Рейтинг
+37.29

Ölkələr

53 üzv, 73 topik

Yaponiya haqqında bilmədiklərimiz

Yapon xalqı vicdanlıdır. Əgər siz metroda pul kisənizi itirsəniz, 90 % onu sizə geri qaytaracaqlar. Tapan şəxs mütləq pul kisənizi “itirilən və tapılan” əşyalar bürosuna təhvil verəcək.

Yapon dilində söyüş yoxdur. Bu dildə ən pis sözlər “dəli” və “axmaq”dır.

Bütün yaponlar yemək haqqında danışır. Yemək zamanı yeməyin dadından, görünüşündən danışmaq lazımdır. Siz yemək zamanı bir dəfə də olsa, “dadlıdır” (oishii) sözünü deməsəniz, sizi mədəniyyətsiz insan hesab edəcəklər.

Yaponların əksəriyyəti sağlam qidalanır. Ölkədə artıq çəkidən əziyyət çəkən insana nadir halda rast gəlinir.

Bu ölkənin polis işçiləri rüşvət almırlar. Siz ciddi bir qanun pozuntusu etmisinizsə, sizi 30 gün təcridxanada saxlamağa və vəkilinizi yanınıza buraxmamağa ixtiyarları var.

Yapon dili çox çətin olduğu üçün, yaponlar onların dilində 1-2 söz deyə bilən turistlərə hörmətlə yanaşırlar. Onlar hesab edirlər ki, dillərini öyrənmək mümkünsüzdür.

Dünyada Tokio ən təhlükəsiz meqapolis hesab olunur. Bura o qədər təhlükəsizdir ki, valideynlər ictimai nəqliyyatdan istifadə edən altı yaşlı övladları üçün narahat olmurlar.

Yaponlar delfin əti yeyirlər. Balıq dadı verməyən delfin əti dadlıdır. Delfin ətini həm çiy, həm də bişirilmiş (kabab, sup) şəkildə yeyirlər.
Ardı →

Doğma Bakımızı bir də belə görək

Gecənin düşməsi ilə Bakı daha da işıqlanır. Gecə yarısı mavi Xəzərin sahilində yüzlərlə bakılı gəzir. Mərkəzdə olan hər bina təkrarolunmaz dərəcədə möhtəşəm işıqlanır. Teleqüllə isə bir-birini əvəz edən rənglərin fonunda Azərbaycanın paytaxtının möhtəşəm gözəlliyinə bir əzəmət qatır.
Ardı →

Almaniya

Almaniya sözü müxtəlif dillərdə müxtəlif cür səslənir. Məsələn, ingilis dilində Germany, alman dilində Deutschland, fransız dilində Allemagne, polyak dilində Niemcy kimi. Germanlar tayfası etnonimindəndir.


Ardı →

Sinqapur, “Marina Bay Sands-3” oteli

 Əvvəllər Sinqapurun  klassik mənzərəsi “Swissotel” otelindən görünüş hesab olunurdu,ancaq bir neçə il öncə göydələnlərlə okean arasından damında hovuzu,palma ağacları,restoranı və müşahidə meydançası olan “Marina Bay Sands-3”oteli tikildi.İndi Sinqapurun klassik görünüşü tamamilə dəyişib.

Davamı →

Yaponiya

Yaponiya arxipelaqına 3 minə qədər böyük və xırda adalar daxildir. Bunlardan ən böyükləri Xonsyu, Xokkaydo, Kyusyu və Sikoku adalarıdır. Hazırda Yaponiyada əhalinin mayı 130 mln-a yaxındır. Şərqi və Mərkəzi Asiya ölkələri içərisində Yaponiya şəhər əhalisinin sıxlığına görə I yerdə durur. Əhalinin 80%-i şəhərlərdə yaşayır. Yaponiya monoetnik ölkədir. Yəni onun əhalisinin 99 %-ini yaponlar təşkil edir. Yaponiyanın yerli əhalisi aynlar hesab olunurlar. 20 min nəfərdirlər. Bundan başqa Yaponiyada 700 min koreyalı, 80 min çinli, 23 min amerikan, 6 min filippinli, 5 min ingilis, 2 min hindli və 2 min nəfər kanadalı yaşayır.
Yaponiya adalarının ilkin məskunlaşması cənub-şərqi Asiyadan başlamışdır. Bu miqrasiya e.ə. VIII-VII minilliklərdə baş vermişdir. Onlar əvvəlcə Ryukku adalarına gəlmiş, sonralar isə şimal adalarına keçmişlər.


Ardı →

İspaniya haqqında maraqlı faktlar

1. İspan himninin sözləri yoxdur.

2. İspaniya Avropa ölkələri arasında barların, restoranların və gecə klublarının sayına görə rekord göstəriciyə malikdir.

3. İspaniyalıların əksəriyyətinin katolik olmalarına baxmayaraq, 2005-ci ildən etibarən ölkədə eyni cinsli nigahlar qanunlaşdırılıb.

4. Yayda İspaniyaya getmək və yağışa düşmək, demək olar ki, mümkün deyil. Bu güney ölkəsində günəşli günlərin sayı ildə 280 gün təşkil edir!

5. Əgər sizin dələduzluq hissiniz varsa, siz Avropanın digər ölkələrindən fərqli olaraq asanlıqla İspaniyaya mühacirət edə bilərsiniz. Üç ildən çox İspaniya ərazisində qeyri-qanuni yaşayan mühacirlər İspaniyada yaşamağa icazə ala bilmək imkanını əldə edirlər.

6. Özünə hörmət edən ispaniyalı, demək olar ki, heç vaxt evdə səhər yeməyi yemir. Səhər yeməyini burada kafelərdə yeyirlər.

7. Burada gec yeməyə başlayırlar. Günorta saat 2-də burada səhər yeməyi edirlər və axşam saat 10-da şam edirlər.
Ardı →

Arıqlamaq istəyirsənsə, bu ölkəyə get!

Asiyada, Taylandın şimal-şərqində, Vyetnamın qərbində yerləşən Laos bir dövlət kimi öz tarixinə XIV əsrdən başlayıb. Ölkənin dənizə çıxışı yoxdur, amma tarixi və mədəniyyəti olduqca fərqli, zəngin və maraqlıdır. Yəni istirahət etmək üçün heç də dənizi önəmli saymayan kəslər bu ölkəni seçə bilərlər.

Mətbəxi
Bir çox ölkələrdə olduğu kimi, Laosun da mətbəxinə qonşu Taylandın, Kambocanın, Çinin və Vyetnamın təsiri danılmazdır. Bu ölkənin yeməklərində  duz və ədviyyatlardan daha çox, müxtəlif tərkibli souslardan istifadə edilir,  göyərti və tərəvəzlərdən yeyilir, lakin ət və balıq məhsullarına bir o qədər də tələbat yoxdur.


Ardı →

Fransa haqqında maraqlı faktlar

1. Fransada çox sayda qala mövcuddur — cəmi 4 969 ədəd.

2. Fransada kolqotkalar ixtira edilmişdilər. Qadın kolqotkaları — XX əsrin ən dahi ixtirasıdır.

3. Fransanın rəsmi dövlət dili — fransız dilidir. Amma ingilis dilini bilməsəniz siz iş tapmayacaqsınız, həm də heç bir fransız anlaya bilməyəcək ki siz ingilis dilini bilmirsiniz. Onlar bunu anlaya bilərlər ki, siz fransız dilini bilmirsiniz, amma necə belə ola bilər ki, siz ingilis dilində danışmırsınız?! Əgər onlar aksenti hiss edirlərsə, dərhal ingilis dilinə keçirlər, hətta əgər siz ingilis dilində danışa bilməsəniz də.

4. Fransızlar gilyotini ixtira etdikləri üçün fəxr edirlər..

5. Məhz fransızlar Avropa Konstitusiyasının layihəsini doldururlar. Daha dəqiq — fransız fermerləri, hansılar ki, anlamırlar, nə üçün onlar bir çəllək unikal şərabları (minlərlə növün ətrafında) tökməlidir, orada nəyəsə görə pendirləri (460 növ, onların növlərini nəzərə almadan) standartlara uyğun etməlidirlər və niyə bu sidr alkoqollu içki hesab edilməlidir?
Ardı →

Almaniya haqqında maraqlı məlumatlar

Demək olar ki, bütün polislər “Mersedes” maşınlarından istifadə edir.

Təxmini 40 nəfərlik millətçilərin nümayişi zamanı Hamburqda hərəkət dayanır və nümayiş polis tərəfindən müşayət olunur. Onlar millətçiləri qoruyurlar.

Almaniyada işləmədən sosial yardımla yaşamaq mümkündür.

Almaniyada bomjlar it saxlayır. Çünki itlərə baxdıqlarına görə onlara əlavə pul ödənilir.

Ölkə ərazisində dialekt müxtəlifliyi var, şimalda yaşayanlar cənubdakıları çətinliklə başa düşür.

Bir almandan ünvan soruşsanız, o sizə gülümsəyəcək və telefonunda naviqasiyaya baxaraq yolu izah edəcək, hətta ötürməyi təklif edəcək.

Almaniyada şillə vurulmasına görə cərimə 500 avrodur.

Almaniyada cinayətkarların 80%-i əcnəbilərdir.
Ardı →