Abbas Səhhət – YAY SƏHƏRİ


Od tutub qırmızı atəşlə yenə yandı üfüq,Abbas Səhhət - Yay səhəri
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.

Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban.

Yumuşaq göy çəmənin üstə düşüb şeh gecədən,
İsti yoxdur, hələ var bir balaca meh gecədən.

Ağ dumanlar ucalır göy üzünə dağlardan,
Çox sərindir havası, keçmə bu yaylaqlardan.

Gün çıxır, göydə bulut qırmızı rəngə boyanır,
Kəndlilər çox yorulub, uykudan indi oyanır.

Pəyədən mal-qaranı bəzi çıxardır qırağa,
Bəzi səhrayə gedir işləməyə, bə’zi bağa.
Davamı →

Tariximizin açılmamış səhifələri Alban mədəniyyətinin izi ilə

Azərbaycan ərazisində yaranıb yayılan maddi və mənəvi dəyərlərin əhatə dairəsi geniş olduğu kimi, çeşidi də müxtəlif və rəngarəngdir. Mədəni dəyərlərin ilkin nümunələri olan daş kitabələr, mağara divarları və sütunları, qayaüstü Qobustan və Gəmiqaya təsvirləri, eləcə də folklor yaradıcılığının başlanğıcı olan ulu əcdadın psixoloji dərketməsinin ilkin bədii paradiqmaları — yuxular, miflər, əfsanələr, kiçik janr nümunələri, zəngin ənənələrə malik oyun və tamaşa mədəniyyətinin yaranma dövrünə və tarixinə nəzər saldıqda onların sivilizasiyanın başlanğıc mərhələsi ilə əlaqəsi üzə çıxır (Bax: G.Taylor. Pervobıtnaə kulğtura. M., 1989, s.71).

«Adət-ənənə və ritualların, mərasimlərin, ilkin məişət həyatının bir çox silsilə görüntülərinin insanın erkən həyatı ilə bağlılığı məlum olur» (Dj.Freyzer. Zolotaə vetvğ. M., 1987, s.49), bir çox mədəni dəyərlərin tarixi gen birliyi ilə bağlı olaraq yaranıb xalqların məişətinə səpələndiyi aydın görünür (A.Nəbiyev. Oxşar dəyərlərin gen qaynağı — Geneoloji nəzəriyyə. Bakı, 2009).



Davamı →

Ədəbiyyat terminləri lüğəti

Ahəng  — eyni ölçülü səslərin növbələşməsi, təkrarlanması və bir-birini izləməsidir. Ölçü, qafiyə, bölgü, rədif şeirdə ahəng yaradan əsas vasitələrdir.

Alleqoriya  — yunan sözüdür, rəmzlə danışmaq deməkdir. Alleqoriyada fikir şəxsləndirilmiş obrazlar: heyvanlar, quşlar, cansız əşyalar, bitkilər və s. vasitəsilə çatdırılır. Məsələn, Füzuli “Söhbətül-əsmar” poemasında bağ, bostan bitkilərini canlandırma yolu ilə mənsəb, şöhrət düşkünü olan insanları tənqid etmişdir.

Bədii sual  — bəzən əsərdə fikir sual şəklində ifadə olunur. Bu, hər hansı məlumatı öyrənmək üçün qurulan sual cümləsindən fərqli olaraq, emosionallığı artırmaq, fikrin daha qabarıq ifadəsinə nail olmaq məqsədi daşıyır. Bədii sualdan lirik əsərlərdə daha çox istifadə olunur.


Davamı →

Pəri | Molla Pənah Vaqif

Vaqifin qoşmaları içərisində “Pəri”nin xüsusi yeri var. Şeirdə canlı danışıq dilinin təsiri aydınca duyulur. Sözlərin uğurla seçilməsi, misralarda ustalıqla yerləşdirilməsi güclü ahəngin yaranmasına az təsir etmir.

Mükəmməl təşbeh, epitet, təkrir, alliterasiya, assonans, frazeologizm, zəngin qafiyələr və s. şeirə xüsusi gözəllik və obrazlılıq gətirmişdir.

“Pəri” qoşması həm ideya-məzmununa, həm də bədii xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Mətnin üzərində müşahidələri dərinləşdirməklə, mənbələrin əsasında araşdırma aparmaqla bu barədə əhatəli fikir yürütmək mümkündür.


Davamı →

Molla Pənah Vaqifin həyatı və yaradıcılığı

Molla Pənah Vaqif Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. Əsl adı Pənahdır. Dövrünün elmli, bilikli adamlarından olduğundan adının əvvəlinə “molla” titulu artırılmışdır. O, mükəmməl mədrəsə təhsili almış, dini və dünyəvi elmləri, ərəb və fars dillərini dərindən öyrənmişdir.

XVIII yüzillik ictimai-siyasi cəhətdən mürəkkəb və ziddiyyətli olsa da, ədəbi-mədəni mühitdə keçən əsrdən başlanan yenilənmə, xəlqiləşmə bu dövrdə davam və inkişaf etmişdir. Yeni, rəngarəng xalq yaradıcılığı nümunələrinin yaranıb, dildə-ağızda dolaşdığı bir zamanda gənc Pənah daha çox bu ədəbiyyatın təsiri altında şeir yazmağa başlayır. “Vaqif” təxəllüsü ilə yaratdığı qəlboxşayan şeirləri onu tezliklə məşhurlaşdırır.


Davamı →

Məni candan usandırdı | Məhəmməd Füzuli

“Məni candan usandırdı...” həm ideya məzmununa, həm də bədii keyfiyyətlərinə görə klassik şeirimizin ən dəyərli nümunələrindən biridir. XVI əsrin məhsulu olan bu əsər dilinin şirinliyi və cəlbedici olması baxımından da müasir oxucunu valeh edir. Ondakı alınma sözlər məzmunun başa düşülməsinə mane olmur.

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?


Davamı →

Qədim dövr Azərbaycan ədəbiyyatı

Qədim dövrlərdə geniş coğrafi ərazidə yayılmış türk xalqlarının ədəbiyyatı ortaq səciyyə daşımış, Azərbaycan ədəbiyyatı ümumtürk ədəbiyyatının tərkib hissəsi kimi yaranmışdır. Qədim dövrlərə getdikcə türk ədəbiyyatları arasında dil, üslub, obraz baxımından ümumiliyin, əlaqənin daha güclü olduğunu görmək olur. Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan Çin qaynaqlarıdır. Çin dilinə tərcümə olunmuş, eradan əvvəl II əsrə aid nümunələr — şeir parçaları ideya-məzmununa görə bugünkü türkü düşündürür, onda həzin, hüznlü ovqatın yaranmasına səbəb olur. Bu parçalarda ifadə olunmuş hiss-düşüncə min il sonra Orxon-Yenisey abidələrində təkrar olunur, türkün öz dilindən eşidilir, türkün öz əlifbasında, yazısında oxunur.


Davamı →

Dua edərkən qəlbinizdə Allahdan başqası olmasın

Bir şəhərdə çox kasıb, borc içində olan bir kişi yaşayırdı. Axşam vaxtı namaz qılmaq üçün məscidə gəlir və namazının sonunda əllərini qaldırıb, Allaha dua etməyə başlayır. Allahdan ruzi-bərəkət, onu borcdan qurtarmasını istəyir. Bu duadan sonra Peyğəmbərimiz (s.a.s.) şəhərin varlı bir mömininin yuxusuna girir və deyir:

«Ey ərəb, filan yerdə yaşayan bir kişi var və onun filan qədər borcu var».

Bu mömin kişi sevincək yuxudan oyanır, Peyğəmbəri (s.a.s.) yuxuda gördüyünə çox şad olur. O biri gecə yenə yuxusunda Peyğəmbərimizi (s.a.s.) görür. Amma bu dəfə incik bir halda gəlir və kişiyə deyir: «Mən axı sənə demişdim ki, filan kişinin bu qədər borcu var, ona kömək etmək lazımdır». Kişi pərişan halda yuxudan oyanır. Səhəri həmin məscidə gedir. Görür ki, elə Allah Rəsulunun (s.a.s.) təsvir etdiyi kimi bir kişi əlini açıb Allaha dua edir. Mömin kişi bu dua edən kişinin yanına yaxınlaşır və deyir:


Davamı →

Mədəniyyətin XX əsrin ikinci yarısında inkişafı

XX əsrin ikinci yarısında bəşəriyyət böyük elmi- texniki inkişafa nail oldu. Atom enerjisinin kəşf edilməsi, kosmosun fəth olunması, yeni texnologiyaların (kompüter, robot, peyk əlaqəsi və s.) meydana gəlməsi mədəniyyətin forma və məzmununda dəyişikliklərə uğraması ilə nəticələndi. Bu dəyişikliklərin müsbət və mənfi nəticələri yarandı.

dünya sivilizasiyasi


Davamı →