Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Köklü, darçınlı tort

Tərkibindəkilər:
4 yumurta
1 stəkan şəkər tozu
Yarım stəkan duru yağ
Yarım stəkan ilıq su
Aldığı qədər un
1 çay qaşığı darçın
1 stəkan rəndələnmiş kök
1 stəkana yaxın döyülmüş qoz
1 ədəd vanil
1 ədəd qabartma tozu

Krem üçün:
3 stəkan süd
2 yemək qaşığı un
1 yemək qaşığı nişasta
6 yemək qaşığı şəkərtozu
1 çay qaşığı kərəyağı
1 ədəd vanil


Ardı →

Yayla şorbası

Tərkibi:
4 stəkan qatıq
5 stəkan su
1 ədəd yumurta
3 xörək qaşığı un
Stəkanın 4/1-i qədər düyü
3 xörək qaşığı kərə yağı
1 yemək qaşığı quru nanə
(nanə nə qədər xırda olsa, o qədər yaxşıdır. Buna görə nanəni ovun)
Zövqə görə duz, istiot


Davamı →

Yalançı dolma

Yağlı qoyun əti ilə hazırlanmış yeməklər adətən təzyiqdən, mədə problemlərindən əziyyət çəkən şəxslər üçün kabusdur.

Təzyiq, mədə xorası, həzm sistemindəki pozğunluqlardan əziyyət çəkən şəxslər maksimum dərəcədə bu yemək növündən uzaq durmalıdır.

Eyni zamanda öd kisəsində daş olanlar da ehtiyatı əldən verməməlidirlər. “Lakin yeməyin tərkibini dəyişib, süfrəyə qatıqla birgə təqdim etdikdə həmin insanlar da dada bilərlər. Burada vacib məqam xəstəliyin hansı səviyyədə və hansı ağırlıq dərəcəsində olmasıdır.

Yeməyin tərkibini dəyişmək dedikdə isə qoyun ətinin mal əti ilə əvəzlənməsi və ya tamamilə istifadə olunmaması nəzərdə tutulur. Amma ümumilikdə, yemək təzyiqə təsir göstərməkdən daha çox həzm problemləri olan insanlarda çətinlik yarada bilir. Odur ki, həddi aşmamaqla bu ləzzətli milli təamdan hamı dada bilər”.

Yalançı dolmanın hazırlanma qaydası:
Yalançı dolmanın tərkibinə yumru duyu, quyruq, soğan, duz, istiot, nanə, şuyud, keşniş qatılır. Daha sonra əldə olunmuş içlik tənək yarpağına bükülür. Bu dolmanın hazır olma muddəti digərlərinə nisbətən daha tezdir. 


Davamı →

Quzu qabırğası dolması

Tərkibi:
1 ədəd sağ ön qol ilə birlikdə quzu qabırğası

İç ləvazimatlar:
2 stəkan yuyulmuş, süzülmüş düyü
1 stəkan qaynar su
4 yemək qaşığı zeytun yağı
300 qr təmizlənmiş quzu ciyəri (çox xırda doğranmış)
1 böyük quru soğan (doğranmış)
2 yemək qaşığı dolma fıstığı
2 xörək qaşığı quşüzümü (ilıq suda isladılmış)
1 çay qaşığı döyülmüş istiot
1 çay qaşığı darçın
1 çay qaşığı duz
1 çay qaşığı nanə

Üzəri üçün:
1 xörək qaşığı pomidor tomatı

1 stəkan su


Ardı →

İspanaqlı lazanya

Ərzaqlar:
İspanaq — 4 dəstə

Cəfəri və şuyud — 1 dəstə

Yaşıl soğan – 1 dəstə

Feta pendiri – 200 q.

Rikotto pendiri – 200 q.

Mosarella pendiri – 300 q.

Yumurta — 3 ədəd

Duz, istiot – zövqə gorə

Hazırlanması:
Lazanya üçün xəmir layları hazır qutularda satılır. Ona gorə xəmir yoğurmağa ehtiyac yoxdur. Layları qutuda necə yazılıbsa, dəqiqliklə qaynadılır, sonra isə soyuq suda yuyulur. İspanaq yuyulur, qaynar suya salınıb, 3-4 dəqiqə saxlanılır və suyu suzulur. İspanaq orta, goyərtilər, soğan xırda doğranılıb qarışdırılır. Pendirlər sürtgəcin xırda gözündən kecirilir.

Bunlar hamısı qarışdırılır, yumurta vurulur. Soba forması bitki yağı ilə yağlanır, lazanya qatı qoyulur, sonra ispanaqlı kütlə qoyulub yayılır, üzərindən mosarella pendiri səpilir. Yenidən bir qat lazanya qoyulur, sonra yenə içlik və pendir əlavə olunur. Beləcə üç qat düzülür. Üstə lazanya qoyulub, nazik qat pendir səpilir. 180 dərəcədə 30-40 dəqiqə bişirilir. Xama ilə yeyilə bilər.


Davamı →

Göbələk qəlyanaltısı

Tərkibi:
iri şampinyonlar — 10 dənə
pendir (holland pendiri) — 150 qr
xama — 2 xörək qaşığı
soğan — 1 baş
sarımsaq — 1 diş
duz, istiot (zövqə görə)
bitki yağı (tavaya çəkmək üçün)

Hazırlanması:
1. İri şampinyon göbələkləri seçirik. Onları yaxşı təmizləyirik, yuyuruq və quruduruq. Şampinyonların gövdəsini kəsirik və çay qaşığı ilə ehtiyatla oyuruq.

2. İçlik hazırlamaq üçün soğanı xırda kublar şəklində doğrayırıq və bitki yağında bir qədər qızardırıq. Daha sonra ora xırda doğranmış göbələklərin gövdələrini, duz, istiot, xırda doğranmış sarımsaq əlavə edirik və hazır olana kimi qızardırıq. Axırda xama əlavə edirik, yaxşı qarışdırıq və təxminən 1 dəqiqə ərzində qızardırıq.


Ardı →

Rizə küftəsi

Tərkibi:
300 q. qoyun əti  adambaşına
1 baş soğan
40 q. marqarin
20 q üzüm sirkəsi
100 q. şəkər
15 q. tamat-püre
25 q. keşniş və şüyüd
duz
istiot

Hazırlanması:
Qoyun əti soğanla birlidə ətçəkən maşından keçirilir.

Buna istiot və duz vurub qarışdırılır və 30 dəqiqə soyuq yerdə saxlanılır.

Sonra çəkilmiş ətdən xırda küftəciklər hazırlanaraq, yağ içində qızardılır.


Ardı →

Mürəbbəli piroq

Tərkibi:
Yumurta
350 q un
1 paket  yağı
1 stəkan şəkər tozu
0.5 çay qaşığı soda
Mürəbbə (qatı)

Hazırlanması:
Yumurta ilə şəkər tozunu çalırıq və yağla unu əlavə edirik.

Sodanı üzərinə səpirik. Xəmir yapışqan olmamalıdır. Əks halda un əlavə edin.


Ardı →

Balqabaq mürəbbəsi

İnqridientlər:
2 kq balqabaq (qabıqları soyulmuş, dilimlənmiş)
3 stəkan şəkər tozu
qoz ləpəsi

Hazırlanması:
Balqabaq dilimlərini bir qazana qoyun. Üzərinə şəkəri tökün və qazanın qapağını bağlayın. 1 gecə bu şəkildə gözlədin. Sabahısı gün az isdidə ara-ara nəzarət edərək öz suyu ilə bişirin. Aman diqqət edin dibi tutmasın.

Bişdikdən sonra, qazandakı  balqabaq dilimlərini soba qabına yerləşdirin. Qalan şərbətini üzərinə tökün. Üzərini folya ilə örtün və bu şəkildə sobaya verin. Daha ləzzətli olması üçün, bir müddət də sobada bişirin.

Balqabaq soyuduqdan sonra üzərinə qoz səpin və servis edin. Nuş olsun!


Davamı →

Meşə kababı

Tərkibi: 
400 qr dana qiyməsi
4 dilim çörək içi
1 yumurta
1 çay qaşığı sarıkök
1 çay qaşığı istiot
1 çay qaşığı duz
4 kartof
2 pomidor
2 ədəd bibər
1 tutam cəfəri
tomat
su

Hazırlanması:
Qiyməni yoğurun, sonra tavada qızardın. Kartofları da halqa-halqa doğrayıb azca qızardın. Kartof, kotlet, pomidor və bibərləri soba qabında sıra ilə düzüb 1 stəkan suya tomat, duz, istiotu qatıb üzərinə tökün. Sonda cəfəri gəzdirib sobada ətin üzəri qızarana kimi bişirin.

Nuş olsun!


Davamı →