Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 805 topik

35 qəribə fobiya


 (Cəmiyyətimizdə də bu cür fobiyaları olan insanlar var, oxuyun dostlar!)

1. akribofobiya — oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu
2. araxibutirofobiya — qoz (və ya araxis) yağının yumşaq səmaya yapışacağından qorxu
3. aulofobiya — fleytadan qorxu
4. bibliofobiya — kitabxanalardan qorxu
5. verbofobiya — sözlərdən qorxu
6. qadiofobiya (ierofobiya) — ziyarətgah və ruhanilərdən qorxu
7. hidrozofobiya — tərləməkdən qorxu
8. qrafofobiya — əllə yazmaq (vəya yazı ləvazimatlarını ələ götürmək) qorxusu
9. deypnofobiya — nahar zamanı (əsnasında) danışmaq qorxusu
10. dikefobiya — ədalətdən qorxmaq
Ardı →

Ayaqyolunun tarixcəsi

Fransızlar niyə çətir və yelpik gəzdirirdilər?
Haqlı olaraq deyirlər ki, şüurlu insanların tarixi əlinə ilk ağac ala bilən insandan deyil, tualeti ilk tikən insandan başlayır.
Biz həmişə çətir və yelpiyi görəndə ilk olaraq fransız madam və mademuazelləri xatırlayırıq. Çünki orta əsrlərə aid ədəbiyyatlarda və rəsm əsərlərində çətir və yelpik fransız qadınların simasında avropalı feminanın başlıca aksessuarı sayılıb. Bilməyənlərə yəqin elə gəlir ki, çətir yağış və günəşdən, yelpik isə istidən qorunmaq məqsədilə orta əsr Avropa qadını tərəfindən hər yerə daşınırdı. 

İlk baxışda bir-birinə qətiyyən aid olmayan iki fərqli məfhumu – çətir və tualeti bir araya gətirərək isbat etməyə çalışacağıq ki, bunların biri o birini heç də inkar etmir və parisli xanımların çətir sevgisinin əsl səbəbi nədir. Bu absurd qoşalaşdırmaya bizi orta əsrlərin və müasir dünyanın ən mədəni xalqlarından biri sayılan fransızlar vadar edib. Və çətirdən aidiyyatı üzrə istifadə edilməməsinin səbəbini açmaq üçün bizi tualetin tarixinə nəzər salmağa yönləndirib. 

Oturacaqlı tualetin eramızdan 2600 il əvvəl şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılıb. Eramızdan əvvəl 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında rast gəlinir. 
Ardı →

Göbək rəqsi

Sovet İttifaqının dağılması ilə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr bərpa olundu. Yəqin ki, bugünkü mədəniyyətimizin formalaşmasında Türkiyənin müstəsna xidməti olub yazsam, kimsə buna irad tutmaz. 

Müstəqilliyin ilk illərində Türkiyə kanalları və onların gətirdiyi yeniliklər bəzən bizləri ciddi şəkildə təəccübləndirirdi. Hətta həmin illərdə Türkiyə kanallarına baxmağı qadağan edən ataların sayı da az deyildi. Müxtəsər, “dansöz” olaraq ifadə etdiyimiz, göbəkatanlar da həmin vaxtlarda Azərbaycan seyrçisini “təəccübləndirənlər” və qadağan olunanlar arasında idi. 

Açığı, hələ də Azərbaycanda bu “dansöz”lərə ailə ilə birlikdə tamaşa edənlərin sayı çox azdır. Yəni uzun müddət İslam aləmində və qardaş Türkiyədə yaşamasına baxmayaraq, sovet əxlaqının formalaşdırdığı mühafizəkar mədəniyyətimizə doğmalaşa bilmədi. Amma fakt budur ki, bü gün Tükiyədə və İslam dünyasında “dansöz” var. Gəlin birlikdə onların kimlər olduğunu və hardan gəlib hara getdiklərini öyrənək. Amma əvvəlcə onu qeyd edək ki, göbək rəqsinin ifaçılarına “rəqqasə” və ya “rəqqas” yazsaq, bu milli rəqslərimizin ifaçılarına hörmətsizlik ola bilər. Ona görə də “dansöz” sözünü orijinalda olduğu kimi saxlamağa qərar verdik.

“Dansöz” (fransız dilində “danseuse” – “rəqqasə”) türkcədə oriyental rəqs (göbək rəqsi) edən qadınlar üçün istifadə edilən addır. Osmanlıda onlara “çengi” deyilirdi, amma bu söz artıq istifadə edilmir.

Oriyental rəqsin vətəni Yaxın Şərqdir. Bu rəqsə ərəbcə «rəqs Şərqi» (“Şərqin rəqsi”) və ya «rəqs baladi» (“xalq rəqsi”) deyirlər. Oriyental rəqqasələr İslam cəmiyyətlərinin namus anlayışına, geyim və ənənəvi rəqslərindən kəskin şəkildə fərqləndiyi üçün onlar erotik səhnələr nümayiş etdirən striptiz rəqsçlər kimi qəbul olunurdular. Elə buna görə də İslam əxlaqının formalaşmasından sonra bu işi professional səviyyədə həyata keçirmək istəyənlərin sayı müsəlman ölkələrdə azaldı, əvəzində Avropa ölkələrində bu say getdikcə artmağa başladı. 
Ardı →

Falçı, falıma bir də bax...

Falçı Mehri nənə: «Qız yapışıb, oğlan da onu almayıb, ona görə, nəfsi qalıb üstündə»

İnsanın başına bədbəxt, pis hadisələr gələn zaman o, pessimistliyə qapılır. İşlərinin düzgün getməməsi, evdə olan problemlər, münasibətlərdə gərginlik bir çox insanları yanlış fikrə sövq edir. Çıxılmaz, çarəsiz vəziyyətdə olduğunu düşünən insanlar son ümid yeri olaraq falçı, baxıcı, molla qapılarına üz tuturlar.

   İslam dininə görə, falçıya gedən, cadu etdirən insan Allaha şərik qoşmuş olur. Belə ki, falçıya, cadugərə, kahinə gedərək onların söylədiklərinə inanan Qurani Kərimə inanmamış olur. Falçıya fal baxdıranın, onun sözünə inanmasa belə, 40 gün namazı qəbul olmaz.

   Falçı Mehri uzun illərdir ki, bu sənətin sahibidir. Uzun illər falçılıqla məşğul olsa da, özünə bir şərait yarada bilməyən qadın «Gənclik» metrostansiyası yaxınlığında yerləşən yataqxanada yaşayır. Əvvəlcə onu deyək ki, bu falçı fala kofe ilə baxır. Xidmətin qiyməti isə 5 manatdır. Falçının qəbulunda olan əməkdaşlarımız orada gördüklərini, eşitdiklərini qələmə alıblar.

   Əməkdaşımız yaxınlaşıb, bir fincan qəhvəsini içdikdən sonra falçı söhbətə başladı:

   — Sənin ürəyində məhəbbətin, məhəbbətdə mehrin var. Məktəb illərində «R» hərfi ilə başlayan danışdığın oğlan olmuyub ki? Qara oğlan olub, səndən arıq olub.


Ardı →

Roma imperatoru IV Karlın həyatından maraqlı fakt

Roma imperatoru IV Karl 4 rəqəmini çox sevirmiş. Onun hakimiyyəti dövründə Romanın 4 paytaxtı, hər paytaxtda 4 knyaz var imiş. Karlın 4 sarayı, hər sarayda 4 qapı, 4 pəncərə, 4 stol, 4 çıraq var imiş.

IV Karl başına 4 metal ərintisindən ibarət olan dördkünc tac qoyarmış. O imperiyanı 4 hissəyə, ordunu 4 yerə bölmüşdü.

Həmişə 4 atlı karetaya minərdi. O, 4 rəngli paltar geyər, 4 dil bilərmiş.

Karl gündə 4 dəfə nahar edər, 4 cür yümək yeyər, 4 cür şərab içərmiş.

O, 4 dəfə evlənib.Onun həyat yoldaşları :

1) Blanche (1316 — 1348),

2)  Anna (Bavyera) (1329–1353)

3) Anna von Schweidnitz  (1339–1362)

4) Elizabeth (Pomerania)  (1345 ya 1347–1393).

IV Karl vəfat edəndə yanında 4 həkim, 4 keşiş olub. Hər keşiş onun 4 vəsiyyətindən birini yazıb.

Nəhayət, IV Karl 1378 — ci ildə 29 noyabr saat 4-də vəfat edib.

 


Davamı →

Velosipedin tarixi

1817-ci ildə Baron fon Drays tərəfindən ixtira edilən ilk velosipedVelosiped — (fransızca vélocipède “tez ayaq” deməkdir) əksər hallarda iki təkərə malik, əzələ qüvvəsi ilə pedalla hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici təkan nəticəsində velosipeddə hərəkət etmək mümkündür. Velosiped tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsul hesab olunur. Hazırda dünyada yarım milyarda qədər velosiped mövcuddur. Kiçik ölçüsü, aşağı qiyməti və yanacağa ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının əsas səbəblərindəndir.
 
Dünyada velosipedin tarixi 500 il bundan əvvəl Leonardo da Vinçinin velosiped şəklini təsvir etməsi ilə başlayır.
 
Mülahizələrə görə, velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla da başqa nəqliyyat vasitələrinin inkişafına ehiyac yaranması ilə stimullaşdırılmışdır. Ilk velosipedin görünüşü müasir velosipedlərdən tamami ilə fərqlənirdi. Almaniyanın Mahhaym şəhərində yaşayan Baron fon Drays tərəfindən ilk velosiped 1817-ci ildə ixtira edilmişdir. Bu idarə olunan velosiped olub, demək olar ki tamami ilə taxtadan düzəldilmiş, lakin pedallara malik olmayan bir velosiped olmuşdur. Velosipedin ilk modeli yoxuşlu küçələrdən aşağı düşmək üçün ayaqları yerə dirəyib təkan verərək hərəkətə gətirilirdi. Bu tip velospiedlərin rekord sürəti 15 s/km çox olmurdu.

Lakin bütün bunlara baxmayaraq ilk velosipedlərin populyarlıq qazanmasına hələ çox qalmışdı. Çünki velosipedin ilk ixtirasında iki əhəmiyyətli element nəzərə alınmamışdı. Bunlardan biri velosipedin pedalları 1861-ci ildə ilk öncə qabaq təkərlərə taxılmış, 1888-ci ildə isə pedallar arxa təkəri hərəkətə gətirən zəncir ilə birlikdə bərkidilmişdir. 1842-ci ildə velosipedlərin təkərlərinə rezin şinlər taxmaq ideyası ortalığa çıxanda artıq velospedlərin görünüşü müasir formaya düşmüşdür.
 


Ardı →

Eyfel qülləsi belə ucaldıldı

Eyfel qülləsi 1887-1889-cu illər arasında Gustave Eiffelin firması tərəfindən, Fransa İnqilabının 100-cü ildönümü çərçivəsində tikilib. Əslində qüllənin memarı Gustave Eiffel deyil, isveçrəli Maurice Koechlinin sifarişi vasitəsiylə hazırlayan Stephen Sauvestredir. Həmkarı Emile Nouguier ilə birgə ilk dizaynları hazırlayıblar.

Qüllənin 7.739.401 frank 31 sentə başa gələn inşaat xərcləri, Gustave Eiffelin hesablamalarından 1 milyon frank artıqdır. 1889-cu ildəki açılış tarixdən əvvəlki 5 ayda 1,9 milyon ziyarətçisi oldu və ilin sonuna qədər çəkilən xərcin 3/4-ü çıxarıldı. Bununla da, Eyfel qülləsi elə ilk gündən qazanc gətirən şirkət imicini qazandı.

3000 fəhlə 26 ay ərzində 18.038 ədəd dəmir parçasını 2,5 milyon pərçimlə bir yerə topladı. Heç bir ölüm hadisəsi baş vermədi.

Qüllə hündürlüyünə görə Paris sakinlərinin diqqətini özünə çıəkirdi. Bəziləri onu nəhəng bir küçə lampasına bənzədirdi, bəziləri isə fabrik bacası kimi Parisin vizual görüntüsünü korlayacağını iddia edirdilər.

Bu gün isə Eyfel qülləsi dünyanın ən gözəl arxitektura strukturlarından biri kimi qəbul edilir. Parislilər onu «Dəmir qadın» adlandırırlar.

İlk əvvəl Eiffel qülləyə yalnız 20 il üçün icazə aldı. Buna görə də 1909-cu ildə qüllənin sökülməsi lazım idi. Ancaq qüllə rabitə üçün çox uyğun hündürlüyə ucaldığından və yeni əsrdə Atlantik okeanının digər sahili ilə əlaqəyə imkan yaratdığından, qalmasına icazə verildi.

Eyfel qülləsi 300 metr hündürlüyə malikdir. Zirvəsindəki televiziya ötürücüləri ona daha 27 metr hündürlük qazandırar. İndiki zamanda geniş şəkildə istifadə edilən polad əvəzinə dəmirdən tikildi və xüsusi texnikalar sayəsində günümüzə qədər möhkəm qaldı.


Ardı →

Qafqaz, Gitara, Fındık, Qardaş, Musiqi | Kəlməbaz

Qafqaz

“Qafqaz” adına ilk dəfə e.ə. VI—V əsrlədəki qədim yunan müəlliflərinin əsərlərində — Esxilin “Zəncirlənmiş Prometey”ində və Herodotunmətnlərində rast gəlinir. Kəlmənin mənşəyi haqqında müxtəlif iddilar mövcud olsa da, onlardan ən qədimi77-ci ildə Plininin “Təbii tarix” əsərində verilmişdir. Müəllif kitabında “Qafqaz” sözünün skif dilində “parlaq buzlu, qarlı” mənasındakı “krou-khasis” kəlməsindən törədiyini bildirir.

Azərbaycan əfsanələrində Elbrus dağının qədim adı Qaf dağı kimi qeyd olunur və dar anında insanların imdadına çatan Simurq quşu da burada yaşayır.


Ardı →

Dünyanın ən tanınmış varlı cütlükləri

1.Gizel Bündhen və Tom Bredi
Braziliyalı model Gizel Bündhen və amerikalı idmançı əri Tom Bredi dünyanın ən varlı cütlüyü seçiliblər. Jurnalın yazdığına görə, cütlük bir ildə 76 milyon dollar qazanıb. Bunun 45 milyonun Bündhen, 31 milyonun Bredinin əməyinin nəticəsidir.

2.Jay-Z və Beyonce 
Reper Jay-Z və müğənni Beyonce birincilərdən cəmi 4 milyon az qazancla ikinci yeri tutublar. Məbləğin 37 milyonu Jay-Z-nin, 35 milyonu Beyoncenin payıdır.

3.Ancelina Coli və Bred Pitt
Ən tanınmış cütlük “Brancelina” bir ilə cəmi 50 milyon dollar qazana biliblər. Bu il aktyorlar üçün o qədər də qazanclı il olmayıb. 

4.Devid və Viktoriya Bekhem
“DVB” brendinin yaradıcıları futbolçu Devid Bekhem və müğənni Viktoriya Bekhem 45 milyon dollar əldə ediblər. 

5.Robert Pattinson və Kristen Stüard
“Alatoranlıq” filminin ulduzları Pattinson və Stüard eyni qədər qazanaraq 40 milyon əldə ediblər.  
Davamı →

Maraqlı faktlar

1. Timsahın dili damağına birləşik olur.
2. Kenquri quyruğu yerə dəymədən tullana bilmir.
3. Bir erkək kəpənək bir dişi kəpənəyi 7 mil məsafədən hiss edir, qoxusunu duyur.
4. Köstəbək bir gecədə 250 addımlıq bir tuneli qaza bilir.
5. Yerfındığında heç bir noxud və ya fındıq yoxdur.
6. Bayquşların qrupu, toplusu parlament adlandırılır.
7. Siçovul susuz dəvədən daha dözümlüdür 
8. Gəmiricilərin dişləri daima böyüyür. 
9. Səudiyyə Ərəbistanı qadını boşanma hüququ ala bilər,Əgər onun əri onun qəhvəsini vermirsə. 
10. Köpək balığı tökülmüş dişlərini bir həftəyə bərpa edə bilər. 
11. İlbizin təxminən 25000 dişi var. 
12. Təxminən 300 milyon hüceyrə hər dəqiqə bədənimizdə ölür.
13. Təxminən 3000 il əvvəl əksər misirli 30 yaşına kimi ölürdü. 
14. Dünyadakı canlı orqanizmlərin təxminən 70% -i bakteriyalardır. 
15. Yer planetindəki bitki həyatının 85%-i okeanlardadır. 
16. Avstraliyadakı soxulcan növləri 10 ayaq uzunluğuna kimi böyüyür.
17. Dəniz ulduzu tərs üzünə dönə bilir. 

Ardı →