Sevgisizlik dünyanı məhv edir

Pislik, haqsızlıq, kədər, bədbinlik. sıxıntı, tənhalıq, qorxu, stress, inamsızlıq, vicdansızlıq, narahatçılıq, qəzəb, qısqanclıq, kin, narkomaniya, əxlaqsızlıq, qumar, fahişəlik, aclıq, yoxsulluq, oğurluq, dava-dalaş, düşmənçilik, cinayət, müharibə, qarşıdurma və zülm… Bütün bunlar, demək olar ki, hər gün qəzetlərdə və televiziyada rast gəlinən, gündəlik həyatda qarşılaşdığımız problemlərdir.

İnsanların və xalqların xilas olmaq istədiyi, hər sahədə mübarizə apardığı bu cür pisliklər, qarışıqlıq dünyada əsrlərdən bəri hakimdir. Bunun üçün qədim Yunanıstana və ya Böyük Roma İmperiyasına, Çar Rusiyasına və ya iki böyük dünya müharibəsinə, böyük ictimai hadisələrə səhnə olan XX əsrə nəzər salmaq kifayətdir. Ancaq hansı əsrə baxsaq, dünyanın hansı guşəsinə getsək, bu mənzərə dəyişmir. Çünki keçmişdə olduğu kimi, dövrümüzdə də bu cür pisliklərin mənbəyi dünyadakı ən böyük problem olan sevgisizlikdir.

İslam “silm” və “salam” kökündən törəmiş sözdür. “Silm” sülh, təhlükəsizlik, əmin-amanlıq və sevgi, “salam” isə xoşbəxtlik, salamatlıq və təhlükəsizlik mənalarını verir.

Axırzamanın ən mühüm problemlərindən olan sevgisizlik və inamsızlıq dövrümüzdə insanların çatışmayan cəhətidir. Bu gün dünyada baş verən müharibələrin, qırğınların, yardımlaşmadan qaçmağın, qısaca desək, dünyadakı əxlaqi pozuntunun səbəbi budur. İnsanlar dünyanın hər yerində bir-birlərinə etibar etmədən qorxu içində yaşayırlar. Qorxu mühitində sevgi olması, əlbəttə, qeyri-mümkündür. Dövrümüzdə heç kimin bir-birinə salam verməməsi, salam verənin salamının ardında pis niyyət axtarılmasının kökü də sevgisizlik mühitinin meydana gətirdiyi inamsızlıqdır.

Sevgisizlik iqtisadi böhranın səbəbidir
Bir çox insanın bir-birinə nifrət etdiyi bu dünyada iqtisadi böhranın olması labüddür. Çünki sevgisizlik keyfiyyətsiz mal istehsal olunmasına, ən qısa müddətdə çox qazanc əldə edib qazandığını da gizlədib heç kimə verməməyə təhrik edir. Halbuki, Allah’a olan dərin sevginin Allah’ın təcəllilərinə də yönəldilməsi insanlar arasında yardımlaşma hissi doğurur və malının ehtiyacından artıq qalanını xeyir işlərə sərf etməsinə səbəb olur. Belə bir sistemdə isə dünyada rifahın olacağı aydındır. Yardımlaşma və ədalət sayəsində insanların iqtisadi gücü yüksəlir. Zəngin cəmiyyət meydana gəlir.

Mərhəmətsizliyin, yardımdan qaçmağın mənbəyi sevgisizlikdir
İnsanların mərhəmətsizliyi və zalımlığı da sevgisizlikdən qaynaqlanır. Bu cür insanlar avtomobillə bir adamı vurduqdan sonra arxasına baxmadan qaçır və ya yolda gördüyü ölüm ayağında olan, bəlkə də lazımi müdaxilə edildikdə xilas ediləcək insanın yanından vicdansızlıqla ötüb keçirlər. Bəzi kafe sahiblərinin mətbəxlərində gigiyena qaydalarına riayət etməməsinin, yaşlı insanlara hörmət edilməməsinin, təcili yardım tələb olunan xəstələrin lazımi diqqət göstərilmədiyi üçün ölməsinin, ehtiyac içində olan insanlara xor baxılmasının, bir ovuc torpaq üçün milyonlarla məsum insanın qətlə yetirilməsinin, kiçik uşaqlara təcavüz edilməsinin, qadınlara zorakılıq tətbiq edilməsinin və təcavüzə məruz qalmasının, insanların bir-birlərinə qarşı qəzəbli, aqressiv olmalarının səbəbi də sevgisizlikdir.

 “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!” (Bəqərə surəsi, 208)

Sevgisizlik əxlaqi pozuntunun səbəbidir
Allah insanları sevməyə və sevilməyə uyğun fitrətdə yaratmışdır. Sevgi görməməsi və fitrətində olduğu halda özünü sevgidən uzaq tutması insanı başqa istiqamətlərə yönəldir və onu əxlaqi pozuntuya sürükləyir. Bu insan Allah’ın haram etdiyi fahişəlik, qumar, oğurluq kimi hərəkətlər etməkdən, insanların hüquqlarını tapdamaqdan çəkinmir. Sevgisizliyinə görə, nəfsinin ehtiyaclarını təmin etmək üçün eynilə heyvanlar kimi davranır. Sərbəst cinsi həyat, narkotik maddələrdən istifadə, avaralıq, üsyankarlıq kimi hər cür əxlaqdankənar hərəkəti edir. Dövrümüzdə özünəqəsd hadisələrinin artmasının, narkotik maddələrdən istifadənin əsas səbəbi də sevgisizlikdir.

Müharibə və cinayətlər sevgisizliyin nəticəsidir
Sevgisizliyin gətirdiyi bəlalardan biri də insanlar arasında mərhəmətsizliyin, kindarlığın, qəzəbin, zülmün hakim olmasıdır. Bu cür insanlar öz mənfəətləri üçün və ya birinə qəzəbləndiklərinə görə asanlıqla cinayət törədə bilirlər. Haqsızlıqla bir insanın canına qəsd edən, soyuqqanlılıqla ardıcıl cinayətlər törədən, ani qəzəb və ya qısqanclıq nəticəsində ən yaxın adamını və ya heç tanımadığı birini öldürən, hətta bu işi pulla görən insanların sayı dövrümüzdə din əxlaqından uzaq yaşayan cəmiyyətdə çoxdur. Qəzet və televiziyadan bir gün belə əksik olmayan cinayət xəbərləri cəmiyyətdəki sevgisizliyin, əxlaqi pozuntunun açıq göstəricisidir.

Dövrümüzdə baş verən müharibə və qırğınlar da bunları edənlərin insanlıqdan nə qədər uzaqlaşdıqlarını göstərir. Hər cür əxlaqi hissiyyatdan, insanpərvər duyğulardan, mərhəmətdən, şəfqətdən, sevgidən uzaq olan bu insanlar vəhşi qırğınları gözlərini belə qırpmadan həyata keçirəcək qədər sevgisizdirlər.

 öhbətləri, bir-birlərinə münasibəti soyuq və məsafəlidir
Sevgidən uzaq insanların sevgi adlandırdığı duyğu çox sünidir. Bu insanlar əsl sevginin dadını heç bilmədiklərinə görə sevgini təqlid etməyə çalışırlar. Kinoteatrlarda, filmlərdə verilən süni sevgi təqlidlərini gündəlik həyatlarında əks etdirirlər. Bu yanlış sevgi təqlidi daima bir-birinin zəif cəhətini üzə çıxaran, söhbətlərində ən adi qüsuru tutmaq üçün diqqətlə dinləyən, hər sözdən eyhamlı məna çıxarmağa çalışan, söz atan, davakar, nifrət dolu üslub ehtiva edir. Bu insanlar qarşısındakını əzmək, alçaltmaq və öz qürurlarını bəsləmək üçün daima onların qüsurlarını axtarırlar. Bu insanların üzləri və baxışları da içlərindəki sevgisizliyi və nifrəti əks etdirəcək şəkildə çirkindir.

Səbir sevgini əldə etmək üçün vasitədir
İnsan Quranı həyatına tam tətbiq etdikdə sevginin qarşısı açılır. Məsələn, Quranda səbir əmr edilir. Səbir isə sevgini əldə etmək üçün vacibdir. Çünki səbir olmasa, insan sevdiyinin səhvini, qüsurunu görər, sevdiyindən ayrılar. Səbir olmadan insanın sevgini əldə etməsi çətindir. 

Xeyirxahlıq qarşılıqlı sevgi meydana gətirir
Eqoistlik sevgini aradan qaldırır. Comərdlik isə sevgini artırır. Ona görə, Allah Onun yolunda malından sərf etməyi və yardım etməyi əmr etmişdir. Xeyirxahlıq həm yardım edilən insanda, həm də yardım edəndə qarşılıqlı sevgi meydana gətirir. Allah sevgisi və qorxusuna malik olan mömin həmişə din qardaşının yaxşılığını istəyir. Öz əbədi həyatını düşündüyü kimi, qardaşının da axirətini düşünür, səhvi olduqda ona xatırladır, pis əməldən çəkindirməyə çalışır. Özü üçün etdiyi dualarında din qardaşlarını əsla unutmaz. Möminlərin bu üstün əxlaqı Quranda belə xəbər verilmişdir:

 Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (Həşr surəsi, 10)

Sevgi yalanın qarşısını alır
Yalan söyləyən insanlar qaranlıq ruh halına malikdirlər. Vicdanları və ağılları təmiz deyil. Yalan söyləyən birini insan sevə bilmir, çünki daima yalan danışan bir insanın həqiqi şəxsiyyəti ilə ünsiyyət qurmaq mümkün deyil. Yalan söyləməmək də sevginin əmələ gəlməsinə səbəb olur.

ALLAHI SEVMƏDƏN SEVGİ OLMAZ
Allah sevgisi bütün sevgilərin mənbəyidir. Sevgi duyduğumuz hər şeydə sevgi hissini qəlblərə verən uca Rəbbimizdir. Ailəmiz, dostlarımız, sevdiyimiz insanlar, xoşumuza gələn bütün yeməklər, bəyəndiyimiz paltarlar, həyatımızı asanlaşdıran bütün vasitə və avadanlıqlar, baxmaqla doymadığımız mənzərələr, rəngarəng çiçəklər, körpə uşaq, kiçik sevimli quzu, parıldayan ulduzlar, mavi səma… Bütün kainat uca Allah’ın qullarına olan sevgisi, mərhəməti və rəhmətinin nümunələri ilə doludur.

Allahı hər şeydən çox sevən və hər an Onun istədiyi gözəl əxlaqla yaşayan insanlar bir-birilərini də dərin sevgi və hörmətlə sevərlər. Dünya həyatında Allah sevgisini nəfsani sevgidən üstün tutan səmimi möminlər axirətdə, Allahın izniylə, əbədiyyən sevdikləri ilə birlikdə yaşayacaqları cənnət bağçalarında olmağı ümid edirlər:

 Əsl səmimi sevgi Allahın ancaq müsəlmanlara verdiyi, dünyadakı və sonsuz axirət həyatındakı ən böyük nemətlərdən biridir. Allah’ın rizasını istəməyən və Quran əxlaqı ilə yaşamayanlar üçün əsl sevgi heç vaxt əldə edə bilməyəcəkləri nemət itkisidir. İnsanları bir çoxu sevgini təqlid edərək sevirmiş kimi görünməyə çalışırlar. Lakin hər şeyin yaradanı olan uca Allah Onu sevməyən və iman gətirməyənlərə bu sevgini verməyəcəyini, ancaq iman gətirənlərə sevgi bəxş edəcəyini Quranda qəti şəkildə bildirir:

 “İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman bir sevgi yaradacaq” (Məryəm surəsi, 96)

 

 

 

0 şərh