Yuxuda quzu görmək

Gözəlliklərlə dolu bir həyatdan xəbər verir. Xoşbəxtlik, bolluq və sevinc deməkdir. Yuxu sahibinin tezliklə gözəl bir uşaq xəbəri alacağına işarədir.

Yuxuda quzu aldığını görmək
Yuxu sahibinin yaxşı günlər keçirəcəyinə və bərəkətli bir ömür sürəcəyinə dəlalət edir. Yuxuda quzu aldığını görmək insanın tezliklə yeni övladı olacağını bildirir. Quzu almaq xəyal qurmaq anlamına gəlir.
Yuxuda quzu görmək
Yuxuda ölü quzu görmək
Yuxu sahibinin həyatında müxtəlif problemlər yaşanacağı, pis xəbər alacağı kimi yozulur. Yuxuda ölü quzu görmək insanın maddi cəhətdən çökəcəyini göstərir. Yuxuda ölü quzu görmək həm də çətin bir dövr keçirmək mənasını verir.

Yuxuda quzunun doğduğunu görmək
Yuxu sahibinin qısa müddət sonra nişanlanacağına işarədir. Yuxuda quzunun doğduğunu görmək insanın qısa zamanda arzularına çatacağından xəbər verir. Yuxu sahibi dostları ilə xoş xatirələr yaşayacaq.

Yuxuda quzunun mələdiyini görmək
Yuxu sahibinin valideynlərinin sözündən çıxmayacağına dəlalət edir. Yuxuda quzunun mələdiyini görmək yuxu sahibinin kimdənsə maddi dəstək alacağını bildirir.

Yuxuda quzu yediyini görmək
Yuxu sahibinin qısa zamanda mal-mülk sahibi olacağına dəlalət edir. Yuxuda quzu yediyini görmək yuxu sahibinin ailə həyatında müxtəlif problemlərin olacağı anlamına gəlir.

Yuxuda quzu kəsdiyini görmək
Yuxu sahibinin ailəsində kiminsə övlad sahibi olacağına işarədir. Yuxuda quzu kəsdiyini görmək insanın maddi problemlərinin olacağını göstərir.

Yuxuda quzu dərisi görmək
Yuxu sahibi ilə ailəsi arasında böyük mübahisələrin olacağından xəbər verir. Yuxuda quzu dərisi görmək insanın dədə-baba sənətini davam etdirəcəyi kimi yozulur.

Yuxuda quzu qurban verdiyini görmək
Yuxu sahibinin girdiyi yanlış yollardan dönəcəyini ifadə edir. Yuxuda quzu qurban verdiyini görmək insanın yaxın ətrafı tərəfindən kənarlaşdırılacağı mənasını verir.
 
 
Mənbə: ilk.az
 

0 şərh