Coğrafi adlar nеcә yaranmışdır?

Dünya хәritәsinә baхarkәn yәqin ki, coğrafi adların әmәlә gәlmәsi ilә maraqlanmısınız.
Coğrafi adlar qәdim dövrdә, orta әsrlәrdә әmələ gәlmiş vә һazırda da әmәlә gәlir. Coğrafi adların yaranması tәsadüfi һadisә dеyildir, onlar cәmiyyәtin inkişafı vә Yеr kürәsi һaqqında insanların təsәvvürlәrinin gеnişlәnmәsi ilә әlaqәdar olaraq tәdricən mеydana gәlmişdir. Coğrafi adlar yaranan zaman müəyyәn mәnanı ifadә еtmişlәr, lakin sonralar bәzi coğrafi adların mәnası tariхdә unudulmuş vә tәһrif еdilmişdir. һazırda bеlә coğrafi adlar qalmaqdadır.
Davamı →

Qrafologiya

Qrafologiya sözü iki yunan sözünün: “gropho”- yazıram və “logos”- öyrənirəm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qrafologiya kəlməsini termin kimi ΧΙΧ əsrdə fransız abbat Mişon işlətmişdir.

Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik bir elm sahəsidir. Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Ona görə də qrafoloji analiz kompyuterləşdirilməmışdir. Yazının analizi müxtəlif metodlarla aparılsa da burda qrafoloqun həssaslığı çox vacibdir.

Qrafoloji analizdə insanın temperamenti, xarakteri, yazı yazdığı zaman psixo-fizioloji vəziyyəti haqqında, sosial mövqeyi haqqında və yazdığına münasibəti haqqında məlumatları əldə etmək olar.

Qrofoloji analiz bizə imkan verir ki, tədqiq olunanla ünsiyyətdə olmadan onun psixoloji portretini verək. Eyni zamanda qrafoloji analiz bizə imkan verir ki, tədqiq olunana gərəkli məlumatlar və məsləhətlər verək.


Ardı →

ABŞ prezidentləri haqqında faktlar

Corc Vaşinqton ata minməyi sevirdi. Lakin o minəcəyi atın bütünlüklə təmiz olmasını tələb edirdi və Vaşinqton hətta atın dişlərinin təmizliyini də yoxlayırdı.

Tomas Ceferson öz məzar daşının dizaynını özü yaradaraq onun üçün mətn də yazmışdı. Bu mətndə onun prezident olduğu qeyd olunmamışdı.

Con Kvinsi Adams sübh çağı tez-tez Potomak çayında çılpaq halda üzürdü. O demək olar ki, paltarlarını dəyişmirdi və 10 ildən artıq eyni kostyumu geyirdi.

Endryu Cekson sərt duel həvəskarı idi və duellərin birində o sinəsindən güllə yarası aldı. Cərrahlar çox cəhd etsələr də gülləni çıxarmaq mümkün olmadı və Cekson ömrünün sonuna kimi bədənində bu qurğuşun parçası ilə yaşadı.


Ardı →

Matador Alvora Munera

Bu foto matador Alvora Muneranın karyerasına son qoydu. Belə ki, yarışın son mərhələsində müvazinatını itirən Alvora yıxılır, öküzün ona yaxınlaşdığını gördükdə qorxulu sonun yaxışlaşdığını hiss edir. Lakin öküz ona heç nə etmir. Yarışdan sonra matador açıqlamasında belə deyir: "Öküz gözlərimin içinə baxırdı, bəli sadəcə baxırdı, hər heyvanda olduğu kimi onun gözlərində də məsumluq var idi, ürəyimdə ədalətin hıçqıraraq ağladığını eşitdim. Bəlkə də bağışlanardım, lakin etiraf edə bilmədim. Özümü dünyanın ən vəhşi məxluqu kimi hiss edirdim." Bundan sonra Alvora Munera hər çıxışında öküz yarışlarının əleyhinə olduğunu bildirir.
Ardı →

Coğrafiya ilə bağlı maraqlı faktlar

— Vatikan dünyada yeganə dövlətdir ki, 1983-cü ildən bəri orada doğum halı qeydə alınmayıb.
— Las-Veqasdakı kazinoların heç birində saatlar quraşdırılmayıb.

— Dünyada məşhur olan Barbi kuklalarının sayı İtaliyada və Kanadada olan bu ölkə vətəndaşlarının sayından çoxdur.
— Buxarestdə parlament binasının tikintisi zamanı mərmərə o qədər böyük ehtiyac yaranıb ki, ölkədəki qəbir daşlarının hamısı digər materiallardan hazırlanıb.
— Londonun əsas sakinləri «Sent Teri le-Bou» kilsəsinin zənglərinin səsi eşidilən dairədə doğulanlar sayılır.
Ardı →

Çanaqqalada İlahi güc...

Çanaqqala savaşı zamani düsmen donanmalari şiddetli hücuma keçir. Tepedeki top heyyetinde hami vurulmusdu, Yalniz Hesen adlı tek esger yaşayirdi. Donanmanin en güclü ve suretli gemisi mehv edilse üstünluk türkler terefe keçe bilerdi. Hesen… tekbaşina 270kq olan top mermisin tekce tepeye qaldirir ve gemini vurur. Bununla savaşda donus yaranir. Hamini heyretlendiren bu hadiseden sonra ondan tekrar mermini qaldirmagin isteyirler. Lakin esger onu yerden qaldira bilmir…
Davamı →

Meymunlar üzərində maraqlı təcrübə

Bir qrup elm adamı 5 meymunu bir qəfəsin içinə salır. Həmin qəfəsdə  üzərində banan olan bir nərdivan yerləşdirilir. Nə zaman meymunlardan biri bananları götürmək üçün nərdivana dırmaşmağa qalxsa elm adamları digər meymunları soyuq suyla isladır. Bir müddət sonra nə vaxt meymunlardan biri nərdivana dırmaşmağa qalxsa digər meymunlar onu döyməyə başlayır. Aradan bir az daha vaxt ötür və nərdivandakı bananlar nə qədər cazibədar olsada meymunlardan heç birisi nərdivana dırmaşmağa cəsarət etmir.
Ardı →