Рейтинг
+46.06

İdman və sağlamlıq

42 üzv, 84 topik

Uşaqları hansı yaşda idmana yönəldək?

İdman bir mədəniyyət olaraq edilməlidir. Övladınız hansı yaşda idmana başlamasından asılı olmayaraq mütləq sağlamlıq müayinəsindən keçməlidir. Bir mütəxəssisi tərəfindən müayinə edilən uşağın, əzələ və skelet sisteminin, seçim edilən idmanı etməyə uyğun olub olmadığına qərar verilməlidir. Əgər uşağınızın müəyyən bir sağlamlıq problemi varsa həkim tərəfindən müəyyən olunub, özünə uyğun olan idman növünün qərarlaşdırılması çox əhəmiyyətlidir.

Uşaqlıq dövründəki idmanlar oyuna istiqamətli olmalıdır. Uşaqlıq dövründə idmana başlayan kəslərlə, irəli yaşda idman etməyə başlayanlar arasında; fiziki, sosial, ruhi və şəxsiyyət inkişafına qədər hər sahədə fərqliliklər var.
Davamı →

Bakıda ilk “Wings for Life” yürüşünün hesabatı

Azərbaycanda ilk dəfə olaraq “Wings for Life” xeyriyyə qaçışı təşkil olundu. 7 may 2017-ci il saat 3-də Bakı Bulvarında olan bu yarış diqqətləri cəlb etdi.
maraqlı xeyriyyə aksiyasından görüntülər
“Onurğa beyninin travmalarının tədqiqatlarının inkişafına öz töhfəsini vermək və dünyada milyonlarla insanın həyatlarını yaxşılığa doğru dəyişdirmək üçün birləşib qaça bilməyənlər üçün qaçaq” devizi altında keçirilən tədbirə maraq gözlənildiyindən çox oldu. Bu sevindirici haldır ki, ölkəmizdə belə faydalı sosial eventlərə maraq yaranıb.
Davamı →

İdmanla məşğul olanların qida rejimi

Orqanizmin möhkəmlənməsi və enerji toplamaq baxımından “sağlam qidalanmaq” idmanla məşğul olanlar üçün çox əhəmiyyətli bir mövzudur.

Bəzi qidaların çoxluğu və ya əskikliyi fiziki performansınızda, inkişafınızda əhəmiyyətli rol oynayır. Bu səbəbdən idman edənlərin qidalanması sağlam, balanslı və müxtəlif olmalıdır.

Zülal əzələ inkişafını və yenilənməsini dəstəkləyir. Zülalı, ümumiyyətlə qırmızı ət, ağ ət, yumurta və balıqdan ala bilərsiniz.
Davamı →

Halqa ilə incəbel olun

İdman zalına getmədən ev şəraitində daha feminəl bədən quruluşuna sahib olmaq istəyirsən? O zaman halqa gözəl seçimdir! Adi halqa ilə belinizi incəldə, pres ilə isə onu möhkəmləndirə bilərsiniz. Bəs halqa ilə necə məşq etmək olar? Siz xanımlara bununla bağlı bəzi ipucları veririk. Başlamazdan əvvəl mühüm qaydaları bilməyiniz vacibdir:

 Məşq zamanı qarnınızı həmişə içəri yığılmış vəziyyətdə, əzələləri isə gərgin saxlayın.
 Aramla nəfəs alıb-verin.
 Halqa ilə məşq etdiyiniz zaman çalışın sabit dayanın, gəzməyin.
 Məşqə 10 dəqiqədən başlayaraq müddəti tədricən 30 dəqiqəyə qədər çatdırın.
 İlk halqanız hamar və yumşaq olmalıdır.

30 dəqiqə məşqdən sonra yorğunluğu aradan qaldırmaq üçün masaj edilmənizi tələb edən ağır halqaları sonraya saxlayın. Bütün bu qaydalardan sonra məşq prosessinə rahat başlamaq olar!
Davamı →

Əhvala uyğun idman

Təbii olaraq insan hər zaman eyni əhval-ruhiyyədə ola bilməz. Mütəmadi olaraq əhval-ruhiyyə dəyişə bilər. İnsan bəzən narahat, bəzən gərgin, həyəcanlı, əsəbi, stressli ola bilər. Bu halda əhval-ruhiyyənizi yaxşılaşdıran idman hərəkətləri sizə kömək ola bilər. İdman edərək əhval-ruhiyyənizi yüksəldə bilərsiniz.

Əsəbisinizsə — Kikboksinq
Əsəbinizi kalori yandıran kikboksa yönləndirin. Əsəbi olduqda bunun öhdəsindən gəlməyin ən yaxşı yolu kikboksla məşğul olmaqdır. Bütün əsəbi enerjinizi qum torbalarından çıxara bilərsiniz. Kikboks öyrənmək üçün isə xüsusi bir kursa da yazıla bilərsiniz.

Tələsirsinizsə — Ştanqqaldırma
Əgər kifayət qədər vaxtınız olmadığını görürsünüzsə, ştanq qaldırın. Bunun üçün bir az istilənmə hərəkətləri etdikdən sonra 3 dəqiqə ərzində ştanq qaldırın, 1 dəqiqə dincəlin və prosesi təkrarlayın. Beləcə, məhdud vaxtınızı dəyərləndirmiş olarsınız.
Davamı →

İncə bel üçün üç hərəkət

İncə belli olmaq demək olar ki, çoxumuzun arzusudur. Amma bu arzunu elə arzu olaraq saxlamaq da olmaz. Bəs bunun üçün nə etmək lazımdır deyə düşünürsünüzsə, bunun cavabı məqsədə doğru düzgün idman hərəkətləri etməkdir.

1. Dairəvi ayaq hərəkətləri
 Kürəyi üstə uzanıb sağ ayağınızı qaldırın yuxarı. Sonra dizinizi qarnınıza tərəf çəkin və ayağınızı yenidən düzəldin. Elə edin ki, ayaq barmağınız tavana doğru düz olsun. Barmaqlarınızla sanki tavana yumru dairələr çəkirsiniz. Bunu 10 dəfə sağ, 10 dəfə də sol ayağınızla edirsiniz. Bu hərəkəti edərkən qarın əzələlərinizi nəzarətdə saxlamalısınız və çalışmalısınız ki, böyük dairələr əvəzinə kiçik dairələr çəkəsiniz.

Davamı →

Bel çevrəsi üçün hərəkətlər

Alınan kilolar ya heç verilmir, ya da uzun məşqlərdən sonra nəticə verir. Xüsusilə bel bölgəsi ən çox şikayət edilən yağlanma bölgəsidir. Məşq və pəhriz, bu yağlardan xilas olmaq üçün müraciət edilən bir yoldur.

Bel və ətrafında yığılan yağları əritmək üçün hansı hərəkətlər edilməlidir?
Yerə üzü yuxarı uzanın. Əllərinizi 45 dərəcə bucaq altında qulaqlarınızın yanından irəliyə doğru uzadın. Düz uzatdığınız ayaqlarınızı yüngülcə əyin. Çiyinlərinizi başınıza doğru qaldırın. Hərəkəti dalba-dal təkrar edin. Stulda dik oturun və kürəyinizi stulun söykənmə yerinə tamamilə söykədin. Dizlərinizi növbə ilə çənənizə doğru qaldırıb, endirin. Dik oturma mövqeyini hərəkətə davam etdiyiniz müddət boyunca pozmayın. Bu hərəkətə yorulana qədər davam edin.
Davamı →

Kürək yağlarını əridən 7 hərəkət

Əsasən güzgüdə özümüzə baxdıqda daha çox görünən hissə ilə maraqlanırıq. Kürək hissəmiz isə diqqətdən kənar qalır. Amma kürək hissəsindəki yağları özünə dərd edən, büstqalterin bağlarından kənara çıxan yağları əritməyi qarşısına məqsəd qoyan xanımlar da var. Kürəkdəki yağları əritmək, kürək əzələlərini möhkəmlətmək təkcə estetik cəhətdən deyil, həm də, düz dayanmağınız üçün də çox vacibdir. Bunun üçün də hər gün 10 dəqiqə kürək əzələlərini möhkəmlətməyə, yağları əritməyə yönəlik idman hərəkətləri etsəniz, qısa zaman içində yaxşı nəticə əldə edəcəksiniz.

Barfiks
Kürək müxtəlif əzələlərdən ibarətdir. Bu əzələləri isə barfiks işlək hala gətirir. Barfiks bir növ turnik çəkmə hərəkətidir. Amma barfikslə əzələləri işlətmək bir az çətindir. Buna görə də xanımların çoxu barfikslə məşğul olmur. Normal barfiks hərəkəti əllərimizlə dirəkdən yapşırıq, amma ovuc çölə dönük şəkildə edilir. Ovuclar çölə dönük şəkildə olduqda barfiks çəkmək daha asandır. Lakin bu sizin üstü qol əzələlərinizi daha da gücə sala bilər.
Davamı →

Pilatesə başlamağınız üçün 14 səbəb

Pilates sadəcə formada qalmaq üçün edilən məşq deyil. Eyni zamanda əzələ sisteminin reabilitasiyası olaraq da qəbul edilir. Hamilələrdən tutmuş fiziki cəhətdən problemləri olan insanlara qədər geniş miqyasda edilə bilən məşqlərdir. Amma çox insan pilatesə başlamaq haqqında müəyyən qədər tərəddüd edir.

Buna görə də sizin üçün pilates haqqında kiçik araşdırma etdik və təqdim edəcəyimiz 14 səbəb sizi pilatesə başlamaq üçün ruhlandıra bilər. Qeyd edək ki, bu səbəblər az məlum olan amma bir o qədər də, vacibdir.

1. Unutmayın ki, pilates bütünlüklə bədəni bərabər şəkildə inkişaf etdirir. Mütəmadi olaraq işləyən əzələlər hər hərəkətdə formaya girir. Pilates hərəkətləri bədəndə olan assimmetrikliyi düzəldir.
Davamı →

İdmanın psixoloji faydaları

İdmanla məşğul olmaq uşaqların fizioloji və psixoloji sağlamlığı üçün çox faydalıdır. Buna görə də uşaqların əsasən də yeniyetməlik yaşında idmana yönləndirilməsi məsləhət görülür. Araşdırmalara görə idmanın nəinki insana fizioloji, eyni zamanda psixoloji faydası çoxdur. İdmanın aşağıdakı psixoloji faydaları var.

1. İdman etməyin uşağın özünə olan güvəninin, mənlik dəyərinin artmasına təsiri yüksəkdir. Tenis, üzgüçülük, basketbol və ya voleybol kimi idman növləri ilə məşğul olan uşaqlarda həmişə yeni fəaliyyət növlərini sınamağa maraq daha çox olur və bu yeniliklər uşağı heç vaxt qorxutmur.
Davamı →