Рейтинг
+11.10

Xalq təbabəti

6 üzv, 239 topik

Şaxtagülü bitkisi

10 aylıq müalicə səfərinin sonunda şişlərdən azad olacaq, bədənimiz bütün artıq şlaklardan təmizlənəcək, sanki anadan yeni doğulmuş kimi olacağıq.
Şaxtagülü bitkisi
Bizə bu tükənməz sağlamlığı verən Qafqaz şaxtagülü bitkisinin kökləridir. Bu bitki Qafqazda geniş yayılıb, bu da bizə Allahın bir lütfüdür.

Davamı →

Təbii öskürək dərmanı

Öskürək orqanizmin təbii müdafiə mexanizmidir. Öskürəyin köməyi ilə nəfəs yolları selik, mikrob, toksinlərdən təmizlənir.
Saglamolun.az bildirir ki, öskürəyi “müalicə etmək” deyil, yüngülləşdirmək və daha effektli etmək lazımdır. Bunun üçün çoxlu sayda xalq təbabəti vasitələri var. Bu vasitələrdən biri tut dəmləməsidir.

Davamı →

Qışda xəstələnməmək üçün bunları edin

Türkiyəli professor və kardioloq Canan Karatayın sözlərinə görə, qış xəstəliklərindən qorunmaq üçün sadəcə qidalanmaya deyil, həyat tərzinə də diqqət etməliyik.
O, qış aylarında kələm, gül kələm, turp, çiy yerkökü, soğan və sarımsağa daha çox üstünlük verməyi tövsiyə edib. Qış aylarında hər gün 20-30 dəqiqə yürüşə çıxmağı məsləhət görən Karatay bədənin xəstəliyə qarşı müqavimətini artırmağın yollarını izah edib:

Davamı →

Yüksək təzyiqlə bağlı faydalı qidalar

Bir çox insan hipertoniyadan, yəni yüksək arterial təzyiqdən əziyyət çəkir. Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi insanın sağlamlığı və hətta həyatı üçün təhlükəli hesab olunur. Belə ki,  Uzun müddət müalicə olunmayan yüksək təzyiq miokard infarktına, insulta, ürək çatışmazlığına, qulaqcıqların səyrici aritmiyasına, aşağı ətraf damarlarının xəstəliklərinə, görmə qabiliyyətinin itirilməsinə və böyrək çatışmazlığı kimi fəsadlara yol aça bilər.

Davamı →

Murdarça bitkisi

Murdarça bitkisi qədim zamanlardan xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.
Murdarça ağacının qabığı qəbizlik zamanı çox yaxşı təsir edir — bağırsaqların fəaliyyətini gücləndirir. Hətta ağır xroniki qəbizlik zamanı murdarça qabığı insana yaxşı kömək edir. Bitki çox yumşaq təsir edir, bağırsaqların selikli qişasını qıcıqlandırmır.

Davamı →

Şüyüd və şüyüd toxumlarının faydaları

Şüyüd və toxumları qədimdən bir çox xəstəliklərin müalicəsində istifadə olunub. O, təzyiqi normallaşdırır, hemorroy, ishal, qastrit və yuxusuzluğa qarşıdır. Antioksidantdır, ödqovucudur.
Metbuat.az xəbər verir ki, bir müddətdir təzyiq xəstələrinin şüyüdə marağı artıb və bir çoxları onun güclü təzyiq salıcı təsirinə inanaraq, dərmanlardan imtina edib,
Lakinelmi araşdırmalar sübut edib ki, şüyüd təzyiq dərmanları ilə yanaşı xəstələrə əlavə dəstək kimi effektlidir.

Davamı →

Əncirin bilmədiyimiz faydalar

Peyğəmbərimizə (səlləlləhu aleyhi vəsalləm) birisi əncir verir, alandan sonra belə buyurur: “Əgər məndən cənnətdən hansı meyvə gəlmişdir soruşsalar, əncir deyərəm.”
“Əncir liflərlə ən zəngin meyvələrdən biri olduğundan mədə və bağırsaqların işini normallaşdıran, şlaklardan təmizləyən ən yaxşı təbii vasitə hesab olunur. Əncir ziyanlı xolesterin səviyyəsini qısa zamanda salmaq gücünə malikdir, bunula da əncir bizim ürəyimizin “dostudur” deyə bilərik. Əncirin tərkibindəki kalium ürək əzələsinin vurma gücünü artırır, bizi infarktdan qoruyur.

Davamı →

Limon qabığındakı möcüzələr

Əksəriyyətimiz limonun suyunu sıxıb qabıqlarını atırıq, amma səhv edirik.
Daha çox  C vitamini olmaqla sağlamlığa faydalı komponentlər ehtiva edən limonun qabıqlarını atmamaq üçün 6 səbəbiniz var. TurpKimi.com limon qabığının 6 faydasını təqdim edir:
Limon qabığında olan polifenollər, vitaminlər, minerallar, lif, karotenoidlər və esansial yağlar  orqanizmi bir çox xəstəliyə qarşı qoruyur. Ancaq kalsium səviyyəniz aşağıdırsa, böyrəklərinizdə kalsium oksalat daşı varsa, ya da keçmişdə oldusa mütləq həkimlə məsləhətləşmək lazımdır.

Davamı →

Peyğəmbərimizdən (s.a.v.) müalicəvi məsləhətlər

Əslində bu sözlərə diqqətlə fikir versək, xəstənin həmişə sağalabiləcək ruhda olması üçün ona xərçəngə və yaxud çarəsiz xəstəliyə tutulması haqda demək olmaz.
Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) xəstə insanlar üçün həmişə ümidverici sözlər söyləmişdir. Məsələn, “Allah dərmanını endirmədən dərdi endirməz”, “Ancaq bilən bilir, bilməyən bilməz” və yaxud “Allah bütün dərdlərə çarə vermişdir, sadəcə qocalmaqdan başqa”.

Davamı →

Tut doşabı bunları müalicə edir

Doşab çox qiymətli müalicəvi məhsuldur.
Şərqdə doşab qədim zamanlardan müxtəlif xəstəliklər zamanı və həmçinin ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur.
Tut doşabı ən xeyirli doşab sayılır. Onun tərkibi həqiqətən olduqca zəngindir. Mütəxəssislər doşabı balla müqayisə edir və iddia edirlər ki, bəzi maddələrin səviyyəsinə görə doşab balı üstələyir. Belə ki, doşabda dəmir balla müqayisədə daha çoxdur. Bu səbəbdən doşab qanazlığı zamanı və bu pozulmanın profilaktika məqsədi ilə geniş istifadə olunur.

Davamı →