərdə

Sənayeləşdirmə siyasəti

20-ci illərin ikinci yarısında aqraq ölkəni sənaye dövlətinə çevirmək, onun iqtisadi müstəqilliyini təmin etmək və müdafiə qabiliyyətini möhkəmlətmək iqtisadi sahədə qarşıda duran əsas vəzifə idi. ÜİK (b) P-nın XIV qurultayı 1925-ci ilin dekabr ayında ümumi cizgilərlə olsa da öz qərarlarında sənayenin inkişaf etdirilməsinin zəruri olmasından bəhs edərək tarixə sənayeləşdimə qurultayı kimi daxil olmuşdur. Xalq təsərrüfatının inkişaf etdirilməsi vəzifəsini irəli sürən qurultayın qərarında qeyd edilirdi ki, “SSRİ-nin iqtisadi müstəqilliyini təmin etmək, SSRİ-ni dünya kapitalist təsərrüfatının əlavəsinə çevrilməkdən qorumaq üçün ölkəni sənayeləşdirmə istiqamətinə yönəltmək, istehsal vasitələri istehsalının inkişafını və iqtisadiyyatda hərəkət etmək məqsədilə ehtiyatların yaradılmasını təşkil etmək vacibdir.” Qurultaydakı müzakirələr göstərdi ki, SSRİ maşın və avadanlıq idxal edən ölkədən onu istehsal edən ölkəyə çevrilməlidir. Texniki cəhətdən yenidən qurulan sosialist sənayesinin yaradılmasına xüsusi diqqət ayrılmışdır.


Davamı →

Sovet dövləti 20-ci illərin birinci yarısında

1920- ci illərin əvvəllərində daxili vəziyyət. Kronşdat qiyamı

20-ci illərin birinci yarısında daxili siyasət sahəsində qarşıda duran əsas vəzifə bolşeviklərin xalqa vəd etdiyi sosializm qurmaq üçün onun maddi-texniki və sosial-mədəni bazasını yaratmaq, dağılmış ölkə təsərrüfatını bərpa etmək idi. Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə ölkəyə böyük ziyan vurmuşdur. Sənaye məhsulu istehsalının səviyyəsi müharibədən əvvəlkinə nisbətən 14 faizə düşmüş, kənd təsərrüfatı demək olar ki, iki dəfə azalmışdır. Hərbi döyüşlərin gedişində, xüsusilə Donbas, Bakının neft rayonları, Ural, Sibirin hövzə və mədənləri daha çox dağıntıya məruz qalmışdır. Yanacaq və xammal olmadığına görə zavodlar işləmirdi. Fəhlələr şəhəri tərk edib kəndə getməyə məcbur oldular. Putilov, Obuxov və başqa müəssisələr dayandığına görə Petroqrad fəhlələrin 60 faizini, Moskva isə 50 faizini itirmişdir. 1921-ci ilin fevralında Pet-roqradın 64 iri müəssisəsi dayanmışdır. 1921-ci ildə Rusiyada sənaye proletariatının sayı cəmi bir milyon nəfər təşkil edirdi. 1921- ci ildə məhsulsuzluq üzündən şəhər və kəndi aclıq bürüdü. Təkcə Orta Volqaboyu rayonlarında aclıqdan ölənlərin sayı 5 milyon nəfər idi. Ölkədə yatalaq, taun, səpmə və s. yoluxucu xəstəliklər tüğyan edirdi. Yatalaqdan ölənlərin sayı 2 milyona çatırdı.


Davamı →

Polşa ilə müharibə. Vətəndaş müharibəsinin Qırmızıların qələbəsi ilə başa çatması

1920-ci ilin yazından Vətəndaş müharibəsinin əsas hadisələrindən olan Sovet-Polşa müharibəsi və Vrangelə qarşı mübarizə dövrü başlayır. Bu Vətəndaş müharibəsi gedişində beşinci, sonuncu mərhələnin başlanğıcı hesab olunur. Bu mərhələdə həm də kəndli üsyanlarının yatırılması, Sovet hakimiyyətinin Cənubi Qafqazda, Uzaq Şərq və Orta Asiyada bərqərar olması diqqəti cəlb edir.

Birinci Dünya müharibəsində Almaniyanın məğlubiyyəti və Rusiyadakı inqilabi hadisələr Polşa dövlətinin yaranmasına səbəb oldu. Müstəqil dövlətçiliyin bərpa edilməsi Polşada sərhədlərin 1772-ci ildə olduğu kimi ((Polşanın parçalanmasına qədər) ) müəyyən etmək, Varşava başda olmaqla Litva, Belarusiya və Qərbi Ukrayna torpaqlarının daxil olduğu federasiya yaratmaq xəyalları ilə milli əhval-ruhiyyəni qızışdırdı. 1919-cu ildə Polşa Litvadan Vilensk vilayətini qoparıb aldı, Şərqi Qalitsiya uğrunda isə Ukrayna Direktoriyası ilə mübarizəyə başladı.


Davamı →

Rusiyada 1918-ci il vətəndaş müharibəsi və xarici hərbi müdaxilənin şiddətlənməsi

1918-ci il noyabrın İldə Almaniyanın təslim olması ilə Birinci Dünya müharibəsi başa çatdı. Alman cəbhəsindəki döyüşlərdən azad olan Antanta ölkələri öz qoşunlarını Qara dəniz sahillərinə çıxararaq Rusiyadakı hadisələrə daha fəal müdaxilə etməyə başladılar. Ağ hərəkatda siyasi rəhbərlik sosialistlərdən generalların əlinə keçdi. Bu, vətəndaş müharibəsinin gedişində üçüncü mərhələnin başlanması demək idi və 1919-cu ilin yazına kimi davam etdi. Antanta dövlətləri Sovet Rusiyasına qarşı müdaxilə təşkil edərək öz qoşunlarını Arxangelsk, Murmansk, Odessa, Vladivostok və b. yerlərə çıxardı.


Davamı →

Makedoniya

Makedoniya Respublikası Cənubi-Şərqi Avropanın Balkan yarmadasında yerləşir. Ölkə Şimaldan Kosovo Respublikası və Serbiya ilə, qərbdən Albaniya ilə, cənubdan Yunanıstanla, şərqdən isə Bolqarıstanla həmsərhəddir, öədim Makedoniya dövlətinin tarixi vilayəti olan Egey Makedoniyası müasir Yunanıstanın ərazisinə daxil olub tarixi Makedoniyanın 52,4 faiz ərazisini əhatə edir, öədim Makedoniya dövlətinin tarixi ərazisi olan Pirin Makedoniyası 9,6 faiz ərazi ilə Bolqarıstanın topaqlarına daxildi. Müstəqil Makedoniya Respublikası öədim Makedoniya dövlətinin tarixi ərazisinin 35,8 faizinə sahibdir. Ümumən tarixi Makedoniya torpaqlarında yaşayan əhalinin təqribən 40,9 faizi müstəqil Makedoniya ərazisində məskunlaşıb.


Davamı →

Xorvatiya

Xorvatiya Respublikası Mərkəzi Avropanın cənubunda, Balkan yarımadasının qərbində yerləşmiş dövlət kimi şimali-qərbədən Sloveniya, şimali-şərqdən Macarıstan və Serbiya, cənubdan Bosniya və Herseqovina və Çernoqoriya ilə həmsərhəddir.

1990- cı ilin aprel və mayında Xorvatiyada iki turdan ibarət çoxpartiyalı sistem əsasında baş tutan seçkilərdə Xorvatiya Demokratik Həmrəylik partiyası səslərin çoxunu qazanaraq hakimiyyətdə olan kommunistləri məğlubiyyətə uğratdılar.


Davamı →