Рейтинг
+104.97

Psixologiya

111 üzv, 652 topik

Niyə şərh yazmırıq?

İnsanlar bir yazını oxuduqdan sonra o mövzu haqqında niyə şərh yazmaq istəməz?
Əslində şərhlər bir yazının təməlidir. Şərhlər sayəsində yazı dəyər qazanar. Şərhlər olmadan yazının da bir mənası olmaz. Yazıya dəyər qatan o yazıya bildirilmiş olan şərhlər, o mövzu  ilə bağlı açıqlanmış olan düşüncələrdir. Şərhlər yazının daha yaxşı başa düşülməsini təmin etməklə yanaşı, həmçinin yazının inkişaf etdirilməsi məqsədini də daşıyır. Təəssüf ki, Azərbaycanda şərh yazma və iştirak etmək nisbəti çox aşağıdır.
Yaxşı, insanlar niyə şərh yazmaq istəmir?  Psixoloji baxımdan bunun səbəblərini  bu şəkildə sıralaya bilərik:
* İnsanlar ümumiyyətlə yalnız mövzuya fokuslanarlar. Yazıda istədiklərini tapdıqlarında daha çox zaman itirmək istəməzlər.
*Bu bir psixoloji haldır. Belə ki, müzakirə etməyin, mövzuya genişlik qazandırmanın özlərinə bir fayda verməyəcəklərini düşünərlər. Qısacası özlərini yormaq  istəməzlər. Ancaq şərhlər yazını oxuyan digər insanlara mütləq fayda verər.


Ardı →

Ətrafınızdakılara zaman tanıyın

Düşünün ki, önünüzdə bir şkaf var. 
Bu şkafda 4 hissə var. Hər hissədə qutular(daxıllar, siyirmələr). Bu qutuların içində sevginiz və nifrətiniz var. 
Ən üst hissədəki qutularda ‘ən cox sevdiklərinizi' saxlayırsınız. 
İkinci hissədə ‘Sevirəm, amma çox da güvənmirəm' dediklərinizi. 
Üçüncü hissədə ‘hər kəs kimi biridir mənim üçün' dediklərinizi. 
Və ən altda da ‘nifrət edirəm və ya qəti güvənmirəm' deyə adlandırdıqlarınızı.
Siz heç ən üst hissəyə qoyduğunuz birini, bir sözünə görə, ən alt hissədəki qutulara qatdınızmı? Dəyərindən çox dəyər verdinizmi birinə? Ya nifrət edirəm dediyiniz birini zaman keçdikcə sevdinizmi? Siz heç yanıldınızmı? Utandınızmı o bir zamanlar arxasından qeybət etdiyiniz adamın indi ən yaxın dostunuz olduğu üçün? Heç etiraf etdinizmi ‘səni heç sevməzdim' deyə? Ya da heç əsəbləşdinizmi ‘nə çox güvənmişəm sənə' deyə? İnsan heç ‘bir söz' ilə ən sevdiyini ən nifrət etdiyi insanların arasına qata bilərmi? Doğrudurmu bu? 
Bir zamanlar göylərə çıxartdığınızı yerə vurmaq asandırmı? Yaraşarmı sizə? 
Halbuki bir zamanlar aranızdan su keçməzdi. Yeri gələndə, çörəyi belə paylaşardınız, qaldı ki, düşüncələriniz, duyğularınız. Bu qədər çox şeyi paylaşdığın birini tanımamazlıqdan gələ bilərsənmi? 
Sizə tövsiyə… 
Heç bir zaman ilk gördüyünüz birini ‘sevmədim' deyərək, şkafınızdakı ən alt hissədəki qutulara atmayın. Zaman verin, səbr edin. Lazım olsa qutulara yerləşdirməyin, şkafın qarşısında gözləsin. Zamanı gəldiyində o adam onsuz da şkafınızda bir hissəni özü seçəcək.
Davamı →

Uşaqlarda fobiyalar: Günahkar kimdir?

Qorxu görünən və görünməyən təhlükələrin qarşısında göstərilən təbii bir reaksiyadir. Qorxular təhlükələrə qarşı xəbərdarlıqdır. İnsanı nədənsə qaçmağa, gizlənməyə ya da mübarizə apararaq qorunmağa məcbur edir. Uşaqlarda aşkarlanan qorxular uşağın yaşına görə dəyişir.

Həyatının ilk illərində uşaqlarda qorxu hissi daha çox olur. Öyrəndikləri çoxaldıqca, özünə inamları artdıqca, bilmədiklərini öyrəndikcə qorxuları daha da azalır. 2-3 yaşındakı uşaq ildırım çaxmasından, elektrik süpürgəsi kimi yüksək səslərdən qorxur. 3-4 yaşında isə polisdən, oğrudan, dilənçidən, qaranlıqdan, torbaçı xaladan qorxmağa başlayır. 4 yaşındakı uşaqlar həkimdən, itdən, yıxılıb yaralanmaqdan, əzilən bir yerinin qanadığını görməkdən qorxurlar. 6 yaşındasa isə şeytan, xortdan, ruh, yanğın, zəlzələ kimi hadisələr uşaq fobiyalarının yaranmasına səbəb olur. Bu yaşdakı uşaqlar hadisələri şişirdərək, yanlış yönə istiqamətləndirərək,başqa nələrəsə oxşadaraq onlardan qorxulu nəticələr çıxardırlar.

Qorxunu sakitləşdirmə, susdurma, zəbt etmə, qarşısını almaq, gözdağı vermək üsulu kimi istifadə edən ana-ataların uşaqları daha da qorxaq olurlar. «Susmasan səni itlərə verəcəyəm», " Görərsən, axşam ata evə gələndə səni öldürəcək", «Sakit dayanmasan Turanın anası olacam», «Səsini kəsməsən sənə iynə vuracağam», “Tez yatmasan xortdan gəlib səni aparacaq", "Əgər məni çox istəyirsənsə, dəcəllik etmə" kimi xəbərdarlıq və gözdağı uşağın şüuraltına yerləşir, qorxular yaradır və uşağın psixi dünyasını alt-üst edir.


Ardı →

Sosial fobiya və əlamətləri

Fobiya — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir.

Sosial fobiya nədir? Əlamətləri nələrdir?
Mütəxəssislər soaial fobiya nədir və sosial fobiyaya səbəb ola biləcək hallar haqqında bunları deyirlər:
Sosial fobiya insanın başqalarının yanında kiçilməsi, çətinlik ya da utanmasına səbəb ola biləcək əlamətlərlə üzləşməsi,davranışının qorxusudur. Bu cür  şəxslər başqaları ilə qarşılıqlı münasibətdə olmağı tələb edən ya da hər hansı bir hərəkəti başqalarının yanında etmələrini tələb edən vəziyyətlərdən qorxurlar. Və bunlardan bacardıqları qədər qaçırmağa çalışırlar. Məsələn, ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, başqalarının yanında adlarını yazmaqdan, ya da hansısa sənədi imzalamaqdan utanırlar, alçaldılmış duyğusu və qorxu hiss edirlər.
Ardı →

Xarakter

1. Xarakter haqqında anlayış.
2. Xarakter əlamətləri.
3. Xarakterin aksentuasiyanın tipləri. Psixopatiya.


1-ci sual. İnsanları bir-birindən fərqləndirən, şəxsiyyətin davamlı xüsusiyyətlərindən biri də xarakterdir. İnsanlar həmişə bir-birinin xarakterinə böyük əhəmiyyət verir, davranış və rəftarında bunu nəzərə alırlar. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərinin deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusunu əks etdirir.


Ardı →

Xarakterizmizi əks etdirən yatmaq pozası

Yatmaq şəklimiz bizim ətraf aləmə olan münasibətimizi əks etdirir. Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir. Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız. Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar. Professor Robert Fillipsin sözlərinə görə, 6 əsas yuxu pozası var. Onlardan ən çox yayılan embrion formasıdır.

a) Embrion
Ana bətnindəki kimi qıvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Belə yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar. Araşdırmalarda iştirak edən 1000 nəfərdən 41% bu şəkildə yatıb. Bu pozisiyada xüsusilə qadınlar daha çox yatırlar.

b) Dik yatış
Sol böyrü üstündə qollar yanda yatış formasıdır. Belə yatanlar rahat, qələbəliyə alışan, yadlara tez güvənən, sosial insanlar olurlar. Bütün bunlara baxmayaraq bəzən tez aldana bilirlər.


Ardı →

Xarakterimizə görə tutula biləcəyimiz xəstəliklər

Qəribə olsa da xarakterimiz və həyata baxışımız orqanizmimizə təsir göstərir. Hətta tədqiqatlar xarakterimizə görə tutula biləcəyimiz xəstəliklərdən də xəbər verir…

Aqressivlər: Əsəbləri ilə bacara bilməyən aqressiv adamlar həyatı boyu ciddi ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Aqressiv adamlar psixi xəstəliklərə də meyillidirlər.

Utancaqlar: İctimai yerlərdə özlərini rahat hiss edə bilməyən utancaq adamlar viruslara daha tez yoluxurlar. Bu cür adamların bakteriya və viruslara qarşı müqavimətləri də az olur.

Optimistlər (nikbinlər): Nikbinlik ömrü uzadır. Qarşılaşdığı bütün problemlərə baxmayaraq, hadisələrə həmişə nikbin nəzərlərlə baxmağı bacaran adamlar bədbin adamlardan təqribən 7,5 il çox yaşayırlar.

Pessimistlər (bədbinlər): Bədbin adamlar nikbin adamlarla müqayisədə daha az yaşamaqla yanaşı, parkinson xəstəliyinə də meyilli olurlar.


Ardı →

Sosial şəbəkələrdəki “sürü psixologiyası”

like like lie...Hər kəs istəyir ki, internetdə paylaşdığı material çox adam tərəfindən bəyənilsin və oxunsun. İstər sosial şəbəkələrdə olsun, istər xəbər saytlarında olsun rəqabət günü-gündən artır. Hamı birinci olmaq istəyir. Hamı daha çox şərhin ona yazılmağını, daha çox “like”-ın ona gəlməsini istəyir.

Bunun üçün də hər kəs ən yaxşısına, ən maraqlısına can atır… Ancaq araşdırmalar göstərir ki, materialın məzmununun pis, yaxud yaxşı olmasından asılı olmayaraq, “like” yığmaq “like”ların daha da artmasına gətirib çıxarır. Cümlə bir az baş-ayaq oldu deyəsən. Qısa şəkildə belə deyək: “like”, “like” gətirir.

“Sürü psixologiyası” burda müəyyən qədər rol oynayır. Sürünün qabağında gedən istiqamətini hansı tərəfə dəyişsə, digərləri də o yönə doğru gedəcəklər. Bəzən niyə və hara getdiklərini bilmədən… Keçək araşdırmaya.


Ardı →

Xəyanət haqda ən məşhur 10 fikir

xəyanət
1.
 Kişi və qadın arasında dostluq həmişə eşqlə bitir
Burada yanlış fikir ondadır ki, qadınlar elə düşünürlər, kişilər dostluğu sevgi hisslərinə çevirmək istəyir. Amma psixoloqlara görə, məhz qadınlar dost münasibətlərini fərqli tərəfə çəkirlər. Çünki qadınlar daha emosionaldırlar və özlərinə potensial sevgilini dostlarının arasından axtarırlar. Bu, qadın üçün daha təhlükəsiz variantdır. 

2. Kişilər nikahda xoşbəxt olmadıqlarına görə xəyanət edirlər
Kişilər üçün bu əsas səbəb olmaya da bilər. Bir çox xoşbəxt ailələrdə kişi kənarda eşq macərası yaşamaqdan imtina etmir, əgər düşünürsə ki, bu haqda heç kim bilməyəcək. Son sorğuların nəticələrinə görə, həyat yoldaşına xəyanət edən kişilərin 56%-i ailə həyatında çox xoşbəxt olanlardır.


Ardı →