Рейтинг
+12.48

Türklərin tarixi

30 üzv, 52 topik

Xəzər xaqanlığı

Xəzər xaqanlığının ərazisi və məşğuliyyəti. Xəzərlər Sabir türklərinin davamçıları idi. 470-ci ildə Hun imperiyası dağılan­dan sonra Şərqi Avropa çöllərində yaşayan xalqlar müstəqillik qazandılar. VII əsrin əvvəllərində xəzərlər əvvəlcə Xəzər dənizinin qərb sahillərində yaşamış və sonra isə qərbə və şərqə yayılmışdılar. Xəzərlər Göytürk dövlətinin tərkibinə daxil olmuş, 634-cü ildə bu dövlət dağılandan sonra yenidən müstəqil olmuşdu. VII- IX əsrlərdə Şimali Qafqaz, Azov dənizi sahilləri, Krım yarımadasının bir hissəsi, Şərqi slavyanların bir qismi, Manqışlaqdan Aral gölünə qədər ərazi Xəzər xaqanlığına daxil idi.

Xəzərlərin paytaxtı 723-cü ilə kimi Səməndər, sonra isə İdil şəhəri olmuşdu. Şəhər Volqa çayının adı ilə adlandırılmışdır. X əsrlərdə oturaq əhali əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul idi. Xəzərlərdə ovçuluq geniş yayılmışdı, onlar balıqçılıqla da məşğul olmuşdular. Şəhərlərdə sənətkarlıq inkişaf etmişdi.
Xəzər xaqanlığı VII-IX əsrlərdə qüdrətli dövlət idi. Ölkəni qeyri-məhdud hakimiyyətə malik xaqan idarə edirdi. Xaqanın baş məsləhətçisi irsi olan «məlik» və ya «xaqanbəyi» adlanırdı.


Ardı →

Rusiyada türk dövlətləri

XIII əsrin 40-cı illərində Şərqi Avropada  Qızıl Ordu dövləti yarandı. Qızıl  Ordu dövlətinə aiddir:
  • Rus knyazlıqlarının vassal  olması;
  • Paytaxtlarının Saray-Batı və Saray-Bərkə olması;
  • Feodal dövləti olması;
  • İmtiyazlı şəxslərin tarxan adlanması;
  • Xan tərəfindən idarə edilməsi;
  • Məhsul və pul vergilərinin baskaklar   tərəfindən toplanması;
  • Torpağa sahib olmaq üçün verilən fərmanın yarlıq adlanması;
  • Özbək xanın dövründə islamın rəsmi  dinə çevrilməsi(1313-1342-ci illər);
  • Kulikovo döyüşündə Moskva     knyazlığlına məğlub olması(1380-ci il);
  • ToxtamışMoskvanı ələ keçirməsi (1382 -ci il);

Davamı →

Türk sözünun mənası və qədim türklər haqqında

Türk Adının mənası(Kökeni) Türk millətinin tarixi az qala insanlıq,bəşər tarixi qədər qədimdir. Türklər min illərdən bəri tarix səhnəsində yer almaqdadırlar. Bu vəziyyət, alimlərin diqqətini çəkmiş  və onlar  Türk sözünün tarixini və mənasını araşdırmışlar. Türk adının qaynağını tapmaq məqsədilə aparılmış araşdırmalarda müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bəzi mütəxəssislərə görə, Türk adına ilk dəfə bizim eradan əvvəl 14-cü əsrdə «Tik» və ya «Tiklər» şəklinde rast gəlinmişdir. Bəzi mütəxəssislər isə bu adın b.ə 14-cü əsrdən öncə də var olduğunu söyləmişlər.
Davamı →

Osmanlı imperatorluğu

Osmanlı dövlətinin yaranması. Böyük Səlcuq imperatorluğunun dağılmasından bir müddət sonra Kiçik Asiyada yeni bir müsəlman-türk dövləti — Osmanlı imperatorluğu meydana çıxdı. Onun əsasını oğuzların qayı boyundan olan Osman bəy qoymuşdu. (1299)

Monqolların Mərkəzi Asiyaya yürüşü zamanı 70 min oğuz türkü Anadoluya köçdü. Onlara Gündüz Alp başçılıq edirdi. Qayı sərkərdəsinin oğlu Ərtoğrul qəbiləsi ilə birlikdə Əhlət yaxınlığında məskunlaşdı. Ərtoğrul 1231-ci ildə qayı tayfasını Ankara yaxınlığına gətirmiş, səlcuq sultanından Söyüdlər qəsəbəsini, Domançı yaylağını iqta şəklində almış, bunun müqabilində Bizans sərhədini qorumağı üzərinə götürmüşdü. Rəvayətə görə, qayılar Anadoluya gələrkən burada vuruşan iki ordunun zəifinə kömək etmişdi. Bu səlcuq sultanı Əlaəddin Keyqubad idi. O, Biləcik tərəfi «yurd» kimi onlara vermişdi. 1289-cu ildə Ərtoğrul vəfat etdi. Bundan sonra qayılar onun qəbrini ziyarət edirdilər. Bu «Türkmən bayramı» adlanırdı.


Ardı →

Osmanli dövləti

Osmanlı dövlətinin yaradılması. Osmanlı imperatorluğunun qurucusu oğuzların qayı boyundan olan Osman bəy idi. Çingiz xanın Mərkəzi Asiyaya yürüşü ilə əlaqədar 70 min nəfərə yaxın oğuz türkü Anadoluya köçmüşdü. Təxminən 400 çadırdan ibarət qəbilənin başında Gündüz Alp dururdu. Qayı sərkərdəsi Ərtoğrul qəbiləsi ilə birlikdə Əhlət yaxınlığında məskunlaşmışdılar. Ərtorğrul 1231-ci ildəqayı tayfasını Ankara sərhədlərinə gətirmiş və səlcuq sultanından Söydlü qəsəbəsini və Domançı yaylağını iqta olaraq almışdı. Bunun müqabilində qayılar Bizansla olan sərhədləri qorumalı idilər.

Söyüddə yaşayan qayılar ətrafdakı Bizans hakimlərini özlərindən asılı vəziyyətə salaraq, onları xərac verməyə məcbur etdilər. Ərtoğrul bəy 1289-cu ildəvəfat etdikdən sonra, oğlu Osman bəy qayıların başçısı oldu. Əmisi Dündar bəy ona qarşı çıxsa da, Osman Qazi qalib gəldi və öz sərhədlərini genişləndirməyə başladı.Əskişəhər-İraq yolunu ələ keçirməklə osmanlılar Konya sultanlığının varlığına son qoydular və 1299-cu ildə öz dövlətlərini yaratdılar.


Ardı →

Qərbi hun imperiyası

«Xalqların böyük köçü». Qərbi Hun dövlətinin yaranması. Böyük Hun imperiyası dağılandan sonra hun tayfaları (qərbə doğru hərəkət edib) Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər. Onların qərbə doğru əziyyətli hərəkəti sonra da uzun müddət davam etdi. Hunların və digər xalqların qərbə axını «Xalqların böyük köçü» adlanır.


«Xalqların böyük köçü» eramızın IV əsrindən hunlarla başlayaraq VI əsrə qədər davam etdi. Hunlar Böyük Çin səddindən Fransaya qədər gedib çıxmışdılar. «Xalqların böyük köçü» VI əsrdə slavyanların Bizans imperiyasında məskunlaşması ilə başa çatdı. 370-ci ildə hunlar qərbə doğru hərəkət edərək Don sahilində alanları məğlub etdilər. Hunlar Krımda ostqot tayfalarıilə üzləşdilər, 371-ci ildə ostqotlar məğlub oldular, onların başçısı Germanirix bu məğlubiyyətə dözməyib özünü öldürdü.


Hunlar Dnestr çayı sahillərində yaşayan vestqotlarla qarşılaşdılar. Hunlar çayı keçib vestqot kralı Atanarixin ordusuna arxadan zərbə vurdular, o isə ordusu ilə Roma imperiyasının hi­mayəsinə keçdi. Onun hunlara qarşı tikdirdiyi «Atanarix səddi» indi də qalmaqdadır.


Ardı →

Göytürk imperatorluğu

Göytürk dövlətinin yaranması. Hunlar çinlilərə məğlub olduqdan sonra knyaz Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. V əsrdən başlayaraq Jujan dövləti zəifləməyə başladı. Türk qəbilələrinin başçısı Bumin xaqan idi. 546-cı ildə teles tayfaları jujanlara qarşı üsyan qaldırdı. Bumin xaqan bu üsyandan istifadə etmək istədi. Jujan xanı Anaxuanınqızına elçi göndərdi. O isə «sən mənim filiz əridənimsən» deyib qızını Bumin xaqana vermədi. Bumin xaqan 552-ci ildə jujan xanının üzərinəhücum edib onu məğlub etdi və I Göytürk dövlətini yaratdı. Bumin xaqan özünü dövlətin hökmdarı (il xaqan) elan etdi. Dövlətin paytaxtı Onon çayı sahilində Ötükən idi. Bundan sonra hunlar türk adlandırıldı. «Göytürk»mürəkkəb sözündəki «göy» sözü həm səma, Tanrı, həm də rəng mənasında işlənir.
Davamı →

"Böyük köç" yaxud Avrasiya necə tanınmışdı

Elə vaxt gəldi ki, Altayda həddən arıq insan sıxlığı yarandı. Torpaq hamını ərzaqla təmin edə bilmədiyindən gözlər uzaqlara dikildi. Oradan dünyanın dörd tərəfinə yollar uzanırdı. Çox götür-qoydan sonra türk xalqları stepə (çöl) doğru köç etməyi qərara aldılar. Bu köç bəşər tarixində möhtəşəm hadisə idi. Onu Amerikanın kəşfi və məskunlaşdırılması ilə müqayisə etmək olar. Həmin köçü Böyük köç adlandırırdılar. Bu hadisə II əsrdə Altaydan başlamış və Avropaya tərəf istiqamət almışdı. Böyük köç üç yüz ildən artıq davam etmişdi. Üç yüz il az müddət deyil. Lakin yeni-yeni ərazilərin az vaxt ərzində məskunlaşdırılması da mümkün olan iş deyildi. Əks təqdirdə bu köç Böyük köç adlanmazdı.

Davamı →

Çağatay xanlığı

Qara- Hülakü Xan
Çağatay xan, Yisülün Xatundan olan ikinci oğlu Mu-Təkini sevirdi və onu varis olaraq görürdü. Mu-Təkin Bamiyandaki ölümdən sonra üçüncü oğlu Bilkişi varis etmək istədi. Lakin o, 13 yaşında vəfat etdiyində Çağatay xan Mu-Təkinin oğlu Qara-Hülakünü varis təyin etdi. Mu-Təkinin Baycu, Börü, Yisun-Tuva və Qara-Hülakü adlı dörd oğlu var idi. Qara-Hülakü bu qardaşların ən kiçiyi idi. 1242-ci ilin ilk aylarında Çağatay xan vəfat etdikdə vəsiyyətinə riyaət edərək, Vəzir Həbəş Amid və Çağatay sultanlığının üzvləri, xüsusən xanın arvadı Qara-Hülakünü xanlıq taxtına əyləşdirdilər.

Davamı →