Склонение və наклонение

Склонениенаклонение terminləri rus dilində ən adi və məlum qrammatik anlayışlardandır. Onlarsız fel və isimlərin mövcudluğunu təsəvvür etmək mümkün deyildir. Lakin bu iki terminin tərcümeyi-halını heç də hamı bilmir. Bu isə maraqlı və diqqəti cəlb edicidir. Fikir verin; hər iki termin müxtəlif morfoloji hadisələrə, ayrı-ayrı nitq hissələrinə məxsusdur, lakin bir-birinə çox oxşardır. Xarici görünüşdə bu sözlər arasındakı fərq yalnız pristavka müxtəlifliyidir, birinci sözdə с, ikincidə isə -на pristavkaları sözlərin mənalarını dəyişdirir. Bu pristavkalardan sonra hər iki termində qalan hissə-клонение, клониться felinə uyğun gəlir ki, bu da «əyilmək», «meyl etmək», «enmək», «yaxınlaşmaq» mənalarında işlənə bilir. Qrammatik terminlər kimi də bu sözlər eyni məfhum bildirmişlər. Yalnız sonralar birinci söz isim, ikinci söz isə fel anlayışları üzrə ixtisaslaşmışdır.

Склонение
наклонение sözləri rus qrammatikasının terminologiyasında müxtəlif vaxtlarda və müxtəlif cür kök salmışdır. Склонение sözü наклонение sözündən əvvəl rus qrammatika kitablarında özünə yer tapmışdır. D. Gerasimov tərəfindən 1522-ci ildə rus dilinə tərcümə edilmiş Donat Eliyanın latın qrammatikasında bu söz клонение уклонение formalarında verilmişdir.
Наклонение termininə ilk dəfə Meleti Smotritskinin qrammatikasında (Evyu, 1619-cu il) rast gəlinir. Lavrentiya Zizaniyanın qrammatikasında isə наклонение sözü obraz sözü ilə də oxucuya təqdim edilib. Bundan daha əvvəl наклонение anlayışı чин (rütbə, mənsəb, məmur, dəb) və залог (girov, rəhn, dəlil) sözləri ilə ifadə olunmuşdur. Yeri gəlmişkən xatırladaq ki, M. V. Lomonosov da naklonenie termini ilə yanaşı, bu sözə müqabil obraz terminini işlətmişdir. Məhz M. V. Lomonosov tərəfindən наклонение sözü ilk dəfə olaraq əsil dilçilik anlayışı xarakteri qazanmışdır.
Davamı →

Tərz kateqoriyası

Azərbaycan dilində olduğu kimi rus dilində daha çox işlənən nitq hissələrindən biri feldir. Rus dilindəki fellərin qrammatik forma və əlamətlərindən danışarkən tərz kateqoriyası xüsusilə  aydınlaşdırılmalıdır.
Tərz kateqoriyası nə deməkdir? Rusca nitq vərdişlərinin inkişafında bu kateqoriyanın köməyi nədən ibarətdir?
Tərz kateqoriyası (категория вида) dedikdə, hərəkətin zaman daxilində bir proses kimi necə keçdiyi nəzərdə tutulur.
Rus dilində işlənən bütün fellər iki tərzə bölünür: bitmiş tərz (совершенный вид) bitməmiş tərz (несовершенный вид).

Ardı →

Tələffüz qaydaları

Rus dilində sözlərin yazılışı bir çox hallarda onların tələffüzündə fərqlənir. Başqa sözlə desək, sözün yazılışı (orfoqrafiyası) və tələffüzü müxtəlif qaydalarla izah olunur. Bəs sözləri düzgün tələffüz etmək üçün hansı ümumi qaydaları bilmək lazımdır?
Bu dərsdə rus sözlərinin tələffüzünün yalnız ən başlıca qaydalarından bəhs edəcəyik.
  • О səsi vurğu altında о (воды), vurğuqabağı hecada isə а kimi (вада) tələffüz olunur. Ikinci vurğuqabağı hecada isə bu səs karlaşır (въдавос—водовоз).
  • Lakin вода sözünün birinci hecasında həmişə o yazılır.
  • Rus dilində işlədilən və bu dilə başqa dillərdən keçmiş sözlərdə о səsi vurğusuz belə о kimi tələffüz olunur (отель, поэт, поэзия, фонетика, Золя, Шопен və s).

  • Ikinci təsrif fellərinin (глаголы второго спряжения) vurğusuz sonluqları ат, ят (üçüncü şəxsin cəmi), birinci təsrifə daxil olan fel sonluqları ут, ют (üçüncü şəxsin çəmi) kimi tələffüz olunur. Məsələn, дышат, гонят, любят yazıldığı halda, дышут, гонют, любють, kimi tələffüz olunur.

  • Гий (строгий), кий, (горкий), хий (тихий)sonluqları ilə bшtən sözlərdəki г, к, X səsi qalın, bunlardan sonra gələn səs isə kar tələffüz olunur: строгъй, горькъй, тихъй. Eləcə dəЧајковскии сөзү Чайковскъй, Горький sözü Горькъй kimi tələffüz olunur.

Ardı →

Təktərkibli cümlələr

Hər iki (rus və Azərbaycan) dildə olan cümlələr baş və ikinci dərəcəli üzvlərin iştirakına görə müxtəlifdir. Bəzi cümlələrdə onun bütün üzvləri, digərində baş üzvlər və ikinci dərəcəli üzvlərindən biri və ya ikisi, başqa qrup cümlələrdə isə təkcə baş üzvlər iştirak edir. Lakin rus dilində, Azərbaycan dilində olduğu kimi, elə cümlələr də vardır ki, onlarda baş üzvlərdən yalnız biri iştirak edir (burada ikinci dərəcəli üzvlər də ola bilər). Belə cümlələrdə ifadə olunmuş fikir məhz həmin tək baş üzvün əsasında formalaşır, ikinci baş üzvün iştirakına ehtiyac duyulmur. Tərkibində baş üzvlərdən yalnız biri iştirak edən və fikir həmin üzvün ətrafında tamamlanan cümlə təktərkibli cümlə (однасоставное предложение) adlanır. Təktərkibli sadə cümlələrin bir qrupu xəbər və ya xəbər qütbü əsasında, başqa bir qrupu isə mübtəda və ya mübtəda qütbü əsasında formalaşır. Bu baxımdan rus dilində də təktərkibli sadə cümlələr iki qrupa ayrılır. Mübtədasız təktərkibli cümlələr (бесподлежащные односоставные предложения) və xəbərsiz təktərkibli cümlələr (бессказуемные односоставные предложения). Xəbərsiz təktərkibli cümlələr qrupuna yalnız adlıq cümlə (назывное предложение) daxildir.
Ardı →

tək və cəm hallar

Tək-cəm qrammatik kateqoriyası rus dilində, hər şeydən əvvəl, əşyalara aid olub onların miqdarını bildirir. Bu kateqoriya isimlərə, habelə, sifət, say, əvəzlik və fel kimi nitq hissələrinə də aid edilə bilər. Biz burada əsasən isimlərin tək və cəmindən bəhs edəcəyik. Isimlərin tək və cəmləriiin forma və mənaları müvafiq sonluqlarla ifadə olunur. Bu cəhətdən isimlər aşağıdakı qruplara ayrılır:
1) həm tək və həm də cəm şəkli olan isimlər;
2) yalnız tək halı (şəkli) olan isimlər;
3) yalnız cəm halı (şəkli) olan isimlər.
Ardı →

Şəkilçilər (Suffiks) haqda

Rus dilində sözün tərkibi əsas və sonluqdan ibarət ola bilər; bəzən isə söz yalnız əsasdan ibarət olur, sonluq isə olmur. Sözün əsas hissəsi də, öz növbəsində, kökdən, önşəkilçidən (pristavkadan) və kökdən sonra gələn şəkilçidən (suffiksdən) ibarət tərkibdən düzəlir. Lakin bəzi hallarda sözün əsası yalnız kökə bərabər olur, yəni əsasda pristavka və suffikslər iştirak etmir.
Suffiks kökdən sonra gələrək ya yeni söz əmələ gətirir, ya da həmin söz yeni məna o cümlədən də qrammatik məna çaları verir. Başqa sözlə desək, bəzi suffikslər qohum sözlərin yaranmasına səbəb olur ki, onlar sözdüzəldici suffikslər adlanır. Məsələn: рыба—рыбак, вода—водник və s. Digər qrup suffikslər isə sözün qrammatik formalarını fərqləndirmək üçün işlədilir. Qrammatik formanı əmələ gətirən suffikslər sözün leksik mənasını deyil, yalnız onun qrammatik mənasını dəyişdirirlər. Qrammatik məna (və ya forma) əmələ gətirən suffikslərə aşağıdakılar daxil edilir:
Ardı →

Lüğətlər və onların növləri

Hər hansı bir dilin, o cümlədən də böyük rus dilinin öyrənilməsində lüğətlər müstəsna rol oynayır. Indi dil öyrənmək istəyən elə bir adam tapmaq çətindir ki, lüğətsiz keçinə bilsin. Rus dilinin leksik (söz) zənginliyi ilk dəfə Rus Akademiyası lüğətində («Словарь академии Российской») əks etdirilmişdir. Bu lüğət XVIII əsrin axırlarında nəşr edilmişdir.
V. I. Dalin lüğəti. Vladimir Ivanoviç Dal (1801—1872) «Canlı velikorus dilinin izahlı lüğəti»ni (Толковый словарь живого великорусского языка») tərtib etmişdir. Bu lüğətdə iki yüz mindən çox söz var.
1934—1940-çı illərdə prof. D. N. Uşakovun redaktəsi ilə dördcildli «Rus dilinin izahlı lüğəti» («Толковый словарь русского языка») çapdan buraxılmışdır. Bu lüğətdə 90 min söz vardır.
Görkəmli dilçi alim və leksikoqraf S. I. Ojeqovun tərtib etdiyi izahlı lüğət də («Словарь русского языка») mühüm əhəmiyyətli və dil eyrənmək üçün ən vacib vəsaitdir. Bu lüğətə 57 min söz daxil edilmişdir.
1948—1950-ci illərdə SSRI EA Müasir rus ədəbi dilinin lüğətini çap etdirmişdir. 17 cilddən ibarət olan bu lüğət («Словарь современного русского литературного языка») əsas lüğət sayılır.
Sizə rus dilini öyrənmək üçün «Elm» nəşriyyatı tərəfindən buraxılmış «Rusca-azərbaycanca lüğət»dən istifadə etməyi də məsləhət görürük.
Müasir dövrdə isə,əlbəttə ki,kompüter proqramlarını da qeyd etmək lazımdır.Onlar daha rahat və tez nəticə verir. Xüsusilə ABBYY şirkətinin məhsulu olan Lingvo proqramını məsləhət görürük
Davamı →

Dədə-baba sözönləri (Прадедовские приставки)

Dərslərimizdən birində pristavkalar (sözönləri) haqqında danışarkən demişdik ki, про, -по, -под, -от, -до pristavkalarını оilə yazmaq lazımdır. Və birdən, gözlənilmədən qarşımıza прадед (ulu baba, dədə-baba) və паводок (sel, daşqın; güclü sel) sözləri çıxdı. həmin sözlərdə дедвод kökləri aydın surətdə ayrılır (qohum sözləri müqayisə edək: дедушка—дедовский; вода—наводнение, половодье— daşqın, sel və s). Buradan, deməli, belə çıxır ki, прапа pristavkalardır.
Doğrudan da, bunlar pristavkalardır, çox qədim, dədə-baba pristavkalardır. Lap qədimdə bu pristavkalar isimlərin yaranmasında iştirak edərdilər. Пра pristavkası daha qədimdir; правнук—nəvənin övladı nəticə, пращур—ulu babanın (ulu nənənin) atası, uzaq əcdad, праязык—ulu dil. Па pristavkası isə «əlavə» mənasını verirdi: пасынок—ökey oğul, oğulluq; патрубок—qol boru; пасека—arıxana, pətəklik; память (yaddaş, hafizə), патока—patka (tam şəkərləşməmiş nişastadan ibarət qəliz maddə). Son üç sözdə pristavka tamamilə köklə birləşmişdir.
Ardı →

Sözlərin çoxmənalılığı

Rus dilinin zənginliyi təkcə lüğət tərkibinin böyüklüyü ilə deyil, sözün çoxmənalılığı (многозначность),yəni mətndən asılı olaraq onun müxtəlif məna çalarlarında işlənməsi ilə də müəyyən olunur. hər hansı bir sözün mənası başqa sözlərlə əlaqədə dəqiqləşdiyi kimi, çoxmənalığı sözün də ifadə etdiyi anlayış və ya fikir yalnız mətn daxilindəki cümlədə müəyyənləşir. Məsələn, aşağıdakı cümlələrdə язык sözünün hansı mənalarda işləndiyinə diqqət edək.
Davamı →