Рейтинг
+144.88

uğur psixologiyası

147 üzv, 185 topik

A.Enşteynin uğur qazanmaqla bağlı qənaətləri

1.Maraqlarınızın arxasınca gedin.
«Mənim xüsusi istedadım yoxdur, ancaq maraqlarımın arxasınca ehtirasla gedən biriyəm.»

2.İradə az şey deyil.
"Çox istedadlı olduğuma görə deyil, problemlərlə əlləşməkdən əl çəkmədiyimə görə uğur qazandım."

3.Bu günə fokuslanın.
İki atı eyni anda sürmək mümkün deyil.Nəsə edə bilərsən, ancaq hər şeyi edə bilməzsən.İndiyə fokuslanın və bütün enerjinizi hazırda gördüyünüz işə sərf edin.

4.Xəyallarınız sizə güc verir.
Zəkanın gerçək göstəricisi xəyal gücüdür, məlumat deyil.

5.Səhv edin!
Heç bir səhv etməmiş insan yeni bir şeyə cəhd etməmiş insandır.

6.İndini yaşayın.
Mən gələcəyi heç düşünmürəm, nə də olsa gələcəkdir.

7.Dəyərli olun.
Uğurlu olmağa yox, dəyərli olmağa çalışın.

8.Fərqli nəticələr gözləməyin.
Dəlilik-eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləməkdir.

9.Bilik təcrübədən  doğur.
Bilik məlumat deyil.Bilməyin tək yolu təcrübədir.

10.Qaydaları öyrənin, daha yaxşı oynayın!
Oyunun qaydalarını öyrənmək məcburiyyətindəsiniz.Belə olarsa, hamıdan yaxşı oynaya bilərsiniz.


Davamı →

Sözün gücü

İkisini də tanıyırdım, bir-birləri üçün yaranmışlardan idilər. Dünyagörüşü, ailələrinin statusu, savadları, hətta boyları da, zövqləri də uyğun gəlirdi. Gözlərinin qabağında olsalar da bir-birlərini tapa bilmədilər. «Taylı tayını tapmasa, günü ah-vayla keçər» deyib atalar. Qız bircə sözü gözləyirdi, oğlanın həmin sözü deməyə cürəti çatmadı…
Çox vaxt biz bilmirik ki, bizim həyatımızı bircə söz dəyişə bilər. Sanırıq ki, həyatımızın dəyişilməsi hansısa şəraitdən, bəzən də bəxtdən asılıdır. Özü də bu şərait, bu bəxt yetişməsə, gətirməsə, biz öz həyatımızı dəyişdirmək qabiliyyətində deyilik. Əlbəttə, hansısa fövqəladə vəziyyət, yanğın, sel… istisna olmaqla. Amma düşünə bilmirik, düşünə bilmirik ki, həyatımızın axarını bəlkə də bircə, yeganə söz dəyişə bilər.
Davamı →

Həyatımın son günü olsaydı...

Bir dəfə Stiv Cobs universitetdə məruzə ilə çıxış edirdi. Onun gələcək həyat yoldaşı da auditoriyada əyləşmişdi. Xanım Stivin xoşuna gəlir və məruzədən sonra Stiv ona yaxınlaşır. Qız öz nömrəsini Stivə verir. Elə həmin gün Stiv onu nahar yeməyinə dəvət edir. Amma xanım bildirir ki, onun həmin vaxta planlaşdırılmış işgüzar görüşü vardır. Həyatda belə də olur. Öz maşına doğru istiqamət alan Stiv özündən soruşur:

“Əgər bu, həyatımın son günü olsaydı, onda mən nə edərdim?”

Bundan sonra onun nə etdiyini təxmin etmək çətin deyil: o bir göz qırpımında auditoriyaya qayıdır, həmin qızı tapır və onu özü ilə aparır. Həmin dövrdən onlar birlikdə idilər.

Ölümlü olduğunu anlamaq – böyük müdriklik mənbəyidir. Qaçılmaz bir sonluğun olduğunu dərk etmək – əla bir praktikadır, bu özündə ehtiras oyatmağın, riskə getməyin və həyat adlandırdığımız oyuna baş vurmağın əla üsullarından biridir. Özünə ünvanlanmış bu sual bizə diqqətimizi ən vacib olanlar üzərində cəmləməyə kömək edir. Nə qədər ki, gec deyil.
Davamı →

Sevil Nuriyeva

“Davamlı uğurun arxasında mütləq zəka durur”


Uşaqlıqdan jurnalist olacağınızı bilirdiniz?
— Bilirdim.  Hətta 13 yaşından etibarən “Gəncənin səsi” qəzetində ştatdankənar müxbirlik edirdim. Bütün yazılarım Qarabağ haqqında idi. O zaman hamı informasiya blokadasından danışırdı və mənə niyəsə elə gəlirdi ki, mən bu blokadanı yara biləcəyəm.


Qrup yoldaşlarınızdan kimsə bu gün sizin qədər tanınırmı?
— Xeyr.


Ardı →

Corc Soros-onun kimi milyoner olaq

Corc Soros investisiya aləminin ən məşhur simalarındandır. Əgər Uorren Baffetin, Con Templtonun, Tomas Rou Praysın və ya Eddi Lampertin adları yalnız iqtisadiyyata, maliyyəyə və investisiyalara aidiyyatı olan insanlara məlumdursa, Corc Sorosun şöhrəti bu əhatə dairəsindən çoxdan çıxmışdır.
Bu gün Corc Sorosun əsasını qoyduğu fondlar Şərqi Avropanın 50 ölkəsində, keçmiş Sovet İttifaqında, Afrikada, Latın Amerikasında, Asiyada və Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərir. Bu fondların prospektlərində qeyd olunduğu kimi, onların işinin məqsədi fəaliyyət göstərdikləri ölkələrdə açıq cəmiyyət institutlarının yaradılması və fəaliyyətinin təmin edilməsidir.
Ardı →

Daha çox 5 +, daha az 5 -

Olimpiyadalarda 400 məsafəni ən qısa zamanda üzən, bu sahədə rekorda imza atan idmançı bunu necə bacarır?

Əgər hərhansı bir idmançı hər gün, hər həftə, hər ay əvvəlki gün, əvvəlki həftə, əvvəlki ayda olduğu qədər məşq etsə bu sahədə rekorda imza ata bilərmi? 
Ardı →

Kamillik elmi (Baltazar Qrasiandan seçmələr)

Niyyətini bildirmədən hərəkət et. Hətta başa düşülmək istədikdə belə ürəyiaçıqlıqdan və səmimilikdən qaç, heç kimin qəlbinə soxulmasına imkan vermə. Təmkinlik kamilliyin məbədidir. Niyyəti açıqlamaq onu məhv etmək deməkdir. Belə halda onun qüsurları qabaqcadan aşkar edilər və müvəffəqiyyətsizliyə uğramaq isə ikiqat fəlakət olar.


Öz nəfsinin ağası olmaq yüksək ruha xas olan xüsusiyyətdir. Bu yüksəklik ruhu yabançı, alçaq təsirlərdən qoruyur. Özün, öz nəfsin üzərində hakimiyyətdən və ehtiraslarının özbaşınalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur.


Müdriklik və mərdlik əzəmətin təməlidir. Ağıl insanın gözü, qüdrət isə əlləridir. Mərdlik olmasa, müdriklik faydasızdır.



Ardı →

Bilməli olduğumuz 20 qayda

Amerikalı yazıçısı və biznes-treyner Julyen Smit gənclərə praktiki məsləhət verərək, onlara bu dünyada necə düzgün istiqamət tutmağda kömək etməyə çalışır. Zaman keçdikcə və yaş səni haqladıqca, uğurlu və zəngin olmaq üçün, 20 il ərzində müəyyən qaydalara riayət etmək və müasir həyatın bəzi gerçəkləri haqqında səlis, aydın təsəvvürə malik olmaq lazımdır.

1. Dünya səni kütbeyin etməyə çalışır. Bank ödənişlərindən və faizlərdən tutmuş, möcüzəvi pəhrizlərə qədər hər bir nüansa fikir verin. Savadsız insanlardan pul qoparmaq daha asandır, həmçinin onları idarə etmək də elə bir çətinlik törətmir. Mümkün qədər özünü-təhsilə diqqət ayırın, bacardığınız qədər savadlanmağa və öyrənməyə çalışın. Varlı, müstəqil və xoşbəxt olmaq üçün bu mütləqdir.

2. Kor-koranə tədris müəssisələrinə etibar etməyin. Onlar təhsil planını hazırlayana qədər sistem köhnəlir və ya ümumiyyətlə sıradan çıxar. Öyrənməyin və insanların hörmətini qazanmağın ən yaxşı üsulu nəyisə izləmək və riayət etmək yox, liderlik və yaradıcılıqdır.
Davamı →

Biznesmenlər üçün

Bir şirkətdə Hamı, Biri, Hər Biri və Heç Kim adlı dörd işçi çalışırdı. Yerinə yetiriləsi mühüm bir iş var idi. Hamı inanırdı ki, Biri bu işi yerinə yetirəcək. Əslində işin öhdəsindən Hər Biri də gələ bilərdi, amma Heç Kim yerinə yetirmirdi. Bu vəziyyət Birinin yaman acığına gəldi, çünki bu iş Hamının işi idi. Hamı Hər Birinin bu işi yerinə yetirəcəyini fikirləşirdi, amma Heç Kim Hamının bu işin öhdəsindən gələ bilməyəcəyindən xəbərdar deyildi. Nəticədə Hər Birinin edə biləcəyi bir işi Heç Kim yerinə yetirmədiyi üçün Hamı Birini günahlandırdı...
Yaxşı təşkilatçılıq olmayan yerdə qayda-qanun yox, insanlar hökm edir... 


Ardı →

Makiavellinin dediklərindən

N. Makiavellinin ideyaları müasir sosioloji elita nəzəriyyəsinin (V. Pareto, Q. Moska, Ç. Mills ) əsasını qoymuş və menecer inqilabı nəzəriyyəsinin müəllifi C. Bernheymə təsir etmişdir. Bir nüfuzlu şəxs və sələf kimi ona bürokratiyanın(M. Veber, R. Mixels), postsənaye cəmiyyətinin və siyasi proqnozlaşmaların (D. Bell, Q. Kan) nəzəriyyəçiləri istinad edir.

Mütəxəssislər Makiavellinin müasir sosial idarəetməyə təsir edən 4 prinsipini xatırladırlar: 1) liderin nüfuzu və ya hakimiyyəti onun tərəfdaşlarının dəstəyindən kök alır; 2) tabe olanlar bilməlidirlər ki, öz liderlərindən nə gözləyirlər və anlamalıdırlar ki, liderləri onlardan nə gözləyir; 3) lider sağ qala bilmə iradəsinə malik olmalıdır; 4)lider- həmişə tərəfdaşları üçün müdriklik və ədalət nümunəsidir.


Ardı →