Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 605 topik

Kompüterin sağlamlığımıza vurduğu 7 zərər

Kompüter yəqin ki, son illərdə insan oğlunun icad etdiyi ən faydalı qadjetlərindən biri sayılır. Biz ondan demək olar ki, həyatın bütün aspektlrində istifadə edirik: şəxsi həyatda, işdə, nəqliyyatda, təhsildə, hatta tanışlıq məqsədləri üçün. Çoxumuz ona elə öyrəşmişik ki, vaxtımızın böyük hissəsini onun arxasında keçiririk. Elə buna görə də həyatın necə axıb getidiyinin fərqində olmuruq...
 
1. Bel əyriliyi
Səbəb: Kompüter istifadəçilərin çoxu bədənin düzgün vəziyyətini nəzərə almır və masa arxasında düz oturmur.
Həlli yolu: Düz oturun və klaviaturaya tərəf əyilməyin. Əmin olun ki, stulun mərkəzi ilə oturursunuz. Kürəyin aşağı hissəsi stulun arxasına söykənməlidir, ayaqlar isə diz nahiyəsindən düz dayanmalıdır. Lazım gələrsə, yastıq istifadə edə bilərsiniz. Əgər ayaqlarınız döşəməyə dəymirsə, onda altına kətil qoyun. 
Davamı →

Bitcoin və yaxud “meymun biznesi”

Bir dəfə kəndə biznesmen gəlir və kəndlilərdən 10 dollara meymun alacağını bildirir. Ətrafdakı cəngəllikdə nə qədər çox meymun yaşadığını görən kənd camaatı bütün işlərini ataraq meymun tutmağa başlayır.

Biznesmen kəndlilərdən 10 dollara min meymun alır. Lakin tezliklə meymunların sayı azalır və onları tutmaq bir qədər çətinləşir. Belə olduqda, biznesmen tutulan hər meymuna görə mükafatı 20 dollara qədər yüksəldir. İnsanlar yenidən meymun ovuna başlayır.

Tezliklə kənddə məhsuldarlıq enməyə başlayır və kənd camaatı yavaş-yavaş öz işinin başına dönməyə başlayır. Bunu görən biznesmen qiyməti 50 dollara qədər artırır. Lakin o işi səbəbindən şəhərə qayıtmalı olur və öz yerinə köməkçisini təyin edir.

Davamı →

Əsnəmək nədən xəbər verir?

Əsnək canlılara xas olan xüsusiyyətdir, əsnəmə ana bətnindəki 11-ci həftədən başlayır. Orta hesabla bir əsnək 6 saniyə çəkir. Xalq arasında onu yuxugəlmənin xəbərvericisi hesab edirlər.

Bu barədə məlumat verən həkim, Avropa Tibb Akademiyasının üzvü Elnur Rəhimov deyib: "Əsnək fizioloji və patoloji olur. Yuxu gələrkən bədənin sıxılması zamanı, monoton danışmaqdan, musiqi dinləməkdən, havasız yerdə oturmaqdan, kiminsə əsnədiyini görəndə baş verən əsnək fizioloji hesab olunur.
Davamı →

Azərbaycanda yeni nəslin boyu niyə kiçilir?

Azərbaycanda əhalinin ildən-ilə cılızlaşmasına dair fikirlər tez-tez səslənir. Artıq yaşlı nəsil universitet tələbələrini məktəblilərlə müqayisə edirlər.

Bir sıra mütəxəssislər boyun getdikcə qısalmasını qeyri-sağlamlıq kimi qiymətləndirsələr də, bəziləri əksinə olaraq, boyu qısa olan insanların beyninin daha yaxşı inkişaf etdiyini iddia edirlər.

Heç təsadüfi deyil ki, cəmiyyətdə insanlar arasında tez-tez “dünyanı balacalar idarə edəcək” kimi ifadələr də işlənir.
Davamı →

Əl ilə toxuma işlərinin faydaları

Mil, milçə və tığla görülən əl ilə toxuma işləri cansığıcılığını aradan qaldırmaqla yanaşı, sağlamlığımıza da həddindən artıq müsbət təsir edir. Bəs əl ilə toxumanın faydaları nələrdir?

Xüsusilə də orta yaşlı qadınların qış aylarında böyük bir həzz alaraq, hazırladıqları toxuma paltarlar, qarderobların əvəzolunmaz hissəsinə çevrilir. Soyuq havalarda bədənimizi isti saxalayan toxuma paltarlar, xəstəliklərə qarşı qoruyur, qəşəng bir görünüş əldə etməyinizə da kömək edir.
Davamı →

Peyvənd haqqında 7 əfsanə


Nəzərinizə təqdim etdiyimiz peyvəndlər haqqında 7 əfsanə bir çox hallarda insanların düzgün qərar verməsinə mane olur. Vaksinləmənin müasir təxəyyüldə 130 ildən artıq müddət ərzində mövcud olmasına baxmayaraq, bu mövzuda hələ kifayət qədər yanlış fikirlər də var.

1-ci əfsanə: peyvəndlər artıq məğlub edilmiş xəstəliklər əleyhinə vurulur...
Onların faktiki olaraq məğlub edilmiş sayılması (əslində isə bu, sadəcə görüntüdür) məhz kütləvi şəkildə peyvənd olunmanın nəticəsidir. Buna kollektiv immunitet deyilir: əhalinin böyük əksəriyyəti peyvəndlənmişdirsə, infeksiyanın yayılması ehtimalı azalır. Lakin son illərin təcrübəsi göstərir ki, nə məğlub edilməsi zənn olunan qızılca, nə də inkişaf etmiş ölkələrdə uzun müddətdən bəri müşahidə edilmədiyi poliomiyelit heç də gündəmdən yox olmayıblar. Hazırkı qızılca epidemiyaları kollektiv immunitetin zəifləməsi ilə əlaqədardır (bəzi ölkələrdə peyvənd əleyhdarlarının fəallığı nəticəsində, bəzilərində isə iqtisadi səbəblərdən). Moskva, Ural və İrkutsk xəstəxanalarında poliomiyelit təkrarən 2010-cu ildə – Tacikistandan gələn miqrant ailələrdən olan bir neçə uşaq gətirildikdə müşahidə edildi, həmin vaxt xəstəliyə tutulmuş adamlardan 15 nəfəri dünyasını dəyişdi. Odur ki, infeksiyalar yalnız qismən və müvəqqəti məğlub edilmiş sayıla bilər. Tetanus (quruma), quduzluq və ya ensefalit (beyinin iltihabı) kimilərinin təslim etmək fikri yox idi də.
Davamı →

Dil öyrənmək üçün 5 serial

Extr@
Bu sizin baxmalı olduğunuz ilk sitkom-seriallardan biridir. Extr@ – Britaniya istehsalı olan maarifləndirici və öyrədici əyləncəli sitkom serialıdır. Ümumilikdə 4 hissəsi buraxılıb: ingilis, fransız, ispan və alman. Youtube vasitəsiylə də bu sitkoma baxa bilərsiniz. Sujet olduqca sadə və maraqlıdır, cümlələri və sözləri asanlıqla başa düşəcəksiniz. Birinci seriyanı izləmək və digər seriyalara da keçid əldə etmək üçün link.

Davamı →

Barmaq şaqqıltısının səbəbləri

Bir çoxumuz barmaqlarımızı şaqqıldatmağa vərdiş etmişik. Çoxumuz “sümüklərim boşalıb, kalsium çatışmır” deyə buna səbəb gətiririk və eşidilən həmin səsin sümüklərdən çıxan səs olduğunu düşünürük.

Ən çox və asanlıqla şaqqıldayan yerlər oynaq yerləridir. Bu tip oynaq yerlərində, misal olaraq, barmaqlarda iki sümüyün birləşdiyi yerdə bir bağlantı kapsulu var.

Barmaqlarınız gərilərkən bu kapsul da gərilir. Bu kapsulun içində sümüklərin hərəkəti zamanı onları yağlayan bir maye var. Mayenin tərkibində ərimiş halda oksigen, karbondioksid və nitrogen qaz qabarcıqları var. Barmaqlarımızı şaqqıldadarkən mayenin təzyiqi azalır və qaz qabarcıqları partlamağa başlayır.

Buna görə barmaqlarımızı şaqqıldadarkən eşidilən sümüklərin deyil, bu qabarcıqların partlamasının səsidir.
Davamı →

Gündəlik həyatda işinizə yarayacaq məsləhətlər

  • Yeməkdən qabaq dişlərinizi fırçalasanız daha az yemək yeyəcəksiniz.
  • Hıçqırığınız tutduğu zaman 10 saniyə nəfəs almayın və 3 dəfə udqunun. Hıçqırığınız keçəcək.
  • Əgər soyuq duş altında 3 dəqiqə dayansanız, 40 kalori yandıracaqsınız .
  • Qədəhdəki şərabın keyfiyyətini öyrənmək istəyirsinizsə, qədəhi asta çalxalayın. Qədəhin içindəki çöküntü nə qədər qatıdırsa, şərab bir o qədər keyfiyyətlidir.

Davamı →

Sakitləşdirən 5 ətir

Beyninizin sakitləşməsi üçün bir çox yol var. Bunlardan biri də aromaterapiya yəni ətir müalicəsidir. Ətirlərin beyinə təsirləri tədqiqatlar nəticəsində sübut olunmuşdur. Siz də sakitləşmək üçün bu ətirlərdən istifadə edin:

1. Darçın
Sakitləşmək üçün yüksək təsirə malik bitkilərdən biri darçındır. Onun həm ətri, həm çayı insana müsbət enerji verir.

2. Yasəmən
Yasəmənin sakitləşdirici təsiri vardır. Yatmadan əvvəl yastığınızın üzərinə bu bənövşəyi çiçəklərdən qoyun. Rahat yuxu yatmağınızı təmin edəcək.
Davamı →