Anoreksiya nədir
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
«Mən kökəlməkdən qorxuram...»
Gün ərzində bizi arıqlamağa çağıran yüzlərlə reklamla rastlaşırıq. Arıqlamağa və pəhrizlərə, artıq çəkidən azad olmaq üçün plastik əməliyyatlara həsr olunan məqalələr, verilişlər də tükənmək bilmir. Bütün bu amillər əsasən də xanımlarda arıqlamaq istəyini yaradır. Bəzən isə bu istək patoloji xarakter də alır.
Artıq çəki xarici görünüşü pozmaqla yanaşı bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Eləcə də artıq çəkidən əziyyət çəkənlər depressiyaya da tez-tez məruz qalır. Piylənmə şəxsi həyatda və işdə də problemlər yaradır. Bunun üçün də insanların artıq çəkidən azad olmaq istəyi təbiidir. Lakin bu istək heç də həmişə yaxşı nəticələnmir və çoxları düzgün saxlanılmayan pəhrizlərin, uğursuz plastik əməliyyatların qurbanına çevrilir.
Arıqlamaq dəbinin dalınca yeniyetmələr daha çox qaçırlar. Buna həm televiziya verilişlərində təbliğ olunan gözləllik etalonları, artıq çəkidən azad olmağa həsr olunan reklamlar, həm də həmyaşıdlarının onları lağa qoyması səbəb olur. Çox vaxt məktəbdə artıq çəkidən əziyyət çəkənlər gülüş hədəfinə çevrilir. Əgər yeniyetmə həqiqətən də piylənmədən əziyyət çəkirsə,bununla mübarizə aparmaq lazımdır. Yaxşı olar ki, bu zaman valideynlər mütəxəssis köməyindən istifadə etsinlər. Çünki bəzi hallarda arıqlamaq istəyi o həddə çatır ki, anoreksiya kimi xəstəliyə də səbəb olur.
Anoreksiya nədir? Onun haqqında nə bilirik?
Əgər sadə dildə danışsaq, anoreksiya-insan sağlamlığı üçün təhlükəli olan arıqlamaq metodudur. Anoreksiya həm də psixi pozğunluğun nəticəsi və ölümlə qurtara bilən xəstəlikdir. Xəstəliyin ilkin fəsadları depressiyanın fonunda orqanizimdə gedən dəyişikliklərə başlanır.