Coğrafiya ilə bağlı maraqlı faktlar

— Vatikan dünyada yeganə dövlətdir ki, 1983-cü ildən bəri orada doğum halı qeydə alınmayıb.
— Las-Veqasdakı kazinoların heç birində saatlar quraşdırılmayıb.

— Dünyada məşhur olan Barbi kuklalarının sayı İtaliyada və Kanadada olan bu ölkə vətəndaşlarının sayından çoxdur.
— Buxarestdə parlament binasının tikintisi zamanı mərmərə o qədər böyük ehtiyac yaranıb ki, ölkədəki qəbir daşlarının hamısı digər materiallardan hazırlanıb.
— Londonun əsas sakinləri «Sent Teri le-Bou» kilsəsinin zənglərinin səsi eşidilən dairədə doğulanlar sayılır.

— Andorra dünyada yeganə ölkədir ki, orada poçt xidmətləri pulsuzdur.
— İngiltərədə ildə 12 milyon mobil telefon və 2 milyon televizor zibilliyə tullanır.
— Tombsoun şəhərində 18 yaşından yuxarı kişi və qadınlara qabaq dişlərindən biri olmadığı halda belə, gülümsəmək qadağan edilib.

— Saxara səhrasında yerləşən Teqazi şəhərində evlərin çoxunun divarları daş duzdan tikilir. Bu ərazi dünyada ən quraq ərazilərdən sayılır.
— İtaliyada Qərbi Avropanın mədəni dəyərlərinin 60 faizi cəmlənib. Hər bir italyan şəhəri açıq muzey kimi xarakterizə olunur.

— Evlərin nömrələnməsi qaydası ilk dəfə 18-ci əsrdə Londonda tətbiq olunub. Buna qədər evlər sahiblərinin adı ilə tanınıb.
— Fransada bir-birindən 60 metr aralıda iki qüllə ucaldılıb. Onların arasında bir dəfə qışqıranda 12 dəfə əks-səda eşitmək mümkündür.

— Tonka krallığı Okeaniyada yeganə monarxiyadır.
— Transsibir magistralını 3901 körpü kəsir.

— Filippin arxipelaqına 7107 ada daxildir.
— İranın bayrağında 22 dəfə «Allahu Əkğər» sözü yazılıb.

— Dünyanın 7 ən böyük dövlətinin ərazisi planetin quru hissəsinin yarısını tutur.
— Avropada 5 dövlət var ki, yalnız bir ölkə ilə quru sərhəddinə malikdir. Bunlar Portuqaliya, San-Marino, Danimarka, Vatikan və Monakodur.

— Toqoda qadına kompliment deyən kişi mütləq onunla evlənməlidir.
— Avropada bir dənə də olsun səhra yoxdur. Bu, sözügedən faktın mövcud olduğu yeganə qitədir.

Həmçinin bax: Çox maraqlı maktlar
 

7 şərh

Medikamentoz
Azərbaycan Şərqdə müxtəlif dini məzhəblərin tolerant yaşadığı yeganə dövlətdir. 
azadmamedov90
tolerant,nece din ve mezheb oldugu barede reqemsal nese var?
Medikamentoz
Dini qurumlar üzrə dövlət komissiyasına müraciət edin.Sizə daha ətraflı məlumat verəcəklər.
azadmamedov90
meni maraqlandirmir..sadece olaraq senin yazdigin barede sorusdum,dedim yeqin bilersen…
Medikamentoz
Maraqlandırsa idi linki buraya yerləşdirmək olardı,maraqlandırmırsa ok,maraqlandıran zaman Özün baxarsan.
azadmamedov90
cox ela maraqli faktlar, hele o odgum hadiseleri,insanlar qeribe sekilde yasayir, ve elave olaraq da tehsil barede bezi seylerde yazilsa idi ela olardi…
kay1
nece bloq yaratmaq olar