Рейтинг
+23.61

Heyvanlar aləmi

42 üzv, 162 topik

Ən ağıllı heyvanlar


Planetin ən ağıllı heyvanının hansı olduğunu araşdıran tədqiqatda ilk yeri şimpanzelər tutmuşdur. Onların intellektual bacarıqları kifayət qədər uzun müddətdə insanları heyrətləndirməyi bacarmışdır. Onlar öz problemlərini özləri həll edə, jestlərin dilini öyrənərək insanlarla ünsiyyət zamanı istifadə edə bilərlər. Bu heyvanlar rəqəmlərin yadda saxlanılması testində insanları geridə qoyur. Onlar hətta adi riyazi tapşırıqları həll etmək üçün kompüterdən də istifadə edə bilirlər.
Ardı →

Boa ilanları

 Tutduğu qurbanları əzərək öldürən boa ilanları qurbanlarını nə qədər sıxacağını hiss edə bilir. Qurbanının ürək döyüntülərinin zəiflədiyini hiss edən boa ilanları ancaq ürək döyüntüsü dayandıqdan sonra qurbanlarını yeyir.
 İlanların davranışlarını analiz edən tədqiqatçılar boa ilanlarının zənn edildiyindən daha çox toxunma qavrayışına sahib olduqlarını müəyyən etdilər.
 Təxminən 30 il ömür sürən boa ilanları 4 metr uzunluğunda olur. Zəhərləri olmayan boa ilanları qurbanlarını kiçik, qarmağa bənzər dişləri ilə tutur və bədənlərini qurbanlarına dolayaraq əzirlər.
 Gəmiricilər, meymunlar və hətta çöl donuzları ilə qidalanan boa ilanlarının çənə sümükləri bir-birinə çox elastik bağlarla bağlandığı üçün qurbanını bütünlüklə udur.


Davamı →

Havada, quruda və suda sürətlə hərəkət edən heyvanlar

Havada sürtünmə daha azdır. Bu vəziyyət və möhtəşəm uçma qabiliyyətləri quşları planetdəki ən sürətli canlılar edir. Quşlar arasında ən sürətlisi isə təxminən qarğa böyüklüyündə olan şahinlərdir. Şahinlər xüsusi ovlama texnikaları ilə sürətlərini nümayiş etdirirlər. Bir şahin havaya yüksəldikdən sonra özündən aşağıda uçan ovunun üstünə saatda322 kmsürətlə şığıyır. Havadakı bu toqquşma nəticəsində ölümcül hala gətirdiyi ovunu pəncələri ilə birdən tutaraq ovlama əməliyyatını sona çatdırır.

Şübhəsiz, digər quşlarla müqayisə edildiyində havada rekord sürətə çatan bu quşun toqquşma yerini hesablaya bilməsi və ovunu havada tuta bilməsi təsadüfən meydana gələ bilməz. Bununla yanaşı, şahin həyatını davam etdirmək üçün ovunu çox uzaq məsafələrdən də görə bilməlidir. Bu da şahinin görmə gücünün insandan 7 dəfə artıq olmasını ifadə edir. Şahinlərin qüsursuz ovçu olmalarını təmin edən bu yaradılış möcüzəsi Allahın üstün yaratmasıdır.


Ardı →

Türklərin 4 min illik dostu

Ötən il Rusiya Zooloqlar Cəmiyyəti “ən mistik” və “Azadlığına ən çox bağlı heyvan hansıdır?” — deyə bir sorğu keçirdi. İlboyu davam edən və 5 ölkədən 10 min insan arasında keçirilən sorğunun yekunlarına görə, respondentlər canavarı nəinki ən mistik və azadlığına bağlı heyvan, həm də ən sirli varlıq kimi xarakterizə ediblər. Sorğu Azərbaycanı əhatə etməsə də, yəqin, siz də razılaşarsınız ki, eyni nəticəni bizdən də gözləmək olardı. Çünki istər folkloru, istər mədəniyyəti, istərsə də dini inancları bizim qədər canavarla bağlı olan çox az xalqa rast gəlmək mümkündür.

Ardı →

Arıların həyatı - erkək arıları gözləyən son

Arı ailəsində bütün arıların işi var. Təkcə erkək arılar istisnadır. Erkək arılar nə pətəyin qorunmasında, nə təmizliyində, nə də qida tədarükündə iştirak edərlər. Onların pətəkdəki yeganə funksiyaları ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa digər arılarda olan xüsusiyyətlərin demək olar ki, heç birinə sahib olmadıqlarından sadəcə ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.

Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış mövsümü bitdiyində işçi arılar erkək  arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar.


Ardı →

Ən güclü yaddaşa sahib Sidrquşu

İndiyə qədər təsbit edilmiş ən güclü yaddaşa sahib olan quş sidrquşudur. Bu quş Şimali Amerikada böyük qayalıqların, dağların  ətrafında və Böyük Kanyonda yaşayır. Onlar şam ağacının toxumları ilə qidalanırlar. Lakin bu toxumlar yalnız sentyabr ayının bir neçə həftəsi ərzində yeyilməli olur. Nəticə etibarilə, quş başqa həftələrdə qidalanmaq üçün tədarük görməlidir. Hər şeydən əvvəl toxumları gizlətmək üçün yer müəyyən edir. Bəzən müəyyən edilən yer şam ağaclarından 20 kmuzaqda olur. Sidrquşu ağaclardan topladığı toxumları gizlətmək məqsədilə bu toxumları yerə basdırır. Toxumu ilk cəhddə torpağa batırır və bəzən də işarə kimi toxumun basdırıldığı yerə kiçik bir daş qoyur.

Sidrquşu sentyabr ayının 3 həftəsi ərzində dayanmadan toxum toplayır. Çox möcüzəvidir ki, bu quş uçduğu zaman getdiyi yerləri, ağacları, qayaları, yamacları xatırlayır. Belə güman edilir ki, quş bütün bunları beynində canlandırdığı xəritəyə əlavə edir. Sidrquşu məhsuldar işlədiyi qısa zaman ərzində Böyük Kanyon ərazisinə yüzlərlə kilometr sahəyə 100 minə yaxın toxum basdırır. O, bu toxumların yerini əzbərləməlidir, çünki növbəti aylarda qidalanmaq üçün əzbərlədiyi xəritəsinə ehtiyacı olacaq. Əgər basdırdığı toxumların yerini xatırlamazsa, yaşaya bilməz. Amma bir problem də qalır. Qoyduğu işarələrin yerini ayrı-ayrı yadda saxlaması çətinləşir, çünki qar yağandan sonra görüntü tamamilə dəyişir. Yəni qar yağarkən qoyduğu işarələr də itir. Lakin bu vəziyyət quşu çaşdırmır və sidrquşu basdırdığı 100 minə yaxın toxumun 90%-ni tapır.
Məsələnin digər hikmətli tərəfi ondan ibarətdir ki, quşun tapa bilmədiyi toxumlar həm də ağacların say artımını təmin edir.


Davamı →

Nəsli tükənmiş heyvanlar

1. Yura dövrünün sonları (150 milyon il əvvəl) ilə pro-kalkoltik dövrünün sonu ( 6 milyon il əvvəl) arasında yaşayan T-Rex dünyada ən böyük ətyeyən heyvan olub. Təxminən 7 metr boyu və 4,7 ton çəkisi olan T-Rex güclü arxa ayaqları üzərində gəzirdi. Böyük quyruğu ilə müvazinətini saxlayırdı. Ən çox diqqət çəkən dinozavr növü kimi seçilir. Dişiləri erkəklərindən daha güclü idi və bir dişləmədə 250 qram sümüklü ət yeyə bilirdi.


Ardı →

Maraqlı məlumlatlar-2

Yarasalar bizim qan sistemimizi «görür. Yarasa -yeganə məməlidir ki, qanla qidalanır. Bu qastronomiya meylliliyi hissin qeyri-adi incə inkişafı ilə bağlıdır və yeri gəlmişkən bunun sayəsində yarasalar son dərəcə qeyri-estetik buruna sahibdir. Bu hiss heyvanlara sizin venalarınız (damarlarınız) üzrə qaçan qanı „görməyə“ icazə verir.


Ardı →