Рейтинг
+55.17

Turizm

51 üzv, 100 topik

Şri Lanka

  • Turizm

65 min 610 km2 sahəsi olan Şri-Lanka dəniz səviyyəsindən 100 metr hündürlükdə yerləşir. Bu da ona xüsusi təbii gözəllik verir. Təbii gözəlliyinə görə dünyanın çox ölkəsi Şri-Lankaya həsəd apara bilər. Burada turistlər dünyanın heç yerində rast gələ bilmədikləri qonaqpərvərliklə qarşılaşırlar. Qızılı qumlu çimərliklər, müasir şəhərlər, təbiətin bənzərsiz gözəlliyi olan şəlalələr, yaşıl çay plantasiyaları, rəngarəng çiçəklər, kokos palmaları, ekzotik meyvələr, al-əlvan rənglərə çalan tutuquşular, uzunquyruq meymunlar turistlərdə qeyri-adi təsir bağışlayır. Adada yaşayan insanların adət-ənənələri, milli mətbəxi adanın heyrətamiz gözəlliyi ilə insanı riqqətə gətirən bir ahəng təşkil edir.

Şri-Lanka ilin bütün fəsillərində gözəldir. Adanın dəniz sahilləri Şri-Lankanın boynuna salınmış bir kəhrəbanı xatırladır. Rəvayətə görə, Adəm və Həvvanın ilk ayaq basdıqları məkan da məhz Şri-Lanka olub.


Ardı →

Turizmin idarəedilməsinin əsas xüsusiyyətləri

Turizm — sirli, sehrli bir aləm yox, bu sahədə çalışan insanların məsuliyyət tələb edən, işguzar fəaliyyətinin məhsuludur. Bu, bir daha sübut edir ki, turizm özünəməxsus spesifikaya malikdir. O, fəal istirahət və əyləncənin əlverişli və səmərəli formalarından biri olub insanların fiziki cəhətdən kamil və hərtərəfli inkişafında, mədəni asudə vaxtının mənalı təşkilində ən effektli vasitələrindən biridir. Məhz elə buna görə də turizm özünəməxsus xüsusiyyətlərə malikdir. Turizm təkcə təbiəti seyr etmək, ondan mənəvi həzz almaqla bitmir. O eyni zamanda sosial hadisə kimi çox aktual və hərtərəfli sahə hesab edilir.
Ardı →

Barselona

Barselona adı qədim Yunan dilindən götürülmüşdür: "Βαρκινών", «Barcino», «Barcelo», «Barceno». İspaniyanın ikinci ən böyük şəhəri olan Barselona həmçinin Kataloniya əyalətinin paytaxtıdır.İspaniyanın şimal-şərqində yerləşən liman şəhəri Barselona Kataloniya əyalətinin inzibati mərkəzi sayılır. Əhalisi 1,6 milyon nəfər olan şəhər Beqos və Lyübreqant çayları arasındakı ərazidə yerləşir. Şəhərin əsası eramızdan əvvəl II əsrdə Karfagendən gələnlər tərəfindən qoyulub.
Ardı →

Avropaya səyahət üçün ən ucuz 10 ölkə

Demək olar ki, hər kəsin arzusu mümkün olan ən az büdcə ilə bir çox ölkə və şəhərləri eyni anda kəşf etməkdir. Amma biz türk vətəndaşları üçün son dövrlər məzənnə artımı ilə əlaqədar bu bir az çətinləşib. Hər şeyə baxmayaraq, Avropada elə yerlər var ki, onları normal büdcə ilə kəşf edə bilmirik. Bu yazıda sizin üçün Avropada istirahət üçün ən ucuz 10 ölkənin siyahısını tərtib etmişik. 


Davamı →

Səyahətinizi necə planlaşdıra bilərsiniz?

Səyahət etmək həyatımızda müxtəlif mədəniyyətlərlə tanış olmaq, yeni yerləri kəşf etmək və unudulmaz təcrübələr əldə etmək imkanıdır. Effektiv səyahət planlaması bu təcrübələri daha rahat və zövqlü hala gətirə bilər. Səyahət planlaması, bəlkə də səyahətin ən əhəmiyyətli hissəsidir, çünki düzgün planlaşdırılmış bir səyahət rahatlıq və təhlükəsizlik hissi yaradır, eyni zamanda gözlənilməz xərcləri və problemləri minimuma endirir.


Davamı →

Bakıda gəziləcək yerlər

Qarşıdan yay gəlir və bir çoxumuz artıq tətil planı hazırlamağa və bölgələrə getməyi planlamağa başlamışıq. Bəs yayı Bakıda keçirənlər üçün tətil planına daxil ediləcək yerlər varmı ?
Əlbəttəki var!
Davamı →

Kopenhagenin üzən adaları

Gəlin əvvəlcə ada konsepsiyasını müəyyənləşdirməklə başlayaq. Ada: “Dörd tərəfdən su ilə əhatə olunmuş bir torpaq sahəsi” olaraq təyin edilir. Bəs, üzən adalar nədir?
Üzən adaların elmi tərifi: Qalınlığı bir neçə santimetrdən bir neçə metrə çatan bataqlıq, palçıq və üzən su bitkilərindən ibarət bir kütlə kimi təyin olunur. Normal adadan onu fərqləndirən ən böyük xüsusiyyət, mövsümi suların yüksəlməsi halında qurudan ayrılıb suyun üzərində hərəkət etməsidir.

Davamı →

Dünyanın ən sirli yerləri

Qələbəlikdən və xaodan bezib, səssiz və rahat məkanlarda dincəlmək, eyni zamanda, yeni şeylər kəşf etmək istəyənlər üçün dünyanın ən az əhaliyə sahib 10 ölkəsinin siyahısını hazırladıq.
Nauru
Siyahının ilk pilləsində Nauru yer alır. Avstraliyanın şimal-şərqində yerləşən ölkənin 10 min əhalisi var. Nə qədər rahat və təbii məkanları olsa da, Naurunu turistik yer olduğunu söyləmək çox da doğru olmaz. Çünki ölkədə nəqliyyat problemi var.

Davamı →

Milli azlıq məsələsi

Bu gün uşaqlarımı bağçaya aparanda, bağçanın həyətində Sami bayrağının asıldığını gördüm və xatırladım ki, bu gün Norveçdə Sami xalq günüdür.
Samilər Kol yarmadasının aborigen sakinləri olan qədim xalqdırlar. Norveç, Rusiya, Finlandiya və İsveç ərazisində yaşayan bu azsaylı xalqın sayı 60-70 min civarındadır. Ondan da ən çoxu, yəni 40 minə yaxını Norveçdə yaşayır. Zaman-zaman bu xalqın nümayəndələri öz milli mənsubiyyətinə görə çox məhrumiyyətlər yaşasalar da, müasir Norveçdə onlara böyük sayqı və hörmət var.

Davamı →

Polşada ovçuluq, dindarlıq və rasizm

Bu günlərdə yayımlanmış Cavid Ramazanovun “Həqiqəti görmək niyə çətindir?” yazısından ilhamlanaraq və Polşada keçirdiyim bir illik təcrübəmə əsaslanaraq bu ölkə ilə bağlı bəzi qeydləri bölüşmək istəyirəm. Cavidin yazısında bəhs olunan əsəri hələ oxumasam da, haqqında danışılan regionda yaşamağım mənə ərazinin coğrafiyasına və insanlarına dair fikir sahibi olmağa əsas verir.
Tokarçukun əsərindəki hadisələrin cərəyan etdiyi yer – Kotlina Klodzkada da Polşanın digər bölgələrində olduğu kimi, ovçuluq geniş yayılıb. Yaxşı xəbər odur ki, “başı qaçmış qadın” nisbətən daha rahat ola bilər, çünki həmin ərazidə heyvanların kütləvi ovlanması artıq əvvəlki səviyyədə deyilmiş.

Davamı →