Meteorologiya sahəsində təşkilatlar

Ümumdünya Meteoroloji Təşkilat – ÜMT (World Meteorological Orqanization — WMO) 1948-ci ildə yaradıl­mışdır. 1951-ci ildən ÜMT BMT-nin ixtisaslaşmış müəssisəsi adlanır. Hazırda ÜMT-ya 185 dövlət üzvdür.
ÜMT –nin baş orqanları:
1.Ümumdünya meteoroloji konqres.
2.Icraedici komitə.
3.Baş katib başda olmaqla katiblik.
Həmçinin texniki komissiyaya da malikdir. Təşkilatda digər coğrafi rayonlara aid olan məsələləri həll edən regional təşkilatlarda mövcuddur.
Yerləşdiyi yer – Cenevrə (Isveçrə).
ÜMT-nın məqsədləri:
  • meteoroloji, hidroloji və digər nəzarəti yaratmaq üçün beynəlxalq əməkdaşlığın asanlaşdırılması;
  • meteoroloji məlumatların mübadiləsinin sürətlən­dirilməsinin stimullaşdırılması;
  • eynicinsli nəşrlərə, statistik nəticəyə meteoroloji nəzarəti standartlaşdırmalı;
  • tədqiqatların mükafatlandırılması və meteoro­lo­giyanın öyrənilməsi.
Atmosferdə gedən qlobal tədqiqatların dövr etməsi, tə­biət mühitində faktiki proqnozlaşdırmanın yığılması, işlən­məsi və onun operativ yayılması ÜMT-nın əsas fəaliyyət istiqa­mətləridir. Dünya okean­la­rında, planetin iq­limində (ozona nəzarət qaz qatışıq­larının artması) və onun dəyişməsi hökumətə və döv­lətlərə havanın dəyişməsi haq­qında xəbərdarlıqdır. ÜMT-nın su resurslarının qiymətlən­diril­məsində beynəlxalq əməkdaşlığı stimullaşdırır, hidroloji proqnozlar daxil olmaqla, hidroloji məntəqə və xid­mətlərin işlənib hazırlanması, hidroloji məlumatlar haqqında xəbərdarlıq və ya onların göndərilməsini göstərir. ÜMT-nın əsas fəaliyyəti milli maraqlar üçün səmərəli isti­fadə olunan elmi-texniki proqramlar çərçivəsində keçir. Mə­sələn, hava ilə bağlı bir neçə ölkədə kənd təsərrüfatında itki hər il istehsal olunan məhsulun 20 %-nə yaxınlaşa bilər. La­kin, əgər təcili meteoroloji məlumat verilərsə onda bu itkidən qaçmaq olar. Quraqlıq keçən vilayətlərdə, Afrikanın Saxara kimi susuz səhralarında olduğu kimi ÜMT quraq­lığın əleyhinə gedir.
 

0 şərh