Qara nöqətələrə qarşı ən effektli maska

Yağlı dərinin üzərində tez-tez qara nöqtələr əmələ gəlir. Nəticədə dəri çirkli və baxımsız görünür. Həmçinin tıxanmış məsamələr iltihablaşa bilər ki, nəticədə sızanaqlar əmələ gəlir.
Sizə qara nöqtələrdən xilas edən ən effektli maskanın reseptini təqdim edirik:
Maskanın tərkibi:
  • 2 ç.q. jelatin
  • 1 həb aktivləşdirilmiş kömür2 ç.q. süd
  • 1 ç.q. limon şirəsi.
qara nöqtələr üçün maska
Hazırlanması:
Kömürü əzin, jelatin, süd və limon şirəsi ilə qarışdırın.
Su hamamında 3-5 dəqiqə qızdırın ki, jelatin tam ərisin. Maska hazırdır.
Maskanı ilıq şəkildə problemli yerlərə (əsasən alın, burun, çənə) kiçik fırça və ya şpatelin köməyi ilə çəkin, 15 dəqiqə saxlayın və sonra ehtiyatla  çıxardın. Maskanı istifadə etdikdən sonra nəmləndirici krem çəkin.
Maskanı əvvəllər hər 2 gündən bir 8-10 dəfə, daha sonra isə profilaktik olaraq həftədə 1 dəfə istifadə edə bilərsiniz.


Mənbə: evdarliq.az

0 şərh