Qara nöqətələrə qarşı ən effektli maska

Yağlı dərinin üzərində tez-tez qara nöqtələr əmələ gəlir. Nəticədə dəri çirkli və baxımsız görünür. Həmçinin tıxanmış məsamələr iltihablaşa bilər ki, nəticədə sızanaqlar əmələ gəlir.
Sizə qara nöqtələrdən xilas edən ən effektli maskanın reseptini təqdim edirik:
Maskanın tərkibi:
  • 2 ç.q. jelatin
  • 1 həb aktivləşdirilmiş kömür2 ç.q. süd
  • 1 ç.q. limon şirəsi.

Davamı →

Ağardıcı maska

Dərini ağartmaq və təmizləmək üçün heç də hər zaman bahalı salon prosedurlarlarına üz tutmaq lazım deyil.

Bəzi çox adi maddələrin köməyi ilə dərini təmizləmək və ağartmaq mümkündür. Sizə belə maskalardan birini təqdim edirik. 2 həb aspirini əzin, 1 x.q. xama əlavə edin (yağlı dəri üçün 1 x.q. yağsız kəsmik götürülür), yaxşı qarışdırın. Qarışığı üz dərisinə çəkin, yüngül massaj edin, 15 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış pambıq disklə silin.

Belə maskanı həftədə 1-2 dəfə edin. Bu maska dərini yaxşı təmizləyir, ağardır, yüngül pilinq edir, cavanlaşdırır.
Davamı →

Üz dərisini ləkələrdən təmizləyən effektli vasitə

Göl süngəri çox effektli təbii kosmetoloji vasitə sayılır. Bioloji aktiv maddələrlə olduqca zəngin olan göl sündəri dəriyə bərpaedici, cavanlaşdırıcı, iltihabəleyhinə təsir göstərir, dəridə qan dövranını yaxşılaşdırır. 

Göl süngərinin dəriyə təsiri:
— dərini ölmüş hüceyrələrdən təmizləyir
— ağardır
— piy vəzilərin fəaliyyətini azaldır, yağlı dərinin pis parıltısını götürür
— qırışları hamarlayır
— məsamələri təmizləyir
— sızanaqları qurudur
— iltihabı azaldır
— sızanaqlardan qalan ləkələri, çapıqları yox edir
— hematomaları, qançırları müalicə edir.

Göl süngəri güclü vasitə sayılır. Bu səbəbdən istifadə etdikdən əvvəl göl süngəri az miqdarda suda həll edib dərinin kiçik hissəsinə çəkin, 15 dəqiqə gözləyin və sonra yuyun.
Davamı →

Üz dərisini ağardan maskalar

Cəfəri tərkibli ağardıcı maska


Maskanın hazırlanması üçün 1 xörək qaşığı cəfəri (petruşka) şirəsi ilə 1 xörək qaşığı xamanı mikserlə qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə ərzində saxlayın. Tələb olunan vaxt keçdikdən sonra, üzünüzü sərin su ilə yuyun.  Növbəti maskanın hazırlanması üçün 25 qram xırda doğranmış cəfərini 200 ml. qaynar suda dəmləyin. Bundan sonra yüngül hərəkətlərlə cəfəri ilə su qarışığını dərinizə hopdurun. Bu maskanı tonik əvəzi gündə bir neçə dəfə istifadə edə bilərsiniz.
Davamı →

Zədələnmiş saçlar üçün maska

Korlanıb, incəlmiş saçlarınız üçün zeytun yağlı maska zədələnmiş saçlarınızın bərpasında sizə kömək edəcək.

— 4 xörək qaşığı zeytun yağı
— bir yumurtanın sarısı
— 2 xörək qaşığı bal
— 1 xörək qaşığı kətan toxumu yağı
— 1 çay qaşığı alma sirkəsi 

Bütün lazımi ləvazimatları qarışdırıb saçlarınızın diblərindən uclarına qədər sürtün. Sonra saçlarınızı streç sellofanla sarıyın və ən az 4 saat belə qalın.
Həftədə bir dəfə bu formulu təkrarlaya bilərsiz. 


Davamı →

Saçları parıltılı edən maska


Hər bir Qadın saçlarının parıltılı və gözəl olmağını istəyir. Bu maska məhz bunun üçündür.

Maskanı hazırlamaq üçün 1 ədəd yumurta ağı, 1 xörək qaşığı çətənə yağı, 1 xörək qaşığı badam və ya jojooba yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi lazımdır. Onları yaxşı qarışdırdıqdan sonra saça sürtüb daramaq lazımdır.

15 dəqiqədən sonra maskanı yumamaq şərtilə ikinci dəfə həmin maskadan saçlarınıza sürtün və 2-3 saat gözləyin. Sonra saçlarınızı yaxşıca yuyun.
Davamı →

Saçları qalın və hamar edən maska


Nazik saçlar xüsusi qulluq tələb edir. Onlara çox həssas yanaşmalısınız.

Bu maska bal, konyak və zeytun yağından ibarətdir. Hamısından eyni ölçüdə götürüb qarışdırıraq saçlarınıza çəkin. Saçlarınızı polietilen papaq və ya dəsmalla örtün. 1,5-2 saat gözlədikdən sonra limon suyu əlavə edilmiş ilıq su ilə saçlarınızı yumalısınız.

Qeyd: Bu maska 10 gündə 1 dəfə olmaq şərtilə istifadə edilə bilər.
Davamı →

Ələ qulluq üçün maska


Əllərə qulluq nəinki gigiyenik cəhətdən, həm də estetik cəhətdən çox vacibdir. Qadının əlləri onun haqqında çox şey deyir. Buna görə də əllərimizə xüsusi qayğı göstərməliyik.

Ev şəraitində necə qulluq edə bilərik?! Üz və saç üçün maskalar kimi əl üçün maskalar da mövcuddur. Məsələn aşağıdakı maska əllərinizə qulluq üçün asan və mükəmməl maskadır.

Bu maska üçün sadəcə 2 ədəd kartof və yarı limon lazımdır. 2 ədəd kartofu qabıqlı qaynadıb sonra əzmək lazımdır. Sonra üzərinə yarı limonu sıxıb qarışdırmaq lazımdır. Sonra limonlu kartofu əlinizə cəkib salafana keçirmək lazımdır. Bir az gözləyib əllərinizi yuyun, krem çəkin və gözəl dərinizlə fəxr edin.
Davamı →