Рейтинг
+104.97

Psixologiya

111 üzv, 651 topik

Birini sevsən sərbəst burax...

1.Pessimist- getmək istəyəni burax getsin. Sənə qayıdarsa sənindir. Hələ də qayıtmasını gözləyirsənsə heç bir zaman sənin olmamışdır.
2.Optimist- getmək istəyəni burax getsin. Üzülmə geri dönəcəkdir.
3.Şübhəçi- getmək istəyəni burax getsin. Lakin onu izləməsi üçün birini tap.
4.Qərarlı- getmək istəyəni burax getsin. Geri qayıdarsa sənindir, qayıtmazsa get geri qaytar.
5.Ovçu- getmək istəyəni burax getsin. Qayıtmasını gözləmə, get və onu vur.
6.Boşvermiş- getmək istəyəni burax getsin. Dönməzsə unut getsin.
7.Səbrli- getmək istəyəni burax getsin. Geri dönənə qədər gözlə.
8.Paranoyak- o getmədən əvvəl sən get.
9.Faşist- getmək istəyəni burax getsin. Geri gəlməzsə vur. Mən gedib də dönməzsəm məni də vur.
10.Statistikçi- getmək istəyəni burax getsin. Geri dönmə ehtimalı yüksəkdir. Qayıtmazsa münasibətiniz alınmayacaq deməkdir.
11.Hüquqçu- getmək istəyəni burax getsin. Səyahət sərbəstliyi onun haqqıdır.
12.Bill Gates- getmək istəyəni burax getsin. Geri dönərsə yenidən yükləmə ödənişi alar, ona səni «up grade» etdik deyərik.
13.Hər zaman itirənlər- getmək istəyəni burax getsin. Onsuzda dönməyəcək. Sən də onun barəsində pis bir hekayə uydurarsan.

Məni soruşacaq olsanız özümü «qərarlı»ya daha yaxın hesab etdiyimi yaza bilərəm. Bəs siz özünüzü hansına yaxın bilirsiniz?


Davamı →

Gülüşümüz xarakterimizi göstərir

Dahi filosof Aristotel hesab edirdi ki, insanın xarakterini təkcə üzünə görə yox, həm də gülüşünə görə müəyyən etmək olar. Qoy sizin də kiminsə gülüş tərzini müşahidəniz onu daha yaxşı anlamağa və xarakterini öyrənməyinizə kömək etsin. Bir qayda olaraq, gülüşün səsi və tembri sait səslərlə müəyyən edilir. Demə,bizim bütün «hi-hi-hi» və «ha-ha-ha»larımızı gülüşümüzdə hansı saitin çoxluğundan asılı olaraq  rahatca açmaq olar.  Psixoloqlar təsdiq edirlər ki, bu üsulla insanın emosiyaları, onun səmimiyyəti barədə çox şey öyrənmək mümkünür.

«A» saitli (ha-ha) gülüş açıq, loyal, fəal, bəzən isə qeyri-sabit insanlara məxsusdur. Ürəkdən gələn bu gülüş coşqun sevinci ifadə edir, səsi kənara yayır. Şənlənən və nə özünə, nə də ətrafdakılara nəyi isə sübüt etmək istəməyən adamlar bu sayaq gülürlər. «A» saitli gülüş ən səmimi gülüş  hesab edilir.


Ardı →

Gizli istedadınız var?

Psixoloqlar iddia edir ki, hər uşaq dahidir. Vunderkind heç də qeyri-adi bir insan deyil, sadəcə, bəzi valideynlər övladının hər bir bacarığını görür və buna önəm verir, bəziləri isə əksinə, ona gülür və əhəmiyyət vermir. Nəticə etibarilə ailədə qayğı görən uşaqlar dahi olur, diqqətsizliklə üzləşənlər isə təslim olur və onlarda kompleks yaranmağa başlayır. İstedadı inkişaf etdirmədikcə o, yaddan çıxır, yada düşəndə isə artıq müəyyən yaşa çatmış insanlar utanmağa başlayır. Bəs sizin gizli istedadınız var? Onlar sizə yardım edir, yoxsa mane olur? Bu suallara test vasitəsilə cavab tapmağa çalışın.
Ardı →

İnsanın əl yazısı onun kimliyindən xəbər verir

Üç min il əvvəl Çinlilər tərəfindən yaradılan və bir çox mədəniyyət, sivilizasiya tərəfindən qəbul edilən əl yazısı elmi (qrafalogiya), bu gün dünyada firmaların işçi götürərkən istifadə etdiyi ən yaxşı üsul olaraq qiymətləndirilir.

Qrafologiya elmi insanın xarakterini, davranışlarını, istəklərini tapmaqda və insanın kimiliyinin analizində ən etibarlı vasitə sayılır.

Əl yazısı insanın iqtisadi mənşəyini, yaşayışını, həyatdakı mövqeyini və təhsilini əks etdirir. Fransa kimi ölkələrdə şirkətlərin 80 faizi iş görüşlərində əl yazısı vasitəsi ilə kadırın kimliyini təhlil edirlər. Əl yazısıyla insanın xarakterini öyrənmək xalqdan xalqa, insandan insana fərq edir.

Mütəxəssis bir qrafoloq bildirib ki, hansı xalqın nümayəndəsi olursa olsun, hansı dildə yazırsa yazsın, mən onun düşüncələrini əl yazısıyla kağız üzərinə əks olunan proyeksiyalarını oxuya bilirəm.

Qrafalogiyada ən azı 300 fərqli əl yazısı nümunəsindən istifadə edilir. Lakin yenə də dəyişməyən və təməl olaraq xarakterizə edilən müəyyən bəzi qaydalar var.


Ardı →

Ailədə yaş fərqi nə qədər olmalıdır?

Ailə həyatı qurarkən tərəflər hər şeydən çox, yaşa diqqət yetirməlidirlər 
Günümüzdə evlilik və sevgi münasibətlərində qadın və kişi arasında olan yaş fərqinə böyük diqqət verilir. «Yaşa deyil, sevgiyə önəm veririk», "Əsas olan sevgidir", «Sevdikdən sonra yaş fərqi problem yaratmır», «Yaşın nə fərqi var ki?» deyib özlərindən yaşca çox kiçik və çox böyük insanlarla münasibətə girənlər kifayət qədərdir. Bəziləri isə yaş fərqini önəmli hesab edir, eşqin bir neçə ildən sonra bitdiyini və insanların yaş fərqinə görə uyğunsuzluq içərisində ailə kimi çox yaşaya bilmədiklərini düşünürlər.

Çox zaman insanlar münasibətə girərkən fərdlər arasındakı yaş fərqinin bir-birinə yaxın olmasına çalışırlar. Belə hesab edilir ki, fərdlər əvvəlcə münasibətə girdikləri zamanı gözlərini sevgi «kor» etdiyi üçün gələcəkdə yaşanıla biləcək problemləri nəzərə almırlar. Lakin zamanla o həyəcan keçdiyi və problemlər özünü göstərdiyi üçün münasibətlər soyumağa başalyır.

29 yaşlı Azərin İbrahimova 10 il əvvəl özündən 16 yaş böyük olan biri ilə ailə həyatı qurub. İlk illər özünü xoşbəxt hiss etsə də, sonradan ailədə problemlər yaranmağa başlayıb. «Mənə deyirdilər „ay qız, şükür elə, qocaya gedən quyruq yeyər“, mən də bu deyimə inanırdım. Yoldaşım uzun illər Rusiyada çalışmış biri idi, yaxşı imkanı var idi. Nə istəsəm, edirdi. Amma 3 il sonra hər şey mənasızlaşdı. Bir oğlumla mən az qala çörəyə möhtac idik. Mən vəziyyəti ailəmə danışdım, onun bizə baxmadığını dedim. Söz-söhbət böyüdü. Məni döyüb „yəqin, başqasını tapmısan“ dedi».
Ardı →

Psixoloji yaş

Uzun və firavan həyat keçirən məşhur psixoloq Karl Rodcers, özü haqqında bunları demişdi: Uşaq olanda mən zəif və xəstə uşaq idim. Atam bu səbəbdən deyirdi ki, mən çox gənc yaşda öləcəm. Bu həm yanlış, həm də düzgün fikir oldu — indi mənim 75 yaşım var. Lakin mən özümü çox gənc his edirəm və ümüd edirəm ki heç vaxt yaşlanmıyacağam.

Yəqin ki, siz də bəzən fiziki cəhətdən yaşlı, lakin daxilən çox gənc qalan insanlara rast gəlirsiniz. Xroniki yaş o qədər də önəml deyil, əsas insanın daxili yaşı önəm daşıyır. Bu səbəbdən sizin daxili yaşınızı təyin etmək üçün, sizə psixoloji test təqdim edəcəyik.
Aşağıdakı hər fikirlə nə qədər razı olduğunuzu qiymətləndirin, balları toplayın:
  • 4 bal — siz fikirlə tamamilə razısınız
  • 3 bal — siz qismən razısınız
  • 2 bal — siz tam olaraq razı deyilsiniz
  • 1 bal — tamamilə bu fikirə qarşısınız

— Fikrimcə, mənim çox yaxşı yumor hissim var.

— Mənim yaxşı intuisyam var, mən hər zaman başqa insanların nə nəzərdə tutduğunu anlayıram.

— Ümid edirəm ki, məni gələcəkdə gözəl şeylər gözləyir.

— Fikrimcə, mənimlə ünsiyyət qurmaq insanların xoşuna gəlir.

— Mənə bəzəməyən, mənimlə müqayisədə fikirləri, düşüncə tərzi fərqli olan insan belə, mənim xoşuma gələ bilər.

— Mən uşaqları sevirəm.

— Fərqli tapşırıqları yerinə yetirmək xoşuma gəlir.

— Hər hansısa bir işi yernə yetirərkən, mən onu yaxşı etmək üçün üsullar axtarıram.

— Fərqli hadisələrin səbəbləri ilə maraqlaıram.

— İşdən başqa mənim çoxlu və fərqli məşğuliyyətlərim var.

— İstənilən dəyişkliyi, yaxşı tərəfdən qəbul etməyə çalışram.

— Mənim işim insanlara xeyir verir.

— Mən bəzən arzu etməyi, xəyal qurmağı sevirəm.

— Sevdiyim musiqi mənim əhvalımı qaldırır.

— Yeni fikirləri maraqla qarşılayıram.

— Bir qayda olaraq mən çətinliklərlə və manelərlə qarşılaşanda təslim olmuram.

— Uğurlu zarafatlara ürəkdən gülə bilərəm.

— Məxfi fikirlərmi bölüşəcəyim insan var.

— Fiziki aktivlikdən həzz alıram.

— Yeni insanlarla tanış olmağı sevirəm.

— Bilmədiyim və bacarmadığım işlərlə məşğul olmaq istərdim.

— Mən hər zaman cazibədar görünməyə çalışıram və bu məndə alınır.

— Kiçik xoşagəlməz şeylərə imkan vermərəm ki, məni sıxıntıya qərq etsin.

— Yaşadığım dövran xoşuma gəlir.

— Düşünürəm ki, öz bacarığmı tam göstərmək üçün, daha çox şərait olacaq.

Əgər siz 75 bal toplamısınızsa, doğum tarixinizdən asılı olmayaraq, siz özünə inam və həyat gücü ilə dolusunuz. Siz ünsiyyətcil, optimist və xoşməramlı insansınız. Siz gec qocalacaqsınız.

50-75 bal. Müdrik olmanız üçün, siz bu yolda gəncliynizdən bir çox qurbanlar vermisiniz. Qayğı və stress sizin sevinmənizi azaldıb, lakin sizə ciddiliyi və məsuliyyəti öyrədib. Siz ortayaşlısınz. Lakin, biraz gümrahlıq və optimizim sizə mane olmaz.

Azı 30 bal. Bu qrup insanlar elə insanlardı ki, onlar hər şeyi görüb-götürüb, çox sınaqdan keçib və hər şeyin dəyərini bilirlər. Sizə elə gəlir ki, bu qayğı erkən formalaşıb? Axı həyatda daha çox şey görmək –götürmək, bilmək olar.



Tərcümə etdi: Orucova İlahə
Davamı →

Dostluq

Dostluq həyatın ən gözəl anlamıdır.O qədər dəyərli bir münasibətdir ki...Sözlərlə anladılması çətindir.Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır.Dostlarınla gözəl münasibət qur.

Dünyada eyibsiz adam ola bilməz,lakin sən mərd ol,mərd adamda çox da nöqsan olmaz.Namərdlə dostluq etmə,namərd dostdan xeyir gəlməz.Badə dostlarını dost hesab etmə,çünki onlar qədəhi üstün tuturlar,səni yox.Dostun yaxşısı da olar,pisi də,hər ikisi ilə dostluq et,yaxşıları ilə ürəkdən dostluq et,pisləri ilə dildə dost ol.Beləliklə,hər iki tərəfin dostluğu təmin edilmiş olar.Ehtiyac həmişə yaxşı dostlara düşməz,elə vaxt gələ bilər ki,pis dostlara da adamın işi düşə bilər.Hərçənd yaxşıların yanına getmək pislərin yanında hömətini azaltdığı kimi,pislərin yanına getmək yaxşıların yanında hörmətini azaldar,lakin sən yaxşıların yolu ilə get ki,hər iki dəstənin dostluğu sənə nəsib olsun.Amma heç vaxt axmaq adamlarla dostluq etmə,çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər ki,yüz ağıllı öz düşmənçiliyi ilə onu edə bilməz.
Ardı →

Şizofreniya haqqında 14 yanlış fikir

Birinci yanlış fikir : Şizofreniya nadir xəstəlikdir.
Fakt : Bəzi dövlətlərdə buna daha tez, bəzilrində isə daha az rast gəlinir.Alimlər hələdə onun yaranma səbəbini axtarib tapa bilmir.Bu xəstəliyə müxtəlif sosial qruplar arasında rast gəlmək olar.
İkinci yanlış fikir:şizofreniyanın yaranma səbəbinin uşağlığda olan pis rəftarla əlaqələndirilməsidir.
Fakt: İnsanda şizofreniyanın yaranmasına tərbiyyə,ailənin sosial-iqtisadi vəziyyəti və dini mənsubiyyəti qətiyyən təsir etmir.Ruhi-əsəb xəstəlikləri sinir sistemində gedən metobolik proseslərin pozulması nəticəsində yaranır və bu proseslərə uşağın həyatında baş verən hadisələr təsir edə bilməz.Lakin uğursuz şərait xəstəliyin dərinləşməsinə və ağırlaşmasına şərait yarada bilər.
Davamı →

Test- Mən qorxağam, yoxsa cəsarətli ?

Hər kəs üçün xasiyyəti maraqlıdır. «Mən qorxağam, yoxsa cəsarətli və hünərliyəm?» Bu suala cavab tapmaq istəyirsinizsə, sizə təqdim etdiyim testi sınaqdan keçirə bilərsiniz.

1. Axşam qaranlıq küçədə arxanızca kiminsə gəldiyini hiss edirsiniz. Sizin ilkin reaksiyanız necə olacaq?
a) Boş şeydir, yol hamı üçündür — 1
b) Küçənin o biri tərəfinə keçərəm — 5
c) Tez uzaqlaşmağa çalışıram — 10


Ardı →

Özünə inamı artırmağın 10 yolu

Psixoloqların fikrincə, potensialını dəyərləndirə bilməyən insanlar özlərini  bədbəxt hiss edirlər. İnsan özünün nəyə qadir olduğunu anladığı vaxtdan etibarən özünə inam yaranır. Bəzən isə elə hadisələrlə qarşılaşır ki, inam formalaşmağa macal tapmadan məhv olur. Bax, bunu özünüzə rəva görməyin. Əgər inamınızı itirmisinizsə, sizə verəcəyimiz məsləhətlərdən faydalanın.


Ardı →