Qaşlarınızın əsl gözəlliyini üzə çıxarmaq üçün nə etməli

Düzgün formalı qaşlar əsl gözəlliyinizi üzə çıxarır. Əgər qaşlarınız səhv götürülürsə, özünüzdən yaşca böyük görünəcəksiniz və üz cizgiləriniz yaxşı görünməyəcək.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ortası çox qapalı olan qaşlar sizi qaşqabaqlı və ya başqa cür göstərə bilər. İki qaş arasını çox açsanız, burun quruluşunuz xüsusi vurğulanacaq. Qaşlarınızı tamamilə dəyişdirməyə çalışmayın. Qaşlar öz əyriliklərini qorumaqla düzəldilməli və öz istiqamətlərinə aparılmalıdır. Əks təqdirdə, köklərdə yumru bir görünüş olacaq.
Gözəl qaşlar
Aşağı bir göz quruluşunuz varsa, bir az geniş və düz bir forma verin. Ancaq, qaş uclarınızı süni və aqressiv şəkildə qaldırmayın.
Kiçik gözləriniz varsa, qaşlarınızı incəltməyin və qövs şəklində götürün. Bu model gözlərinizi olduğundan daha kiçik göstərməyə imkan verir. Əksinə, bir az qalınlaşdırmalı və uzatmalısınız.
Gözləriniz bir az böyük və yuvarlaqdırsa, qaşı bir az aşağı salın və daha qalın edin. Yuxarıdan götürülmüş tüklər qaşlarınızın aşağı enməsinə imkan verir. Bir sətirdən enən qalın qaşlar gözdə kölgə yaradacaq və gözün yuvarlaqlığını kamuflyaj edəcəkdir.
Yaş artdıqca göz qapaqlarının boşalması baş verir. Bu boşalma nəticəsində qaşlarla göz arasındakı məsafə daha da daralır. Qaşınızı alt sıra ilə götürün. Qaş bir sıra yuxarı qaldırılacaq, göz qapağınız açılacaq və bu sizi olduğunuzdan cavan göstərəcək.
Qaşlarınız çox sərt və qalın deyilsə, qayçı istifadə etməməyə çalışın. Qalın saçlarınız və inadçı qaşlarınız varsa, şəkilləndirməkdə çətinlik çəkəcəksiniz. Qaş fırçasının köməyi ilə qaşınızı aşağıya doğru darayın. Qayçı ilə uclarını kəsin. Qaşlarınızı formalaşdırmaq və aşağı düşməməsi üçün qaş fırçanızın ucuna saç spreyi səpin, bu spreylə onları şəkilləndirin.
Çox qısa qaşlarınız varsa, yumşaq uclu qaş qələmi ilə qaşlarınızı düzəldin.
Qaşlarınız seyrəkdirsə, özünüzə yumşaq uclu toz tərkibli qələm alın. Toz qələmlər darananda qaşlar arasında dağılır və qaşın təbii rənginə bənzəyir. Qaşlar arasındakı qələmi qaş istiqamətində paralel xəttlərdə istifadə edərək boşluqları doldurun. Həmçinin, seçdiyiniz rəng qaş rənginə yaxın olmalıdır. Xüsusilə, qara qaş qələmlərindən uzaq durun. Bu üzünüzü və baxışlarınızı sərtləşdirəcək. Qaşlarınız təbii olaraq qara olsa da, qara qələmdən uzaq durun.

Müəllif: Ayşən Vəli
Mənbə: sia.az
 

0 şərh