Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 930 topik

Baş ağrılarından xilas olmağın təbii yolları

Baş ağrıları
Baş ağrısı insanın həyatı və yaşayışına mənfi təsir edən tibbi simptomlardan biridir. Elə isə bəs baş ağrılarından xilas olmaq və ya azaltmaq üçün nə etməli. Baş ağrılarının yüksək təzyiq, miningit, başın içində baş verən zədələnmələr, beyin şişləri kimi müxtəlif və çox ciddi səbəbləri var. Lakin baş ağrılarının 90 faizi miqren və gərilmə ilə bağlıdır. Həkim bildirir ki, miqren və gərilmə tipli baş ağrıları ilə tez-tez rastlaşanlar aşağıdakı məsləhətlərə əməl etsələr, bu narahatlığın öhdəsindən gələ bilərlər.
 
Yaxşı yatmaq və yuxu almaq vacibdir
 
Qaranlıq və səssiz bir otaqda fasiləsiz yatsanız, səhəri günü baş ağrılarınız azalacaq. Qaranlıqda və yuxuda ifraz edilən melatonin və böyümə hormonları həm metabolizmanı nizamlayır, həm də immunitet sistemini yaxşılaşdırır. Daha az baş ağrısı üçün yaxşı yuxu vacibdir. Buna görə də gecə ən geci saat 23:30-da yatağa girin və ən tez 06:30-da oyanın. Minimum 6, maksimum 8 saat yuxu kifayətdir. Əgər çox yatsanız, paradoksal olaraq baş ağrısı yarana bilər.
 
 
Düzgün qidalanın
 
Düzgün qidalanma da baş ağrısı yaşamamaq üçün ən azı yuxu qədər vacibdir. Əgər insulin müqavimətiniz və ya şəkəriniz aşağı düşürsə, uzun müddət ac qalmaq baş ağrılarına səbəb olur. Buna görə də aclıq hiss etdiyiniz an bədəninizə düzgün qidalarla cavab vermək lazımdır. Burada da qan şəkərini sürətlə yüksəltməyən qidalar seçilməlidir. Məsələn, qlisemik indeksi aşağı olan qidalardan turş meyvələr, süd, qatıq, ayran, quru paxlalılar, bulğur və qara çörək yemək olar.
 
 
Spirtli içkiyə “yox” deyin
 
Yüksək miqdarda spirtli içki baş ağrılarının yaranmasına səbəb olur. Spirtli içki həm susuzluğun yaranmasına, həm də şəkərin aşağı düşməsinə səbəb olur, bununla birlikdə beyin damarlarını genişləndirir və baş ağrılarının yaranmasına gətirib çıxarır. Spirtli içki içmək istəyirsinizsə, spirt dərəcəsi aşağı olan pivə, şərab seçməniz daha doğru olar. Spirtli içkidən sonra bədəndə susuzluq yaranır, bu da qan dövranına təsir etdiyi üçün 2 litrə qədər su içməyə ehtiyac yaranır. Əgər başınız tez-tez ağrıyırsa, spirtli içkini həyatınızdan çıxarın.
 
 
Kofein tərkibli içkilərdən uzaq durun
 
Həddən artıq kofein tərkibli içkilərdən (kofe, çay və s.) uzaq durmaqda fayda var. Kofein hər nə qədər damarlarda qısılma yaradaraq baş ağrılarına yaxşı təsir etsə də, gündə 3-4 fincandan çox qəhvə içmək bədəndə su itkisinə və onun dövranına, eləcə də yuxusuzluq yaradaraq baş ağrılarının şiddətlənməsinə yol açır. Tez-tez qəhvə içmək və ya ondan birdən-birə tamamilə imtina etmək də baş ağrılarına səbəb olur.
 
 
Süfrədən duzu götürün
 
Gündəlik duz qəbulunu azaltmaq baş ağrıları riskini azaldır. Gizli duzu yüksək olan qidalardan (duzlu pendir, biskvitlər, konservləşdirilmiş qidalar, çərəzlər və s.) uzaq durun. Süfrələrdə duzlu qidaları azaldın.
 
 
B vitamini və maqnezium qəbul etmək vacibdir
 
B qrup vitaminləri ilə zəngin formada qidalanmaq da baş ağrısını azaldır. Xüsusən də B2 vitamini bu mövzuda daha təsirlidir. Qatıq suyu B2 vitamini baxımından çox zəngindir. Bununla birlikdə, ət, süd məhsulları, yumurta və yaşıl yarpaqlı tərəvəzlər süfrələrdən əskik edilməməlidir.
 
Maqnezium nisbəti yüksək olan qidaların da əzələləri bərkitdiyi və sinir sisteminə yaxşı təsir etdiyi məlumdur. Quru paxlalılar, yağlı toxumlar, banan və yaşıl yarpaqlı tərəvəzlərin kifayət qədər yeyilməsi bədən sağlamlığına yaxşı təsir edir və baş ağrısı təhlükəsinin qarşısını alır.
 
 
İdman edin
 
Yaxşı metabolizma üçün düzgün qidalanmaq qədər hərəkət etmək də vacibdir. Yaxşı yatmaq üçün bədənin yorulması lazımdır. Eyni zamanda, ürək ritmini yüngül sürətləndirən məşq və idman hərəkətlərinin gündə 30-45 dəqiqə arasında edilməsi məsləhətdir. Bu, bədəndə beyin daxil olmaqla bütün hüceyrələri qoruyur. Buna görə də hər gün 30 dəqiqə sürətli yerimək lazımdır.
 
Qeyd:
 
  • Bütün bunlara baxmayaraq, tez-tez güclü baş ağrısı ilə rastlaşırsınızsa
  • Baş ağrılarınız başınızın arxa tərəfində başlayıb sıxıcı bir formada bütün beyninizi əhatə edirsə
  • Yeni başlayan və şiddətlə davam edən baş ağrınız varsa
  • Baş ağrısına ürək bulanması və qusma da yoldaşlıq edirsə
  • Başınızın içində “bomba var” kimi ağrı hiss edirsinizsə, demək, baş ağrılarınızın  yaranmasına daha ciddi səbəblər var.  
 
Buna görə də mütləq həkimə müraciət edin!

 

 
Mənbə: aile.lent.az
Davamı →

Oturaq həyat tərzi keçirənlərə məsləhətlər

Müasir dövrün əsas problemlərindən biri də ofis şəraitində, oturaq işdə, kompüter önündə çalışan insanların həyat tərzidir. Zehni fəallıq tələb edən ağır iş günündən sonra insanların çoxu tez evə gedib yatmağı düşünür. Bu isə onların kökəlməsi, bel, boyun sümüyünün passivləşməsinə gətirib çıxarır. Mütəxəssislər bu cür insanların tezliklə həyat tərzlərini dəyişmələrini məsləhət görürlər. Xüsusən də evdə oturaq həyat tərzi keçirən xanımların kökəlmək riski daha çoxdur.
Davamı →

Ən ziyanlı qıdaların siyahısı

1 yer. Çipslər və limonad
Biz tez-tez eşidirik ki, çipslər çox ziyanlı məhsuldur. Bəs onların ziyanı nədədir?

Çipslər yüksək dozalarda rəng və dadvericilər əlavə olunmuş ucuz yağlar və karbotidratların qarışığıdır. Çipslərdə külli miqdarda kanseroqen (xərçəng əmələ gətirən) maddələr var. Çipslərin tərkibində olan yağlar qanda xolesterinin səviyyəsini artırır ki, bunun nəticəsində insult və infarktın riski artır. Hamı bilir ki, çipslərin qəbulu piylənməyə səbəb olur. 200 qr çipslərin energetik dəyəri 1100 kkal təşkil edir ki, bu böyüklərin gündəlik normasının yarısını təşkil edir.

Limonadlar da çipslərlə eyni pillədə yerləşir. Limonad şəkər, qazlar və kimyəvi maddələrin qarışığıdır. Adətən limonadların tərkibinə sintetik şəkər əvəzedicisi «aspartam» daxildir. Belə hesab olunur ki, aspartam insanlarda depressiyanın, panikanın inkişafına səbəb olur.

Bundan əlavə aspartam susuzluğu azaltmır. Limonadların qəbulundan sonra ağızda şirin dad qalır ki, insan bu dadı aparmaq üçün limonadın növbəti porsiyasını qəbul etməli olur. Nəticədə limonadlar susuzluğu azaltmır, əksinə artırırlar.

Limonadların tərkibinə çoxlu miqdarda şəkər daxildir (0,33 ml-lik bankada 6-7 çay qaşığı şəkər var). Daim belə yüksək miqdarlarda qəbul olunan şəkər orqanizmdə müxtəlif pozulmalara yol açır.

Limonadın tərkibində olan konservantlar, rəngvericilər və s. ziyanlı maddələr orqanizmdə yığılır və müxtəlif pozulmalara (qəbizlik, dəri xəstəlikləri, mədə xəstəliklıri və s.) səbəb olur.

Ardı →

E vitamininin orqanizmə və dəriyə təsiri

Son zamanlarda aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, E vitamini insan orqanizmində maddələr mübadiləsinin normada saxlanıması, dəri və toxumaların adi metobolik prosseslərin səbəb olduğu zədələnmələrdən qorumasında vacib rol oynayr. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd olunan məsələləri nəzərdən keçirək.

Dəri — insanı ətraf mühitin daimi zədələrindən qoruyan vacib orqandır. Müxtəli kimyəvi və mexaniki təsirlər insan orqanizmi və xaric görünüşünə mənfi təsir etdiyindən,onun daimi olaraq qorumaya ehtiyacı var.Bu qoruma isə daxildən olmalıdır ki, daim zədəyə məruz qalan toxumalar, zəifləməyib, öz funksiyasını normal icra edə bilsinlər.

Ümumi fenomen olan — fotoqocalma, günəş təsirindən yaranır. Ultrabənövşəyi və infraqırmızı şüalanma qocalma prosesini gücləndiri. Ultrabənövşəyi şüalar — sərbəst radikalların əmələ gəlməsinə səbəb olur. E və C vitamini kimi antioksidant maddələri də, ultrabənövşəyi şüaların təsirindəm məhv ola bilirlər.

Sərbəst radikallar — yüksək reaksiyalı qabiliyyətə malikdirlər. Onların məhv edici potensialı yalnız dəri antioksidantları olan, yağda həll olunan E vitamini və suda həll olunan C vitamini tərəfindən neytrallaşdırıla bilir. Bu maddələri yerli və ya qida ilə qəbul etdikdə onlar sərbəst radikalların DNK, zülal və digər vacib molekulları zədələməmiş qarşısını ala bilirlər.


Ardı →

Müasir Məcunlar

Bugünkü gündə fərqli təsirə malik bitkilərdən və bitki qarışıqlarından ibarət məcunlara maraq daha çoxdur. Bitkiləri ayrı-ayrılıqda dəmləməyə vaxtı olmayanlar və rahat şəkildə fitoterapiyadan yararlanmaq istəyənlər bitki tərkibli təbii məcunları yemək şəklində istifadə edirlər.  Bir sıra xəstəliklərdə praktikamda da tətbiq etdiyim  məcunlarla sizi tanış edəcəm.

Boy-inkişafı artırmaq üçün məcun:

Bal – 1 kq,  Çiçək tozu – 100 q, Arı südü – 20 q, keçibuynuzu meyvəsi tozu – 200 q və Şirin biyan kökü – 100 q. Bir-birinə qarışdırlır və 2 gün qaldıqdan sonra istifadə etməyə başlamaq olar.

Bu təbii məcunun tərkibi sink, kalsium və mis kimi elementlərlə zəngindir və bu maddələr  boy uzanması üçün olduqca lazımlı mikroelementlərdi. Boy üçün lazım olan vitamin və mineralları cəmləyən bitki mənşəli boy və inkişaf məcunu yaşa uyğun boyun korreksiyasını həyata keçirir.

10 yaşa qədər 1 çay qaşığı 3 dəfə yeməkdən sonra.

10 yaşdan sonra 1 xörək qaşığı 3 dəfə yeməkdən sonra.

Qızlarda 15 yaşa, oğlanlarda isə 18 yaşa qədər təyin edilir. Orqanizmdə boyatma imkanının olması rentgenoloji təsdiq olunan hallarda təbii məcun qızlarda 18 yaşa, oğlanlarda isə 20 yaşa qədər təyin edilə bilər.

 


Ardı →

Akupunktura nədir?

Akupunktura - metal iynələrin təsiri və ya yandırma yolu ilə insan orqanizminin bioloji aktiv nöqtələrinə olan təsir ilə aparılan müalicə metodudu.

Bu üsul — bir çox xəstəliklərin müalicəsinin effektivliyinə görə bütün dünyada qəbul olunan ənənəvi çin təbabətinin komponentidir.

İynələrlə aparılan bu müalicənin vətəni Çindir. Bu gün artıq Çindən əlavə, Avropa, Amerika və Rusiiyada bir çox tədqiqat institutları yaradılmışdır ki, onlar bir çox xəstəliklər zamanı bu metodu tətbiq edirlər.

Akupunktura — fiziki, psixiki və emosional pozğunluq və xəstəlilərin müalicəsində istifadə olunan təbii yanaşmadır. Onun əsas ideyası sadədir. Əgər insanın hər hansı bir orqanı zədələnibsə, bu o deməkdir ki, orqanizmin bütün sistemləri arasında qarşılıqlı əlaqə pozulub. Belə ki, xəstəlik və əlamətləri deyil, bütün orqanizmi müalicə etmək lazımdır. Bu isə iynələrin müəyyən nöqtələrə təsiri ilə həyata keçirilir.
Ardı →

Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma

Həkimlər tez-tez belə bir ifadə istifadə edir: «diabet xəstəlik deyil, həyat tərzidir».

Bu o deməkdir ki, insan müəyyən qaydalara əməl etdikdə, xəstəliyin onun həyatına olan mənfi təsirini minimuma çatdıra bilər.

Lakin əgər xəstə bu qaydalara əməl etməzsə və şəkərin səviyyəsi onun qanında daim yüksək olarsa, orqanizmin bir çox orqan və sistemlərində (böyrəklər, gözlər, qara ciyər, ürək-damar, sinir sistemi və s.) müxtəlif ağır pozulmalar inkişaf edəcək. Şəkərin qanda çox yüksək səviyyədə olması komaya səbəb ola bilər.

Pəhriz şəkərli diabet xəstələrin müalicəsində ən önəmli rollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilməz.

Xəstə mütləq və dəqiq bilməlidir, hansı qidaları qəbul edə bilər, hansı qidaları — yox və bu qaydalara ömrünün sonuna kimi ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür.
Ardı →

Səhər yeməyinin faydalarına dair 7 elmi fakt

Səhər yeməyinin faydasına dair mütəxəssislərdən, ailəmiz və çevrəmizdəki hər kəsdən çox şey eşidirik, lakin yenə də qulaq ardına vururuq. Səhər yeməyi sadəcə fizioloji deyil, psixoloji sağlamlığımızı da qoruyur, zehnimiz və yaddaşımızı inkişaf etdirir. Səhər yeməyinin həyatımızdakı mühüm rolunu əks etdirən 7 elmi faktı aşağıdakılardır: Səhər yeməyinin önəmli olduğunu tez-tez eşidirik. Analarımız, çevrəmizdəki hər kəs bunu israrla xatırladır. Lakin yenə də bir çoxumuz yuxudan oyanan zaman məktəbə, işə gecikməmək üçün səhər yeməyinin üzərindən keçirik. Hansı ki, pomidor, pendir kimi qidalarla mütəmadi olaraq edilən səhər yeməyi fizioloji, psixoloji və zehni olaraq bizi daha sağlam qalmağımıza kömək edir.

Səhər yeməyi piylənmə və şəkər xəstəliyinə tutulma riskini azaldır. 45-82 yaş arasında olan 27 minə yaxın insan arasında 16 il aparılan təcrübə nəticəsində məlum olub ki, səhər yeməyini mütəmadi yeyən insanlarda piylənmə nisbəti digərlərindən aşağıdır. Səhər yeməyi yeni əldə etdiyiniz biliklərin yaddaşınızda daha yaxşı və uzunmüddətli qalmasını təmin edir. 13-20 yaş arası 319 şagird və tələbə arasında aparılar təcrübə göstərib ki, nizamlı və düzgün səhər yeməyi yeyənlərin yaddaşları inkişaf edir və səhər yeməyi yeməyənlərdən daha qüvvətli olur. Səhər yeməyi gün boyu enerjinizin qorunmasına kömək edir. Səhər yeməyini yeyənlər gün boyu özlərini daha az yorğun hiss edirlər. Ruh halınızı inkişaf etdirərək xoşbəxt olmağınızı təmin edər.

Səhər yeməyi insanın stersli anlarının öhdəsindən asanlıqla gələ bilməsinə kömək olur. Səhər yeməyi bədəninizin ehtiyacı olan qidaları depolaya bilir. Araşdırmalar sübut edib ki, hər gün səhər yeməyi yeyən insanların bədəni, sümük sağlamlığını qoruyan kalsium və insanı daha uzun zaman tox tutan lif kimi elementləri daha çox depolaya bilir. Səhər yeməyi arıqlamağınıza da kömək edər. 17 min insan üzərində aparılan təcrübə göstərib ki, səhər yeməyindən imtina etməyənlər daha tez arıqlayırlar. “Az, amma tez-tez” qaydasına əsasən yeyilən yeməklər də əldə edilən nəticəyə təsir edir. Səhər yeməyi konsentrasiyanızı inkişaf etdirir. Səhər yeməyinin enerji verməsi və yaddaşı gücləndirdiyi bəllidir. Yatan zaman beyinin xərclədiyi və ehtiyac duyduğu enerji və qlükoza kimi təməl qaynaqlar səhər yeməyindən alınır. Mənbə:lent.az/Ümidə QƏHRƏMAN
Davamı →

Susuzluğun fəsadları

«Ciyərimizi yandıran» susuzluq təkcə dil, dodağımızı qurutmur, həm də bir çox narahatlıqlara yol açır.

Çəki artımı
 Bədən susuz qalarkən toksinləri aradan götürə bilməz və yağ hüceyrələrini tərkibində gizləyər. Bədən yetərli su ilə toksinləri kənara ata bilmirsə, yağ hüceyrələrini də sərbəst buraxmaz.

Dəri problemləri
 Susuzluq dəri yoluyla toksinlərin atılmasını pozur və dermatit, sədəf, qırış kimi cidd problemlərin yaranmasına səbəb olur.

Allergiya və astma
Susuzluğa məruz qalan bədən suya qənaət etmək üçün nəfəs yollarını daraldır. Siz fərqinə varmadan, histamin ifrazı artır.

Vaxtsız qocalma
 Bədən susuz qaldığında orqanlar və dəridə qırışlar yaranar, bu da insanı daha yaşlı göstərər.
Ardı →

Brokoli - az kalorili, lakin çox xeyirli tərəvəz

Artıq uzun zamandır ki artıq çəki ilə mübarizə məhsulları arasında çox populyar olan brokoli,kələm ailəsinə aid edilir.
Bu məhsulu bişirmə üsulları müxtəlifdir: sud qaynatmaq, qızartmaq, suxari, mayonez və souslarla ilə əzilmiş formada yemək mümkündür.

brokoliBrokoli kələmi — vitamin və mineralların mənbəyi sayılan tərəvəzlərdən biridir.Yüksək miqdarda C vitamininin, fol turşusu, kaliy, selülloz və beta- karotinin olmasından əlavə, tərkibində olan antioksidan və digər xeyirli maddələr ürək damar və xərçəng xəstəliklərinin yaranma riskini azaldır. Bütün bu yaxşı cəhətlərilə bərabər, brokoli dadlı, rahat hazırlanan və demək olar ki, təmamilə kalorisiz məhsuldur.

C, PP, K, U vitaminləri və beta-karootinin mənbəyi sayılan bu tərəvəzin tərkibində olan askorbin turşusu(C vitamini) mənbəyi olan sitrus meyvələrində olduğundan 2.5 dəfə çoxdur.

Tərkibində olan beta-karotinin miqdarına görə isə (A provitamini — gözəllik və yaxşı görmə qabiliyyəti vitamini), brokoli, bu vitamini mənbəyi sayılan kök və balqabaqdan daha ön sıralardadır.
Ardı →